Məhkəmə qərarları › İş №2(076)-2208/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2208/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2208/2023 31.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5530 (beş min beş yüz otuz) manat pulun və 76 (yetmiş altı) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2010-cu ildən tanımışdır. O şirniyyat bişirdiyi üçün daim ondan şirniyyat almışdır. Cavabdehlə aralarında münasibətləri olduğu üçün ona müraciət edərək, pula ehtiyacı olduğunu bildirmiş və ona borc pul verməyini xahiş etmişdir. O, cavabdehi tanıdığı üçün etibar edib cavabdehə borc pul vermişdir. İlk dəfə borc verdiyi pulu cavabdeh ona qaytarmış, sonradan 2017-ci ildə cavabdeh yenidən ona müraciət edərək, pula ehtiyacı olduğunu bildirdi və o, yenidən borca pul istəmişdir. O, cavabdehə inanaraq 2017-ci ilin fevral ayında 900 manat, 09 mart 2017-ci ildə 4500 manat borc pul vermişdir. Sonradan 17 iyul 2017-ci ildə cavabdeh yenidən ona müraciət edərək, pula ehtiyacı olduğunu bildirdi və ona yenidən borc verməyini xahiş etmişdir. Cavabdeh ona aldığı pulların hamısını birlikdə qaytaracağını bildirdi. O, da cavabdehə inanaraq 57000 rus rublu pulun həmin vaxt manata məzənnəsi ilə 1520 manat və 700 manat borc pul vermiş, lakin cavabdeh sonradan ona borclu olduğu məbləği qaytarmaqdan imtina etmişdir. Dəfələrlə vermis olduğu pulu tələb etməyinə baxmayaraq cavabdeh ona gah işi olmadığını, gah pulu düzəldə bilmədiyini bəhanə gətirərək, ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Nəhayət 2023-cü ildən başalayaraq cavabdeh ona olan borcunu qaytarmağa söz vermis, 25 fevral 2023-cü il tarixdən aprel 2023-cü il tarixə kimi cavabdeh ona olan borcundan hissə-hissə 1190 manat pul qaytarmışdır. Sonradan yenidən cavabdeh bəhanələr edərək onun pulunun qalan hissəsini qaytarmaqdan imtina etmişdir. Hətta onun işlədiyi yerə getdikdə iş yoldaşları belə onun pulunu verməyəcini bildirdilər. Hazırda cavabdehin ona 5530 manat pul borcu qalmışdır. Cavabdeh onun pulunu qaytarmadığına görə o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşam. Ona görə də, Cavabdeh qarşı “pul tələbi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5530 (beş min beş yüz otuz) manat pulun və 76 (yetmiş altı) manat dövlət rüsumunun alınaraq manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində tələbini yalnış hesablamaqla göstərdiyindən 5530 manat göstərmiş, əslində isə 6430 manatdır. Ona görə də məhkəmədən iddiasının təmin edilərək, Cavabdeh 6430 (altı min dörd yüz otuz) manat pulun və 84 (səksən dörd) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirdi ki, iddia ərizəsində təqdim etdiyi sübutda da göründüyü kimi 6430 manat olsa da yalnış hesablamışdır. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də o pulu qaytarmaqdan yayınmışdır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da məhkəməyə gəlməmiş, həmçinin məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş edərək, ərizəsində bildirmişdir ki, iddianı qismən qəbul edir, belə ki, İddiaçı 5300 manat borcu olmuşdur. Həmin puldan 1200 manatını 2023-cü ilin may ayına kimi qaytarmışdır. Hazırda ona 4100 manat borcu vardır. Həmin borcu da yalnız hissə-hissə verə bilər., hazırda madi imkanı yoxdur ki, pulu ödəsin. Dəfələrlə iddiaçıya demişdir ki, ona vaxt versin, borcunu ödəməyə. Məhkəmə iddiaçının izahatını dinləyərək və cavabdehin iddianı qismən etiraf barədə ərizəsini və mülki işin digər materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş cavabdehin öz əl yazması ilə yazılmış və imzalanmış kağızdan görünür ki, o, iddiaçı “Səidə müəllimədən 09 mart 2017-ci ildə 4500 manat, 57.000 rus rublu aldı, bir də 700 manat götürdü. xx.xx.2017-ci ildə cəm olaraq 5200 manat və 57.000 rus rublu. Təkrarən 2017-ci ilin oktyabrında 34.000 rus rublu aldı. Fevral 900 manat aldı”. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında olan yazılı razılaşmaya əsasən iddiaçı cavabdehə 09 mart 2017-ci ildə 4500 manat, 57.000 rus rublu və bir də 700 manat, təkrarən 2017-ci ilin oktyabrında 34.000 rus rublu və fevralda 900 manat borc pul vermişdir. Cavabdeh iddiaçıya məxsus pulu qaytarmaqdan imtina edir. Cavabdeh isə məhkəmə bildirişlərini alsa da məhkəmə iclasına gəlmir və özünü müdafiə etmir. Həmçinin cavabdeh borcunun olmasını məhkəməyə ünvünladığı ərizədə də qismən etiraf edir. Qaytarması barədə MPM 77.1-ci maddəsinə əsasən məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Odur ki, iddiaçı cavabdehdən olan pullarını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6430 manat pul alınaraq iddiaçı Cavabdeh verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 84 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 6430 manat və dövlət rüsumunun əvəzi kimi 84 (səksən dörd) manat alınaraq İddiaçı verilsin. Cavabdeh İddiaçı qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar