Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-213/2023 12.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi,i ddiaçı İddiaçı, cavabdehin nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 24.104 (iyirmi dörd min yüz dörd) manat borcun, eləcə də ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi tanıyır və münasibətləri normal olmuşdur. 2021-ci ilin dekabr ayında cavabdeh ondan ümumi dəyəri 25000 manat olan qızıl-zinət əşyaları götürmüş və pulunu bir neçə aya qaytaracağına söz vermişdir. Cavabdeh borcunu qaytarmadığı üçün Şəmkir rayon Polis Şöbəsinə şikayət etmişdir. Şəmkir rayon Polis Şöbəsində cavabdeh ona olan borcundan 800 (səkkiz yüz) manat qaytarmışdır. Hal-hazırda cavabdehin ona 24104 (iyirmi dörd min bir yüz dörd) manat borcu vardır. Cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edib, cavabdehin ona olan borcunu tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ümumilikdə 34654 manat dəyərində qızıl əşyalarını nisyə satdığını, həmin qızıl əşyalarının dəyərindən cavabdehin ona hissə-hissə 10050 manat ödəniş etdiyini, 17 iyun 2022-ci il tarixdə isə 500 manat ödəniş etdiyini, hazırda Cavabdeh ona 24104 manat məbləğində borcu qaldığını göstərməklə cavabdehdən borclu olduğu 24104 manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib və əlavə olaraq bildirdi ki, bacısı X3 ilə 2021-ci ildən qızıl alıq-satqısı ilə məşğul olmuşlar. Cavabdeh isə tanışlarıdır. 2021-ci ilin dekabr ayından 2022-ci ilin aprel ayının sonlarına kimi olan müddət ərzində o və bacısı Türkan Salmanova hər biri ayrı-ayrılıqda Cavabdeh nisə olaraq qızıl əşyaları satmışlar. Cavabdeh ilk vaxtlar onlardan nisyə aldığı qızıl əşyalarının pulun ödəyərək, onların etibarını qazanmışdır. Sonradan isə ondan nisyə aldığı qızıl əşyalarının pulunu ödəməkdən imtina etmişdir. Belə ki, cavabdeh 05 yanvar 2022-ci il tarixdə 2000 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti almış, onun dəyərindən 4 ay müddətində 800 manat pul ödəmiş və 1200 manat borcu qalmışdır. 07 yanvar 2022-ci il tarixdə yenidən 2000 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti almış və onun dəyərindən də 4 ay müddətində 800 manat ödəyərək, 1200 manat borcu qalmışdır. Cavabdeh 21 yanvar 2022-ci il tarixdə isə ondan hər birinin dəyəri 800 manat olan 3 ədəd brilyant qaşlı qızıl üzükləri və 1850 manat dəyərində qızıl saatı nisyə almış, 3 ay müddətində ümumilikdə üzüklərə görə 900 manat, qızıl saata görə isə 900 manat ödəniş etdikdən sonra qızıl üzüklərə görə 1500 manat və qızıl saata görə 950 manat borcu qalmışdır. Cavabdehə 09 fevral 2022-ci ildə yenidən nisyə olaraq 2600 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti satmışdır. Cavabdeh nisyə aldığı həmin qızıl əşyasının dəyərindən yalnız 450 manat ödəniş etmiş və ona 2150 manat borcu qalmışdır. 11 fevral 2022-ci il tarixdə isə cavabdehə nisyə satdığı 1500 manat dəyərində brilyant qaşlı qızıl sırğanın dəyərindən cavabdeh ona 400 manat ödəmiş və 1100 manat borcu qalmışdır. 09 mart 2022-ci ildə cavabdehə dəyəri 325 manat olan ilan formalı qızıl boyunbağı satmışdır. Cavabdeh həmin qızıl əşyasının dəyərindən heç bir ödəniş etməmişdir. 18 mart 2022-ci il tarixdə cavabdehə çəkisi 23.77 qram, dəyəri 2377 manat olan qızıl boyunbağını, 1350 manat dəyərində brilyant qaşlı qızıl sırğanı nisyə satmışdır. Cavabdeh həmin qızıl boyunbağının dəyərindən 1300 manat və qızıl sırğanın dəyərindən isə 250 manat ödəniş etdikdən sonra qızıl boyunbağıya görə 1077 manat, qızıl sırğaya görə isə 1100 manat borcu qalmışdır. Cavabdehə 01 aprel 2022-ci il tarixdə nisyə satdığı rekert toxunuşlu, 1982 manat dəyərində qızıl rekert boyunbağının dəyərindən ona 600 manat, 02 aprel 2022-ci il tarixdə nisyə satdığı 17.2 qram çəkisi olan, 1700 manat dəyərində qızıl kolenin dəyərindən 300 manat, çəkisi 10.8 qram, dəyəri 975 manat olan qızıl boyunbağının dəyərindən 300 manat ödəniş etmişdir. Cavabdehin 1982 manat dəyərində olan qızıl boyunbağıya görə ona 1382 manat, 975 manat dəyərində qızıl boyunbağıya görə 675 manat və qızıl koleyə görə 1400 manat borcu qalmışdır. Bundan sonra cavabdehə 05 aprel 2022-ci il tarixdə çəkisi 10.14 qram, dəyəri 915 manat olan qızıl üzük-sırğa dəstini, çəkisi 13.66 qram, dəyəri 1230 manat olan qızıl bilərziyi və çəkisi 16.75 qram, dəyəri 2300 manat olan brilyant qaşlı qızıl üzük-sırğa dəstini nisyə satmışdır. Cavabdehin ona qızıl üzük-sırğa dəstinə görə 715 manat, qızıl bilərziyə görə 1030 manat və brilyant qaşlı qızıl sırğa-üzük dəstinə görə 2000 manat borcu qalmışdır. 07 aprel 2022-ci il tarixdə isə cavabdeh ondan 425 manat dəyərində uşaq üçün qızıl bilərzik almış və həmin qızıl əşyasının dəyərindən 325 manat borcu qalmışdır. Daha sonra 12 aprel 2022-ci il tarixdə cavabdehə 650 manat dəyərində brilyant qaşlı qızıl üzüyü nisyə satmış, cavabdeh ona 250 manat ödədikdən sonra qızıl üzüyə görə ona 400 manat borcu qalmışdır. 14 aprel 2022-ci il tarixdə isə cavabdehə hər bir dəstinin dəyəri 1800 manat olan iki dəst brilyant qaşlı qızıl-üzük sırğa dəstini nisyə satmış, cavabdeh həmin qızıl əşyalarının hər bir dəstinin dəyərindən ona 300 manat ödəniş etmişdir. Cavabdehin həmin qızıl üzük-sırğa dəstlərinin dəyərindən ona ümumilikdə 3000 manat borcu qalmışdır. Cavabdeh sonuncu dəfə 20 aprel 2022-ci il tarixdə ondan 10.17 qram çəkidə, 885 manat dəyərində qızıl sırğanı, 21 aprel 2022-ci il tarixdə 10.77 qram çəkidə, 1044 manat dəyərində qızıl bilərziyi və 29.96 qram çəkidə, 2546 manat dəyərində tros toxunuşlu qızıl boyunbağını nisyə almışdır. Cavabdehin ona həmin qızıl əşyalarının dəyərindən ümumilikdə 3075 manat borcu qalmışdır. Beləliklə, cavabdehin ondan nisyə aldığı qızıl əşyalarının dəyərinə görə ona ümumilikdə 24604 manat borcu yaranmışdır. Cavabdeh nisyə aldığı qızıl əşyalarına görə ona və bacısı Türkan Salmanovaya olan borcunu qaytarmadığı üçün Şəmkir rayon Polis Şöbəsinə şikayət etmişlər. Şəmkir rayon Polis Şöbəsində cavabdeh bacısı Türkan Salmanovaya olan borcundan 800 (səkkiz yüz) manat qaytarmışdır. Sonradan isə cavabdeh 17 iyun 2022-ci il tarixdə onun özünə olan 24604 manat borcdan 500 manat ödəmişdir. Hazırda cavabdehin ona 24104 manat borcu qalmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iddianı qəbul etməyərək, izahatında bildirdi ki, həqiqətən tərəflər arasında əldə edilmiş şifahi razılaşmalara əsasən qızıl-zinət əşyalarının alqı-satqısı olmuşdur. Cavabdeh iddiaçıdan və onun bacısı Türkan Salmanovadan qızıl-zinət əşyalarını nisyə almış, sonradan isə onlara olan borcunu qaytarmışdır. Cavabdeh ilə iddiaçı arasında qızıl-zinət əşyalarının alqısatqısı ilə bağlı 5000 manatdan çox dövriyyə olmamışdır. İddiaçı tərəfindən cavabdehə bir dəfəyə elə yüksək məbləğdə qızıl əşyaları nisyə verilə bilməzdi. Həmçinin, 10 mart 2022-ci il tarixdə cavabdehin yaşadığı evə oğru girmiş və onun evindən qızıl-zinət əşyaları oğurlanmışdır. Bununla bağlı cinayət işi də vardır. Cavabdehin qızıl-zinət əşyalarına görə iddiaçıya heç bir borcu qalmamışdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmamasını xahiş etməmiş, məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmuşdur. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı və X1 şikayəti əsasında toplanmış HK- 1/1825 nömrəli rədd materialı və həmin material əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı və X1 müraciəti əsasında, onların və şikayətçi olduqları Cavabdeh izahatları alınmış, həmin izahatlarında İddiaçı və X3 2021-ci ilin dekabr ayının sonlarından 2022-ci ilin aprel ayının sonlarına kimi Cavabdeh nisyə olaraq qızıl-zinət əşyaları satdıqlarını və onlara 55000 manat borcunun qaldığını, Cavabdeh isə izahatında Türkan Salmanovaya və İddiaçı qızıl əşyalarının alqı-satqısına görə 50000 manat borcunun qaldığını göstərmişdir. Toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş “Whatsapp” sosial şəbəkəsi vasitəsilə İddiaçı ilə Cavabdeh arasında aparılmış yazışmalardan və qızıl əşyalarının alqı-satqısı ilə bağlı nisyə dəftərindən görünür ki, cavabdeh iddiaçıdan 05 yanvar 2022-ci il tarixdə 2000 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti almış, onun dəyərindən 200 manat ilkin ödəniş etmiş, fevral ayında 200 manat, mart ayında 200 manat, aprel ayında 200 manat ödəniş etikdən sonra 1200 manat borcu qalmış; 07 yanvar 2022-ci il tarixdə 2000 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti almış, 200 manat ilkin ödəniş etmiş, fevral ayında 200 manat, mart ayında 200 manat, aprel ayında 200 manat ödəniş etdikdən sonra 1200 manat borcu qalmış; 21 yanvar 2022-ci il tarixdə hər birinin dəyəri 800 manat olan 3 ədəd brilyant qaşlı qızıl üzük almış, hər birinin dəyərindən 100 manat ilkin ödəniş etmiş, fevral ayında hər birinin dəyərindən 100 manat, mart ayında hər birinin dəyərindən 100 manat ödəniş etdikdən sonra üç ədəd üzüyə birlikdə 1500 manat borcu qalmış, 21 yanvar 2022-ci il tarixdə 1850 manat dəyərində qızıl saat almış, 300 manat ilkin ödəniş etmiş, fevral ayında 300 manat, mart ayında 300 manat ödəniş etdikdən sonra 950 manat borcu qalmış; 09 fevral 2022-ci ildə 2600 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti almış, 250 manat ilkin ödəniş etmiş, mart ayında 200 manat ödəniş etdikdən sonra 2150 manat borcu qalmış; 11 fevral 2022-ci il tarixdə 1500 manat dəyərində brilyant qaşlı qızıl sırğa almış, 200 manat ilkin ödəniş etmiş, mart ayında 200 manat ödəniş etdikdən sonra 1100 manat borcu qalmış; 09 mart 2022-ci ildə 325 manat dəyərində ilan formalı qızıl boyunbağı almış və dəyərindən heç bir ödəniş etməmiş; 18 mart 2022-ci il tarixdə çəkisi 23.77 qram, dəyəri 2377 manat olan qızıl boyunbağı almış, 500 manat ilkin ödəniş etmiş, daha sonra 800 manat ödəniş etmiş və 1077 manat borcu qalmış, 18 mart 2022-ci il tarixdə 1350 manat dəyərində brilyant qaşlı qızıl sırğa almış, 250 manat ilkin ödəniş etdikdən sonra 1100 manat borcu qalmış; 01 aprel 2022-ci il tarixdə 1982 manat dəyərində qızıl rekert toxunuşlu boyunbağı almış, 600 manat ilkin ödəniş etmiş, 1382 manat borcu qalmış; 02 aprel 2022-ci il tarixdə 17.2 qram çəkisi olan, 1700 manat dəyərində qızıl kole almış, 300 manat ilkin ödəniş etdikdən sonra 1400 manat borcu qalmış; 02 aprel 2022-ci il tarixdə 975 manat dəyərində qızıl boyunbağı almış, 300 manat ilkin ödəniş etdikdən sonra 675 manat borcu qalmış; 05 aprel 2022-ci il tarixdə çəkisi 10.14 qram, dəyəri 915 manat olan qızıl üzük-sırğa dəsti almış, 200 manat ilkin ödəniş etdikdən sonra 715 manat borcu qalmış; 05 aprel 2023-cü il tarixdə çəkisi 13.66 qram, dəyəri 1230 manat olan qızıl bilərzik almış, 200 manat ilkin ödəniş etdikdən sonra 1030 manat borcu qalmış; 05 aprel 2022-ci il tarixdə çəkisi 16.75 qram, dəyəri 2300 manat olan brilyant qaşlı qızıl üzük-sırğa dəsti almış, 300 manat ilkin ödəniş etdikdən sonra 2000 manat borcu qalmış; 07 aprel 2022-ci il tarixdə 425 manat dəyərində uşaq üçün qızıl bilərzik almış, 100 manat ilkin ödəniş etdikdən sonra 325 manat borcu qalmış; 12 aprel 2022-ci il tarixdə 650 manat dəyərində brilyant qaşlı qızıl üzük almış, 250 manat ilkin ödəniş etdikdən sonra 400 manat borcu qalmış; 14 aprel 2022-ci il tarixdə dəyəri 1800 manat olan bir dəst brilyant qaşlı qızıl-üzük sırğa dəsti almış, 300 manat ilkin ödəniş etdikdən sonra 1500 manat borcu qalmış, 14 aprel 2022-ci il tarixdə dəyəri 1800 manat olan bir dəst brilyant qaşlı qızıl-üzük sırğa dəsti almış, 300 manat ilkin ödəniş etdikdən sonra 1500 manat borcu qalmış; 20 aprel 2022-ci il tarixdə 10.17 qram çəkidə, 885 manat dəyərində qızıl sırğa almış, 300 manat ilkin ödəniş etdikdən sonra 585 manat borcu qalmış, 21 aprel 2022-ci il tarixdə 10.77 qram çəkidə, 1044 manat dəyərində qızıl bilərzik almış, 400 manat ilkin ödəniş etdikdən sonra 644 manat borcu qalmış, 21 aprel 2022-ci il tarixdə 29.96 qram çəkidə, 2546 manat dəyərində tros toxunuşlu qızıl boyunbağı almış, 700 manat ilkin ödəniş etdikdən sonra 1846 manat borcu qalmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bir ədəd diskdə olan bir ədəd fayldan ibarət səs yazısı məhkəmə iclasında tədqiq edilmişdir. Səs yazısında Cavabdeh İddiaçı və onun bacısı X2 55000 manat borcunun olduğunu etiraf etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair şifahi razılaşma olmuşdur. Cavabdeh 2022ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonuna kimi İddiaçı 34654 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almış və həmin əşyaların dəyərindən müxtəlif vaxtlarda qismən ödəniş etdikdən sonra iddiaçıya 24104 manat məbləğində borcu qalmışdır. Ona görə də iddiaçı 24104 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər qızıl-zinət əşyalarının nisyə alqı-satqısı ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin nisyə alqı-satqı münasibətlərini və öhdəliyin icrası ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir Azərbaycan Respublikası Mülki Məcəllənin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair razılığa gəlmişlər. Cavabdeh İddiaçı nisyə aldığı qızıl-zinət əşyalarının dəyərini tam ödəmədiyindən onun iddiaçıya 24104 manat məbləğində borcu yaranmışdır. Cavabdeh Şəmkir rayon Polis Şöbəsində İddiaçı və X1 şikayəti əsasında izahatı alınarkən Türkan Salmanovaya və İddiaçı qızıl əşyalarının alqı-satqısına görə 50000 manat borcunun olduğunu göstərmiş olsa da, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən bir ədəd diskdə olan səs yazısında isə cavabdeh Türkan Salmanovaya və İddiaçı 55000 manat borcunun olduğunu bildirməklə ziddiyyətli fikirlər söyləmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla (“Whatsapp” sosial şəbəkəsi vasitəsilə İddiaçı ilə Cavabdeh arasında aparılmış yazışmalar və qızıl əşyalarının alqı-satqısı ilə bağlı nisyə dəftəri) cavabdehin iddiaçıdan nisyə aldığı qızıl-zinət əşyalarına görə 24104 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Cavabdeh iddiaçıdan nisyə olaraq qızıl-zinət əşyaları aldığını, lakin onların dəyərini tam şəkildə ödədiyini göstərmiş olsa da, həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 24104 manat manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 162 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 24104 (iyirmi dörd min bir yüz dörd) manat borc məbləği və məhkəmə xərci olaraq 162 (bir yüz altmış iki) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-213/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-213/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver