Məhkəmə qərarları › İş №2(076)-220/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-220/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-220/2023 10.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1085 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tululub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında əldə edilmiş razılığa əsasən 1085 (bir min səksən beş) manat borc yaranmışdır. Həmin borcu cavabdeh qaytarmamışdır. Razılağa görə cavabdeh ondan qızıl əşyası almaqla pul borcu yaranmışdır. Cavabdeh dediyi müddət ərzində həmin borcu qaytarmalı idi. Həmin puldan bu günədək heç bir məbləğ qaytarmamışdır. Dəfələrlə deməsinə baxmayaraq cavabdeh həmin pulu geri istədiyində qaytarmaqdan boyun qaçırmışdır. Dəfələrlə xəbərdarlıq etsə də həmin borcu ödəyəcəyini desədə bu günə qədər qalan borcunu ödəməmişdir. Həmin borcun cavabdehə verməsini təsdiq edən şahidləridə vardır. Məhkəmə prosesində həmin borcun olmağını şahidləri təsdiq edəcəklər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, həmin məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək ifadəsində göstərdi ki, İddiaçı 1085 manat borcunun olduğunu etiraf edir. Odur ki, iddia tələbinin təmin edilərək ondan 1085 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini məhkəməyə bildirdi. Bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materialların əlavə olunmuş əl yazmasından görünür ki, İddiaçı Cavabdeh 1085 manat məbləğində borc vermişdir. İşdə olan Şəmkir RİHB Düyərli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Düyərli kəndində yaşayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh 1085 manat məbləğində pul borc vermiş və bu zaman aralarında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Daha sonra cavabdeh iddiaçıdan aldığı pulu geri qaytarmadığı üçün, hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh hazırda onun iddiaçıya 1085 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin mövcud borc müqavilə ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh 1085 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmiş, Cavabdeh isə iddia tələbini qəbul edərək həmin məbləğdə İddiaçı borcunun olmasını etiraf edərək iddianın təmin edilməsi ilə razılaşmışdır. Cavabdehin iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1085 (bir min səksən beş) manat məbləğində borc pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar