Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2128/2025 03.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi İddiaçının vəkili Vəkil Cavabdehin nümayəndəsi (vəkili) X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, (üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə) “çıxarışın verilməsi ilə bağlı maneənin aradan qaldırılması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı, (üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə) “çıxarışın verilməsi ilə bağlı maneənin aradan qaldırılması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 oktyabr tarixli 56 saylı qərarı ilə fərdi yaşayış evi üçün JN-904F (kod ********) saylı şəhadətnamə üzrə 0,04 ha, JN-904H (kod ********) saylı şəhadətnamə üzrə 0,20 ha torpaq sahəsinə çıxarış verilməsi ilə bağlı maneələrin Cavabdeh tərəfindən aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və rəhmətlik X1na Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 oktyabr tarixli 56 saylı qərarı ilə fərdi yaşayış evi üçün JN-904F (kod ********), JN-904H (kod ********) və JN-1525 (kod ********) saylı torpaq mülkiyyətinə dair şəhadətnamələr verilmişdir: JN-904F (kod ********) saylı şəhadətnamə üzrə - 0,04 ha, JN-904H (kod ********) saylı şəhadətnamə üzrə - 0,20 ha, JN-1525 (kod ********) saylı şəhadətnamə üzrə - 0,14 ha. X1 xx.xx.1998-ci il tarixində vəfat etmişdir. Nənəsinin ölümündən sonra həmin torpaqlardan faktiki olaraq Cavabdeh istifadə və nəzarət etmişdir. Cavabdeh faktiki istifadə etməkdə və nəzarətində saxlamaqda davam etmişdir. O öz mülkiyyət hüquqlarının tanınması üçün 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, yalnız JN-1525 saylı (kod ********) saylı 0,14 ha torpaq sahəsi üzrə paylı mülkiyyət hüququ tanınmış, digər iki torpaq sahəsinə gəlincə 19 noyabr 2024-cii il tarixli 3-21-40/2- 6625/2024 və 3-21-40/2-6624/2024 saylı məktubları ilə bu torpaqların mübahisəli olması və ölçmə işlərinin aparılmasına şərait yaradılmaması səbəbilə torpaq sahəsi üzrə paylı mülkiyyət hüququnun tanınmasından imtina edilmişdir. O, cümlədən qeyd edilmişdir ki, ümumi birgə qaydada verilmiş daşınmaz əmlaklar üzərindən payın (hissənin) ayrılması notarial qaydada təsdiq olunmuş "Bölgü sxemi" əsasında aparılır. Qeyd olunan "Bölgü sxeminin tərtibi könüllü şəkildə tərəflərin (ailə üzvlərinizin, mülkiyyətçilərin, vərəsələrin) qarşılıqı razılığı və yaxud naturada bölünən daşınmaz əmlakın istiqaməti, sahəsi və ölçüsü göstərilməklə qanuni qüvvəsini almış məhkəmə qərarı (qətnaməsi) əsasında məcburi qaydada aparılır." Bildirir ki, JN-904H (kod ********) saylı şəhadətnamə üzrə 0,20 ha torpaq sahəsinin üzərində yerləşən yaşayış evi şəxsən onun tərəfindən 2016-2021-ci illər ərzində Rusiya Federasiyasında qazandığı vəsait hesabına inşa edilmişdir. Lakin işləri ilə əlaqədar uzun müddət xaricdə yaşadığından torpağa dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün vaxtında müraciət edə bilməmişdir. Hal-hazırda onun paylı mülkiyyət hüququnun rəsmən tanındığı JN-1525 saylı (kod ********) saylı 0,14 ha torpaq sahəsi üzrə çıxarış və plan ölçüsü verilərkən heç bir problem yaşanmadığı halda, digər iki torpaq sahəsi üzrə cavabdehin törətdiyi maneələr səbəbilə bu mümkün olmur. Hazırda cavabdehin qanunsuz maneələri səbəbindən iddiaçı öz mülkiyyət hüququnu tam həyata keçirə bilmir. Hazırda paylı mülkiyyətində olan JN-904F (kod ********) saylı şəhadətnamə üzrə 0,04 ha, JN-904H (kod ********) saylı şəhadətnamə üzrə 0,20 ha torpaq sahəsi çıxarışın verilməsi ilə bağlı maneənin aradan qaldırılması tələbini verməkdə haqlıdır. İddiaçının vəkili Vəkil iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, iddiaçıya və rəhmətlik X1na Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 oktyabr tarixli 56 saylı qərarı ilə fərdi yaşayış evi üçün JN-904F (kod ********), JN-904H (kod ********) və JN-1525 (kod ********) saylı torpaq mülkiyyətinə dair şəhadətnamələr verilmişdir: JN-904F (kod ********) saylı şəhadətnamə üzrə - 0,04 ha, JN-904H (kod ********) saylı şəhadətnamə üzrə - 0,20 ha, JN-1525 (kod ********) saylı şəhadətnamə üzrə - 0,14 ha. X1 xx.xx.1998-ci il tarixində vəfat etmişdir. Nənəsinin ölümündən sonra həmin torpaqlardan faktiki olaraq Cavabdeh istifadə və nəzarət etmişdir. İddiaçı öz mülkiyyət hüquqlarının tanınması üçün 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, yalnız JN-1525 saylı (kod ********) saylı 0,14 ha torpaq sahəsi üzrə paylı mülkiyyət hüququ tanınmış, digər iki torpaq sahəsinə gəlincə 19 noyabr 2024-cii il tarixli 3-21-40/2- 6625/2024 və 3-21-40/2-6624/2024 saylı məktubları ilə bu torpaqların mübahisəli olması və ölçmə işlərinin aparılmasına şərait yaradılmaması səbəbilə torpaq sahəsi üzrə paylı mülkiyyət hüququnun tanınmasından imtina edilmişdir. O, cümlədən qeyd edilmişdir ki, ümumi birgə qaydada verilmiş daşınmaz əmlaklar üzərindən payın (hissənin) ayrılması notarial qaydada təsdiq olunmuş "Bölgü sxemi" əsasında aparılır. Qeyd olunan "Bölgü sxeminin tərtibi könüllü şəkildə tərəflərin (ailə üzvlərinizin, mülkiyyətçilərin, vərəsələrin) qarşılıqı razılığı və yaxud naturada bölünən daşınmaz əmlakın istiqaməti, sahəsi və ölçüsü göstərilməklə qanuni qüvvəsini almış məhkəmə qərarı (qətnaməsi) əsasında məcburi qaydada aparılır." Bildirir ki, JN-904H (kod ********) saylı şəhadətnamə üzrə 0,20 ha torpaq sahəsinin üzərində yerləşən yaşayış evi şəxsən iddiaçı tərəfindən 2016-2021-ci illər ərzində Rusiya Federasiyasında qazandığı vəsait hesabına inşa edilmişdir. Cavabdeh lazımi işlərin aparılmasına imkan vermir, aidiyyəti dövlət orqanının əməkdaşlarına maneələr yaradır. Odur ki məhkəmədən, çıxarışın verilməsi ilə bağlı maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) X8 iddia ərizəsini qəbul edərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1960-cı ildə cavabdehin atası tərəfindən tikilmişdir. Lakin həmin evdə sonradan aparılmış təmir işləri cavabdeh tərəfindən həyata keçirilmişdir. İddiaçı isə həmin evdə böyümüşdür. Həmin evə ölçmə işlərinin aparılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən heç kim gəlməmişdir. Cavabdeh torpaq sahəsinin iddiaçıya aid hissə də onun olduğunu qəbul etmiş, həmçinin o vəfat etdikdən sonra anasından qalan mirasında iddiaçının mülkiyyətinə veriləcəyini bildirmişdir. Belə ki, cavabdehin iddiaçıdan başqa bir nəfər qızı var, qızı isə evlidir və onun qeyd olunan torpaq sahəsinə ehtiyacı yoxdur. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndənin iştirakını təmin etməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə iclasa gəlməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin, cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ-İİ 456785 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1998-ci il tarixdə ölmüşdür. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə doğulmuşdur. İşdə olan AZE0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1957-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, torpaq sahəsi üzərində mübahisə olduğundan İddiaçı ərizəsinə baxılmasından imtina edilmişdir. İş materiallarında olan JN-904H KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 oktyabr tarixli 56 saylı qərarı ilə fərdi yaşayış evi üçün X3 və İddiaçı ümumi birgə mülkiyyətinə 0.20 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-904F KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 oktyabr tarixli 56 saylı qərarı ilə fərdi yaşayış evi üçün X3 və İddiaçı ümumi birgə mülkiyyətinə 0.04 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, JN-904H KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 oktyabr tarixli 56 saylı qərarı ilə fərdi yaşayış evi üçün X3 və İddiaçı ümumi birgə mülkiyyətinə 0.20 ha torpaq sahəsi verilmişdir. JN-904F KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 oktyabr tarixli 56 saylı qərarı ilə fərdi yaşayış evi üçün X3 və İddiaçı ümumi birgə mülkiyyətinə 0.04 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri üzrə iddiaçı mülkiyyətinə dair çıxarış almaq istəmiş, lakin cavabdeh ona maneə yaratdığı üçün ala bilməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçının bu hüququnu həyata keçirməsinə maneəçilik yaradır. İnsan Hüquqları və X6 X2 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdeh tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 oktyabr tarixli 56 saylı qərarı ilə fərdi yaşayış evi üçün JN-904F KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməsi üzrə 0.04 ha torpaq sahəsi və JN-904H KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.20 ha torpaq sahəsi üzrə çıxarışın verilməsi üçün Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-2128/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2128/2025
03.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver