Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2188/2023 20.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən kredit müqaviləsi üzrə 1.173,17 ABŞ dolları əsas kredit borcu, 618,66 ABŞ dolları faiz borcu, 2.466,57 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 169,44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4.427,84 ABŞ dolları məbləğində pulun və ödənilmiş 95,28 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış 18 dekabr 2014–cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017–ci il tarixli 02 nömrəli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5.056,33 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020–ci il tarixədək müəyyən edilmiş və borcalan saziş imzalandığı tarixdən etibarən illik 8% ödəməli olmuşdur. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş, borcunun bir qismini ödəsə də, qalan borcunu ödəməkdən imtina etmişdir. Nəticədə onun xx.xx.2023–cü il tarixədək 1.173,17 ABŞ dolları əsas kredit borcu, 618,66 ABŞ dolları faiz borcu, 2.466,57 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 169,44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4.427,84 ABŞ dolları borcu qalmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin olunaraq cavabdehdən 1.173,17 ABŞ dolları əsas kredit borcu, 618,66 ABŞ dolları faiz borcu, 2.466,57 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 169,44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4.427,84 ABŞ dolları məbləğində pulun və ödənilmiş 95,28 manat dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2014–cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017–ci il tarixli 02 nömrəli əlavə sazişdən görünür ki, tərəflər arasında bağlanmış 18 dekabr 2014–cü il tarixli ********* nömrəli kredit müqaviləsinə dəyişiklik edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5.056,33 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020–ci il tarixədək müəyyən edilmiş və borcalan saziş imzalandığı tarixdən etibarən illik 8% ödəməli olmuşdur. İşdə olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2023–cü il tarixə Cavabdeh banka 1.173,17 ABŞ dolları əsas kredit borcu, 618,66 ABŞ dolları faiz borcu, 2.466,57 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 169,44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4.427,84 ABŞ dolları borcu vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış 18 dekabr 2014–cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017–ci il tarixli 02 nömrəli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5.056,33 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020–ci il tarixədək müəyyən edilmiş və borcalan saziş imzalandığı tarixdən etibarən illik 8% ödəməli olmuşdur. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş, borcunun bir qismini ödəsə də, qalan borcunu ödəməkdən imtina etmişdir. Nəticədə bank tərəfindən xx.xx.2023–cü il tarixədək cavabdehə 1.173,17 ABŞ dolları əsas kredit borcu, 618,66 ABŞ dolları faiz borcu, 2.466,57 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 169,44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4.427,84 ABŞ dolları borc hesablanmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən kredit müqaviləsi üzrə 1.173,17 ABŞ dolları əsas kredit borcu, 618,66 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 169,44 ABŞ dolları faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq 123 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 123 ABŞ dolları məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, 18 dekabr 2014–cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh 1.173,17 ABŞ dolları əsas kredit borcu, 618,66 ABŞ dolları faiz borcu, 123 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 169,44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.084,27 ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 95,28 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçı banka verilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 18 dekabr 2014–cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017–ci il tarixli 02 nömrəli əlavə sazişə əsasən Cavabdeh 1.173,17 ABŞ dolları əsas kredit borcu, 618,66 ABŞ dolları faiz borcu, 123 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 169,44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.084,27 (iki min səksən dörd dollar iyirmi yeddi sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 95,28 (doxsan beş manat iyirmi səkkiz qəpik) manat məbləğində pul alınıb Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2188/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2188/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver