Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2152/2023 10.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 2104,23 manat əsas borc, 8,16 manat faiz, 1,44 manat cərimə cəmi 2114,28 manat məbləğidə kredit borcun, həmçinin 41,15 manat məbləğində ödənilmiş dövlət rüsumunun, tutularaq, «X1 Azərbaycan» QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X1 Azərbaycan» QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə «X1 Azərbaycan» QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 263910 nömrəli Güzəşli Kredit və Zaminlik Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə kreditor tərəfindən borcalana istehlak yönümlü 4017 (dörd min on yeddi) manat məbləğində kredit kartı limiti ayırmışdır və o, 5 il müddətinə əsas borc ödənilməsinə 1 il güzəşt müddəti ilə kreditin əsas məbləği və ona illik 1% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Belə ki, hazırda borclunun banka 2104,23 manat əsas, 8,16 manat faiz, 1,44 manat cərimə məbləği, cəmi 2114,28 manat borcu vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 08 iyun 2023-cü il tarixli bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. İş materialına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 263910 nömrəli Güzəşli Kredit və Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh beş il müddətinə 4017 (dörd min on yeddi) manat məbləğində kredit kartı limiti ayırmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" QSC-yə 2104,23 manat əsas borc, 8,61 manat faiz, 1,44 manat cərimə, cəmi 2114,28 manat pul öhdəliyi yaranmışdır. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, borclu Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı və qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməmiş, nəticədə müqavilə şərtlərini pozmuşdur. Müqavilənin 4.19-cu maddəsinə əsasən bu müqavilədən yaranan (irəli gələn) borcların kart/əlavə kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə “Bank”, kart/əlavə kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart/əlavə kart sahibi bununla bağlı “Bank”ın çəkəcəyi hər cür xərclərin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) “Bank”a ödənilməsini qəbul, bəyan və təsdiq edir. Ona görə də, iddia təmin edilməli, Cavabdeh 2104,23 manat əsas borc, 8,16 manat faiz borcu, 1,44 manat cərimə məbləği, cəmi 2114,28 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 41,15 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 2104,23 manat əsas borc, 8,16 manat faiz, 1,44 manat cərimə məbləği, cəmi 2114,28 (iki min bir yüz on dörd manat iyirmi səkkiz qəpik) manat pul və ödənilmiş 41,15 (qırx bir manat on beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2152/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2152/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver