Məhkəmə qərarları › İş №2(076)-2128/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2128/2024

25.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2128/2024 25.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün ölçmə işlərinin aparılmasına maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, onlara məxsus ünvan 1 ünvanında yerləşən 0.24 ha torpaq sahəsi və torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasını cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar birlikdə Şəmkir rayonu Əliyaqublu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayırlar. xx.xx.2018-ci il tarixli, Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən 0.24 ha torpaq sahəsi onların və X3 ümumi birgə mülkiyyətinə, torpaq sahəsi üzərində yerləşən tikili A isə tam olaraq İddiaçı3 mülkiyyətinə verilmişdir. Onlar iddiaçılar xx.xx.2018-ci il tarixli, 4Ə-891 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında 0.24 ha torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən 0.10 ha hissəsini X4 bağışlamışlar. Valeh Əsgərov torpaq sahəsinin 0.10 ha hissəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almış və həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. Onlar hazırda torpaq sahəsinin onların ümumi birgə mülkiyyətində olan 0.14 ha torpaq ha hissəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus torpaq sahəsini istifadə etdiklərindən, aralarında mübahisə olduğundan fərdi yaşayış evi və torpaq sahəsi üzərində ölçmə işlərinin aparılması mümkün olmadı və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi onların ərizəsinin icrasından imtina etdi və məhkəməyə müraciət etməyə tövsiyə etmişlər. Ona görə də məhkəməyə müraciətə etmək məcburiyyətində qalmışlar. Qeyd edilənləri nəzərə alaraq onlara məxsus ünvan 1 ünvanında yerləşən 0.24 ha torpaq sahəsi və torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasını cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş etmişlər Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, Şəmkir Rayonu Əliyaqublu kəndində 0.10 ha torpaq sahəsi almışdır. İddiaçıların iddia etdiyi torpaq sahəsini torpaq sahəsini aldığı Valeh çıxarışda qeyd olunan torpaq sahəsi kimi ona satmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdənkeçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialarında olan ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən, **********61-10301 reyestr nömrəli 0.24 ha olan torpaq sahəsinin hüquqi sahibləri: tikinti A- İddiaçı3 tam mülkiyyətindədir; tikinti A1- X3 tam mülkiyyətindədir; torpaq sahəsi İddiaçı3, İddiaçı1, İddiaçı2 birgə mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 4Ə-891 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı3, İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.24 ha olan torpaq sahəsinin 0.1 ha hissəsini X4 bağışlamışlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-1867/2024 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən verilmiş məktubundan görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə 11 saylı Şəmkir Ərazi İdarəsində baxılmışdır. Mütəxəssis tərəfindən işin icraatına uyğun olaraq, təqdim etdiyiniz sənədlərdə qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin və onun torpaq sahəsinin yerində müayinə olunaraq ölçülməsi və elektron baza məlumatlarında yoxlanılması zərurəti yaranmışdır. Bununla əlaqədar bildiririk ki, sözügedən fərdi yaşayış evinin 0.0143 ha hissəsini qonşu ilə istifadə etməklə, aralarında mübahisə mövcuddur. Qeyd olunan mübahisə səbəbindən sözügedən fərdi yaşayış evi və onun torpaq sahəsi üzərində ölçmə işlərinin aparılmasına tam şərait yaradılmamışdır. Odur ki, qeyd olunan mübahisəni nəzərə alaraq, təqdim olunmuş sənədlərdə göstərilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənizin icrası tərəflərindən mümkün olmamışdır. İş materiallarında olan **********93-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışından görünür ki, Şəmkir rayon, Əliyaqublu kəndi, Nizami küçəsi, ev-54 (ümumi torpaq sahəsi 0.10 ha) Cavabdeh2 tam maliyyətindədir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yerləşən **********61-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasında 0.24 ha torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 mülkiyyətində olmuş, həmin torpaq sahəsindən 0.10 ha hissəsini X4 bağışlamışlar. X5 ona bağışlanmış 0.10 ha torpaq sahəsini Cavabdeh2 satmış, Cavabdeh2 adına qeyd edilən torpaq sahəsinə dair çıxarış verilmişdir. Bundan sonra iddiaçılar 0.24 ha torpaq sahəsindən onlara qalan hissə 0.14 ha hissəyə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehlər həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçıların müraciətini həyata keçirməkdən imtina etmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdehlər iddiaçıların mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə maneə olur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı 0.24 ha torpaq sahəsində ölçmə işlərinin aparılmasını qeyd etsə də, 0.24 ha torpaq sahəsinin 0.10 hissəsi cavabdehin mülkiyyətində olduğundan iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdanist ifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdehlər iddiaçının bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdehlər isə onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X2 X1 1 saylı Protokolunun1–ci maddəsindəgöstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadəhüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququnatəminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququda əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdehlər tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınınəsası kimi istinadetdiyi halları sübut etməlidir Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən 0.14 ha torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri X7 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneə aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3 ödənilsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar