Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2217/2025 31.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6780.81 (altı min yeddi yüz səksən manat səksən bir qəpik) manat, birgə əldə etdiyləri gəlirdən 550 manat, ümumilikdə 7330.81 (yeddi min üç yüz otuz manat səksən bir qəpik) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 93.31 (doxsan üç manat otuz bir qəpik) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh 2024-cü ildən tanıyır. Belə ki, cavabdeh Gəncə şəhəri ərazisində yerləşən “Milana” adlı gözəllik salonunda işləyirdi. O “Milana” gözəllik salonuna lazer aparatının istifadə olunmasını öyrənmək üçün getmişdir. Cavabdeh ilə aralarında dostluq olduğundan o ona etibar etmişdir. 2025-ci ilin fevral ayında Cavabdeh işindən razı olduğunu, yaxşı gəlir əldə etdiyini, bu səbəbdən ona şərikli gözəllik salonu açmaqla təklif etdi. Onlar bu barədə söhbət etdikdən sonra gözəllik salonu açmaq qərarını vermişlərdir. ünvan 1 ünvanda yerləşən 30 kv.m. qeyri-yaşayış sahəsini icarəyə götürmüşlərdir. İcarə müqaviləsi Cavabdeh adına bağlanmışdır. Salonun icarə haqqı 800 manat təşkil etmiş, ondan 500 manatı cavabdeh, 300 manatını isə o ödəmişdir. Salonun təmir işlərinin xərclərini cavabdeh qarşılamışdır. Salona ressepşn üçün masanı 180 manata almış, dəyəri 650 manat olan divan və kreslo dəsti üçün 500 manatını o, 150 manatını isə cavabdeh ödəmişdir. Salon üçün “CANDELA GENTLELASE PRO U” aparatı icarəyə götürmüşlər. Həmin aparatı X1 ilə 351 nömrəli müqavilə əsasında götürmüşdür. Aparatın icarəyə götürülməsi üçün 1000 manat depozit, aylıq icarəsi üçün 2500 manat və aparatın Bakı şəhərindən Gəncə şəhərinə gətirilməsi üçün 300 manat pul vermişdir. Salona televizor üçün 265 manat, kondisioner üçün 976 manat, kuşet üçün 90 manat, reklam lövhəsi üçün 650 manat, kondisionerin quraşdırılması üçün 50 manat, elektrik işləri üçün 130 manat, mətbəx mebeli üçün 140 manat, salonun açılışında aparıcı pulu üçün 300 manat, DJ (dicey) üçün 200 manat onun tərəfindən ödənilmişdir. Sonra salona xx.xx.2025-ci il tarixdə yarpaq 287 tebii gipsalı üçün 5 manat 60 qəpik, disk pambıq deepfresh 15 üçün 3 manat 49 qəpik, 750 mq-lıq domestos üçün 3 manat 10 qəpik, macalka qab 5+2 perfec üçün 1 manat 80 qəpik, rucka qabı 858 setka d üçün 1 manat 70 qəpik, 1000 ml-lıq 95% spirt üçün 3 manat 80 qəpik, 80 ml-lıq sprey qabı üçün 1 manat 40 qəpik, 75 ml-lıq sprey qabı üçün 1 manat 20 qəpik, 3lu qalın acord desmal üçün 80 qəpik, villur flora dəsmal üçün 5 manat 40 qəpik, kağız stəkan 656 üçün 1 manat 29 qəpik, şar sadə qızılı 3 manat 40 qəpik, şar sadə ag 3 manat 40 qəpik, birdəfəlik istifadə üçün cəngəl 3 manat, marker permanent üçün 30 qəpik, marker lovhe 218 boa üçün 40 qəpik, rucka 253 zuxia cs-801 üçün 50 qəpik, goy rucka üçün 30 qəpik, ucuz qara qələm üçün 20 qəpik, salafan böyük 0 05 b-7 üçün 20 qəpik, dəmir xətkeş 30 sm 325 üçün 60 qəpik, ümumilikdə 94 manat 58 qəpik xərcləmişdir. Sonra xx.xx.2025-ci il tarixdə ağ rəngli araba salon 453 şüşə üçün 90 manat, 100 ml-lıq sprey üçün 1 manat 60 qəpik, abadok üçün 2 manat ümumilikdə 93 manat 60 qəpik xərcləmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə lövhe yekə üçün 13 manat, həmin gün yenidən perco vaza üçün 11 manat 20 qəpik, pepco pambıq qab üçün 9 manat 20 qəpik, pepco qulaq cöpü üçün 6 manat 90 qəpik, pepco alış veriş can üçün 15 qəpik, ümumilikdə 27 manat 45 qəpik xərcləmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə alma granny smith yerli üçün 2 manat 35 qəpik, alma redcif üçün 1 manat 93 qəpik, armud konfrans üçün 2 manat 56 qəpik, banan üçün 3 manat 39 qəpik, bono tualet kağızı üçün 1 manat 49 qəpik, elmas su 5 lt üçün 1 manat 98 qəpik, kivi üçün 2 manat 17 qəpik, konfirom bernini mini plitka üçün 5 manat 51 qəpik, konfirom bourbon mini plitka üçün 4 manat 40 qəpik, konfirom godiny fruits assorti üçün 2 manat 67 qəpik, konfirom primavera mini plitka üçün 4 manat 43 qəpik, limon üçün 1 manat 23 qəpik, mandarin mandora üçün 4 manat 19 qəpik, natura m şiresi 1 lt alabalı üçün 2 manat 20 qəpik, natura m şirəsi 1 lt ananas üçün 2 manat 20 qəpik, natura m şirəsi 1 lt ərik üçün 2 manat 20 qəpik, natura m şirəsi 1 lt nar üçün 2 manat 20 qəpik, natura m şirəsi 1 lt portağal üçün 2 manat 20 qəpik, sun salfet 70-li üçün 99 qəpik, ümumilikdə 50 manat 29 qəpik xərcləmişdir. Salon üçün digər əşyalar üçün 70 manat 89 qəpik və 91 manat pul xərcləmişdir. Ümumilikdə 8021.81 manat məbləğində pul xərcləmişdir. 10 mart 2025-ci il tarixindən 22 mart 2025-ci il tarixinədək salonda Cavabdeh ilə işləmişlərdir. 13 gün ərzində müştərilərə göstərilən xidmətə görə 1100 manat məbləğində pul vəsaiti kassaya daxil olmuşdur. Lakin, 22 mart 2025-ci il tarixdə Cavabdeh onunla heç bir əsas olmadan mübahisə edərək onu salondan çıxartmışdır. O, cavabdehlə danışıq aparmaq istəsə də sonuncu onunla danışıq aparmaq istəmədiyini, salonun ona məxsus olduğunu bildirmişdir. Qeyd edir ki, salon üçün aldığı televizor və kondisioneri cavabdeh geri qaytarmışdır. Beləliklə, Cavabdeh ona olan 6780.81 (altı min yeddi yüz səksən manat səksən bir qəpik) manat və birgə əldə etdiyləri gəlirdən 550 manat borcu qalmışdır. Bunda sonra o Cavabdeh 6780.81 manat və birgə əldə etdiyləri gəlirdən 550 manat borcunu dəfələrlə istəsə də, o, ona bu günə qədər qalmış 6780.81 manat və birgə əldə etdiyləri gəlirdən 550 manat məbləğində borcunu qaytarmamışdır və öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh ondan aldığı pulu ona geri qaytarmalıdır. Cavabdeh aralarında olan razılaşmanı pozaraq öhdəliklərinə əməl etməmiş, buna görə də qalıq borc olan 6780.81 manat və birgə əldə etdiyləri gəlirdən 550 manat məbləğində pulu geri qaytarmalıdır. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o Vöen əsasında fərdi sahibkarlıq fəaliyyətilə məşğuldur. Cavabdeh öz növbəsində Vöen əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olub, gəlir götürmək məqsədilə onlar birlikdə gözəllik salonu açmışlar və bir müddət birgə işlətmişlər. Lakin, 22 mart 2025-ci il tarixdə Cavabdeh onunla heç bir əsas olmadan mübahisə edərək onu salondan çıxartmışdır. O, cavabdehlə danışıq aparmaq istəsə də sonuncu onunla danışıq aparmaq istəmədiyini, salonun ona məxsus olduğunu bildirmişdir. Qeyd edir ki, salon üçün aldığı televizor və kondisioneri cavabdeh geri qaytarmışdır. Beləliklə, Cavabdeh ona olan 6780.81 (altı min yeddi yüz səksən manat səksən bir qəpik) manat və birgə əldə etdiyləri gəlirdən 550 manat borcu qalmışdır. Bunda sonra o, Cavabdeh 6780.81 manat və birgə əldə etdiyləri gəlirdən 550 manat borcunu dəfələrlə istəsə də, o, ona bu günə qədər qalmış 6780.81 manat və birgə əldə etdiyləri gəlirdən 550 manat məbləğində borcunu qaytarmamış və öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Mülki işin Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclası zamanı Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Vöen əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçı ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə gözəllik salonu açmışlar. Sonradan iddiaçı onunla mübahisə etmiş və salondan özü çıxıb getmişdir. Həmçinin o gedəndə ondan xərclənmiş pullarıda geri tələb etmişdir. Mülki işin Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə baxış iclasında müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Ona görə də aidiyyət məsələsi həll edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarının: 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 24-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, “Azərsu" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Məhkəmə qeyd edir ki, mübahisənin mahiyyətindən görünür ki, tərəflər arasındaki mübahisə, onlar arasında həyata keçirilən sahibkarlıq fəaliyyətindən yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan belə iddiaya ümumi məhkəmədə baxıla bilməz. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, İddiaçı adına ********** saylı və Cavabdeh adına ********** saylı VÖEN mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 31-32, 35, 45.1 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-2217/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2217/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver