Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-212/2023 12.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 29200 (iyirmi doqquz min iki yüz) manat borcun, eləcə də ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi tanıyır və münasibətləri normal olmuşdur. 2021-ci ilin dekabr ayında cavabdeh ondan ümumi dəyəri 29700 manat olan qızıl-zinət əşyaları götürmüş və pulunu bir neçə aya qaytaracağına söz vermişdir. Cavabdeh borcunu qaytarmadığı üçün Şəmkir rayon Polis Şöbəsinə şikayət etmişdir. Şəmkir rayon Polis Şöbəsində cavabdeh ona olan borcundan 500 (beş yüz) manat qaytarmışdır. Hal-hazırda cavabdehin ona 29200 (iyirmi doqquz min iki yüz) manat borcu vardır. Cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edib, cavabdehin ona olan borcunu tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh ümumilikdə 38943 manat dəyərində qızıl əşyalarını nisyə satdığını, həmin qızıl əşyalarının dəyərindən cavabdehin ona hissə-hissə 9700 manat ödəniş etdiyini, 2022-ci ilin iyun ayında isə Şəmkir RPŞ-yə müraciət etdikdən sonra 800 manat ödəniş etdiyini, hazırda Cavabdeh ona 28443 manat məbləğində borcu qaldığını göstərməklə cavabdehdən borclu olduğu 28443 manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, bacısı X4 ilə 2021-ci ildən qızıl alqı-satqısı ilə məşğul olmuşlar. Cavabdeh isə tanışlarıdır. 2021-ci ilin dekabr ayından 2022-ci ilin aprel ayının sonlarına kimi olan müddət ərzində o və bacısı Cavabdeh qızıl əşyalarını nisyə satmışlar. Cavabdeh ilk vaxtlar onlardan nisyə aldığı qızıl əşyalarının pulunu ödəmişdir. Sonradan isə nisyə aldığı qızıl əşyalarının pulunu ödəməkdən imtina etmişdir. Belə ki, cavabdeh 25 dekabr 2021-ci il tarixdə 550 manat dəyərində badam formalı qızıl klon almış və onun dəyərini ödəməmişdir. 14 yanvar 2022-ci il tarixdə 2800 manat dəyərində brilyant qaşlı qızıl üzüksırğa dəsti almış və onun dəyərindən 4 ay müddətində 1300 manat ödəyərək, 1500 manat borcu qalmışdır. Cavabdeh 01 fevral 2022-ci il tarixdə ondan 9.43 qram çəkidə 848 manat dəyərində qızıl bilərzik, 7.21 qram çəkidə 648 manat dəyərində qızıl boyunbağı nisyə almış, 1000 manat ödəniş etdikdən sonra həmin qızıl əşyalarına görə 496 manat borcu qalmışdır. 04 fevral 2023-cü il tarixdə cavabdehə 700 manat dəyərində qızıl sırğa satmışdır. Cavabdeh onun dəyərindən heç bir ödəniş etməmişdir. Cavabdehə 06 fevral 2022-ci ildə yenidən nisyə olaraq 1600 manat dəyərində ortasında iri göy, kənarlarında xırda brilyant qaşlı qızıl üzük-sırğa dəsti satmışdır. Cavabdeh nisyə aldığı həmin qızıl əşyasının dəyərindən yalnız 500 manat ödəniş etmiş və ona 1100 manat borcu qalmışdır. 10 fevral 2022-ci il tarixdə cavabdehə 3166 manat dəyərində rekert toxunuşlu qızıl boyunbağı satmışdır. Cavabdeh həmin boyunbağının dəyərindən ona ümumilikdə 2800 manat ödəniş etmiş və ona 366 manat borcu qalmışdır. 26 mart 2022-ci il tarixdə isə cavabdehə nisyə satdığı 711 manat dəyərində ilan formalı qızıl boyunbağının dəyərindən cavabdeh ona ödəniş etməmişdir. 29 mart 2022-ci il tarixdə cavabdehə 246 manat dəyərində qızıl uşaq sırğası, 93 manat dəyərində qızıl uşaq sırğası, 187 manat dəyərində qızıl üzük, 275 manat dəyərində badam formalı qızıl üzük, 196 manat dəyərində sonsuzluq qızıl boyunbağı, 290 manat dəyərində Tifani qızıl üzük, 160 manat dəyərində qızıl uşaq bilərziyi, 475 manat dəyərində sadə qaşlı qızıl üzük-sırğa dəsti, 262 manat dəyərində nazik qızıl boyunbağı, 450 manat dəyərində qızıl ürək formalı klon, 433 manat dəyərində qızıl bilərzik, 430 manat dəyərində göz muncuqlu qızıl bilərzik, 305 manat dəyərində tək qaş qızıl üzük almışdır. Cavabdeh 29 mart 2023-cü il tarixdə aldığı qızıl əşyalarının dəyərindən ona heç bir ödəniş etməmişdir. 04 aprel 2022-ci ildə cavabdehə dəyəri 884 manat olan rekert toxunuşlu qızıl boyunbağı satmışdır. Cavabdeh həmin qızıl əşyasının dəyərindən 200 manat ödəniş etmiş və ona 684 manat borcu qalmışdır. 05 aprel 2022-ci il tarixdə cavabdehə çəkisi 20.32 qram, dəyəri 1788 manat olan rekert toxunuşlu qızıl boyunbağını nisyə satmışdır. Cavabdeh həmin qızıl boyunbağının dəyərindən 200 manat ödəniş etdikdən sonra ona 1588 manat borcu qalmışdır. Cavabdehə 07 aprel 2022ci il tarixdə nisyə satdığı rekert toxunuşlu, 3696 manat dəyərində rekert toxunuşlu qızıl boyunbağının dəyərindən ona 600 manat ödəniş etmişdir. Cavabdehin qızıl boyunbağıya görə ona 3096 borcu qalmışdır. Bundan sonra cavabdehə 19 aprel 2022-ci il tarixdə 2 dəst hər bir dəstinin dəyəri 1900 manat, ümumilikdə 3800 manat olan brilyant qaşlı üzük-sırğa dəstlərini nisyə satmışdır. Cavabdeh həmin qızıl-üzük sırğa dəstlərinin hər birinin dəyərindən 800 manat, ümumilikdə 1600 manat ödədikdən sonra cavabdehin ona həmin qızıl üzük-sırğa dəstlərinə görə 2200 manat borcu qalmışdır. 19 aprel 2022-ci il tarixdə isə cavabdeh ondan 2100 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti, 1800 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti, 2700 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti, 2300 manat dəyərində brilyant qaşlı qızıl-üzük sırğa dəsti, 2600 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti almışdır. Cavabdeh 2100 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəstinin dəyərindən 500 manat ödəmiş 1600 manat borcu qalmış, 1800 manat dəyərində brilyant qaşlı qızıl-üzük sırğa dəstinin dəyərindən 500 manat ödəniş etmiş, 1300 manat borcu qalmış, 2700 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəstinin dəyərindən 500 manat ödəniş etmiş, 2200 manat borcu qalmışdır. 2300 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəstinin və 2600 manat brilyant qaşlı qızıl üzük-sırğa dəstinin dəyərindən isə heç bir ödəniş etməmişdir. Daha sonra 30 aprel 2022-ci il tarixdə cavabdehə 1 ədəd 800 manat dəyərində qızıl kişi üzüyünü, 1 ədəd 800 manat dəyərində qızıl kişi üzüyünü və 1 ədəd 850 manat dəyərində qızıl kişi üzüyünü nisyə satmışdır. Cavabdeh həmin qızıl üzüklərin dəyərindən ona heç bir ödəniş etməmişdir. Beləliklə, cavabdehin ondan nisyə aldığı qızıl əşyalarının dəyərinə görə ona ümumilikdə 38943 manat borcu yaranmışdır. Həmin borcdan cavabdeh ona hissə 9700 manat pul verdikdən sonra, qalan borcunu ödəməkdən imtina etmişdir. Cavabdeh nisyə aldığı qızıl əşyalarına görə ona və bacısı Vüsalə Salmanovaya olan borcunu qaytarmadığı üçün Şəmkir rayon Polis Şöbəsinə şikayət etmişlər. Şəmkir rayon Polis Şöbəsində cavabdeh ona olan borcundan 800 (səkkiz yüz) manat qaytarmışdır. Hazırda cavabdehin ona 28443 manat borcu qalmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iddianı qəbul etməyərək, izahatında bildirdi ki, həqiqətən tərəflər arasında əldə edilmiş şifahi razılaşmalara əsasən qızıl-zinət əşyalarının alqı-satqısı olmuşdur. Cavabdeh iddiaçıdan və onun bacısı Vüsalə Salmanovadan qızıl-zinət əşyalarını nisyə almış, sonradan isə onlara olan borcunu qaytarmışdır. Cavabdeh ilə iddiaçı arasında qızıl-zinət əşyalarının alqısatqısı ilə bağlı 5000 manatdan çox dövriyyə olmamışdır. Həmçinin, 10 mart 2022-ci il tarixdə cavabdehin yaşadığı evə oğru girmiş və onun evindən qızıl-zinət əşyaları oğurlanmışdır. Bununla bağlı cinayət işi də vardır. Cavabdehin qızıl-zinət əşyalarına görə iddiaçıya heç bir borcu qalmamışdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş, məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmuşdur. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı və X1 şikayəti əsasında toplanmış HK- 1/1825 nömrəli rədd materialı və həmin material əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı və X1 müraciəti əsasında, onların və şikayətçi olduqları Cavabdeh izahatları alınmış, həmin izahatlarında İddiaçı və X4 2021-ci ilin dekabr ayının sonlarından 2022-ci ilin aprel ayının sonlarına kimi Cavabdeh nisyə olaraq qızıl-zinət əşyaları satdıqlarını və onlara 55000 manat borcunun qaldığını, Cavabdeh isə izahatında İddiaçı və Vüsalə Salmanovaya qızıl əşyalarının alqı-satqısına görə 50000 manat borcunun qaldığını göstərmişdir. Toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş “Whatsapp” sosial şəbəkəsi vasitəsilə İddiaçı ilə Cavabdeh arasında aparılmış yazışmalardan və qızıl əşyalarının alqı-satqısı ilə bağlı nisyə dəftərindən görünür ki, cavabdeh iddiaçıdan 25 dekabr 2021-ci il tarixdə 550 manat dəyərində badam formalı qızıl klon almış, onun dəyərindən ödəniş etməmiş; 14 yanvar 2022-ci il tarixdə 2800 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti almış, 400 manat ilkin ödəniş etmiş, fevral ayında 300 manat, mart ayında 300 manat, aprel ayında 300 manat ödəniş etdikdən sonra 1500 manat borcu qalmış; 01 fevral 2022-ci il tarixdə 9.43 qram çəkidə 848 manat dəyərində qızıl bilərzik, 7.21 qram çəkidə 648 manat dəyərində qızıl boyunbağı almış, 1000 manat ödəniş etdikdən sonra 496 manat borcu qalmış; 04 fevral 2023-cü il tarixdə 700 manat dəyərində qızıl sırğa almış, onun dəyərindən ödəniş etməmiş; 06 fevral 2022-ci 1600 manat dəyərində ortasında iri göy, kənarlarında xırda brilyant qaşlı qızıl üzük-sırğa dəsti almış,200 manat ilkin ödəniş etmiş, aprel ayında 300 manat ödəniş etdikdən sonra 1100 manat borcu qalmış; 10 fevral 2022-ci il tarixdə 3166 manat dəyərində rekert toxunuşlu qızıl boyunbağı almış, 1000 manat ilkin ödəniş etmiş, daha sonra hissə-hissə 800 manat, 500 manat və 500 manat ödəniş etdikdən sonra 366 manat borcu qalmış;. 26 mart 2022-ci il tarixdə 711 manat dəyərində ilan formalı qızıl boyunbağı almış, həmin boyunbağının dəyərindən ödəniş etməmiş; 29 mart 2022-ci il tarixdə 246 manat dəyərində qızıl uşaq sırğası, 93 manat dəyərində qızıl uşaq sırğası, 187 manat dəyərində qızıl üzük, 275 manat dəyərində badam formalı qızıl üzük, 196 manat dəyərində sonsuzluq qızıl boyunbağı, 290 manat dəyərində Tifani qızıl üzük, 160 manat dəyərində qızıl uşaq bilərziyi, 475 manat dəyərində sadə qaşlı qızıl üzüksırğa dəsti, 262 manat dəyərində nazik qızıl boyunbağı, 450 manat dəyərində qızıl ürək formalı klon, 433 manat dəyərində qızıl bilərzik, 430 manat dəyərində göz muncuqlu qızıl bilərzik, 305 manat dəyərində tək qaş qızıl üzük almış, həmin qıızl əşyalarının dəyərindən ödəniş etməmiş; 04 aprel 2022-ci ildə 884 manat dəyərində rekert toxunuşlu qızıl boyunbağı almış, 200 manat ilkin ödəniş etdikdən sonra 684 manat borcu qalmış; 05 aprel 2022-ci il tarixdə 20.32 qram, 1788 manat dəyərində rekert toxunuşlu qızıl boyunbağı almış. 200 manat ilkin ödəniş etdikdən sonra ona 1588 manat borcu qalmış; 07 aprel 2022-ci il tarixdə 3696 manat dəyərində rekert toxunuşlu qızıl boyunbağı almış, 600 manat ilkin ödəniş etdikdən sonra 3096 manat borcu qalmış; 19 aprel 2022-ci il tarixdə 1 dəst 1900 manat dəyərində brilyant qaşlı üzük-sırğa dəsti almış, 200 manat ilkin ödəniş etmiş, daha sonra hiss-hissə 200 manat, 300 manat, 300 manat ödəniş etdikdən sonra 1100 manat borcu qalmış; 19 aprel 2022-ci il tarixdə 1 dəst 1900 manat dəyərində brilyant qaşlı üzük-sırğa dəsti almış, 200 manat ilkin ödəniş etmiş, daha sonra hiss-hissə 200 manat, 300 manat, 300 manat ödəniş etdikdən sonra 1100 manat borcu qalmış; 19 aprel 2022-ci il tarixdə 2100 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti almış, 200 manat ilkin ödəniş etmiş, daha sonra 300 manat ödəniş etdikdən sonra 1600 manat borcu qalmış, 19 aprel 2023-cü il tarixdə 1800 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti almış, 200 manat ilkin ödəniş etmiş, daha sonra 300 manat ödəniş etdikdən sonra 1300 manat borcu qalmış; 19 aprel 2022-ci il tarixdə 2700 manat dəyərində brilyant qaşlı qızıl üzüksırğa dəsti almış, 200 manat ilkin ödəniş etmiş, daha sonra 300 manat ödəniş etdikdən sonra 2200 manat borcu qalmış; 19 aprel 2023-cü il tarixdə 2300 manat dəyərində brilyant qaşlı qızıl-üzük sırğa dəsti almış və ödəniş etməmiş; 19 aprel 2022-ci il tarixdə 2600 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti almış, ödəniş etməmiş; 30 aprel 2022ci il tarixdə 1 ədəd 800 manat dəyərində qızıl kişi üzüyü, 1 ədəd 800 manat dəyərində qızıl kişi üzüyü, 1 ədəd 850 manat dəyərində qızıl kişi üzüyü almış və həmin qızıl əşyalarının dəyərindən ödəniş etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bir ədəd diskdə olan bir ədəd fayldan ibarət səs yazısı məhkəmə iclasında tədqiq edilmişdir. Səs yazısında Cavabdeh İddiaçı və onun bacısı X2 55000 manat borcunun olduğunu etiraf etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bir ədəd diskdə olan bir ədəd fayldan ibarət videogörüntü və səsyazısı məhkəmə iclasında tədqiq edilmişdir. Səs yazısında Cavabdeh İddiaçı olan borcunun 29993 manat olduğunu bir neçə dəfə qeyd etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair şifahi razılaşma olmuşdur. Cavabdeh 2021ci ilin dekabr ayından 2022-ci ilin aprel ayının sonuna kimi İddiaçı 38943 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almış və həmin əşyaların dəyərindən müxtəlif vaxtlarda qismən ödəniş etdikdən sonra iddiaçıya 28443 manat məbləğində borcu qalmışdır. Ona görə də iddiaçı 28443 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər qızıl-zinət əşyalarının nisyə alqı-satqısı ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin nisyə alqı-satqı münasibətlərini və öhdəliyin icrası ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir Azərbaycan Respublikası Mülki Məcəllənin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair razılığa gəlmişlər. Cavabdeh İddiaçı nisyə aldığı qızıl-zinət əşyalarının dəyərini tam ödəmədiyindən onun iddiaçıya 28443 manat məbləğində borcu yaranmışdır. Cavabdeh Şəmkir rayon Polis Şöbəsində İddiaçı və X1 şikayəti əsasında izahatı alınarkən İddiaçı və Vüsalə Salmanovaya qızıl əşyalarının alqı-satqısına görə 50000 manat borcunun olduğunu göstərmiş olsa da, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən bir ədəd diskdə olan səs yazısında cavabdeh İddiaçı və Vüsalə Salmanovaya 55000 manat borcunun olduğunu bildirməklə ziddiyyətli fikirlər söyləmişdir. Həmçinin, cavabdeh digər videogörüntü ilə birlikdə səs yazısı olan diskdə İddiaçı olan borcunun 29993 manat olduğunu etiraf etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla (“Whatsapp” sosial şəbəkəsi vasitəsilə İddiaçı ilə Cavabdeh arasında aparılmış yazışmalar və qızıl əşyalarının alqı-satqısı ilə bağlı nisyə dəftəri) cavabdehin iddiaçıdan nisyə aldığı qızıl-zinət əşyalarına görə 28443 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Cavabdeh iddiaçıdan nisyə olaraq qızılzinət əşyaları aldığını, lakin onların dəyərini tam şəkildə ödədiyini göstərmiş olsa da, həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 28443 (iyirmi səkkiz min dörd yüz qırx üç) manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi 28443 (iyirmi səkkiz min dörd yüz qırx üç) manat olmaqla təmin edildiyindən 175.33 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 28443 (iyirmi səkkiz min dörd yüz qırx üç) manat borc məbləği və məhkəmə xərci olaraq 175.33 (bir yüz yetmiş beş manat otuz üç qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-212/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-212/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver