Məhkəmə qərarları › İş №2(076)-2233/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2233/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2233/2024 06.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ona borclu olduğu 21000 (iyirmi bir min) dolları və dövlət rüsumu kimi ödənmiş 198 (yüz doxsan səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh bir neçə ildirki tanıyır. Aralarında ticarət əlaqəsi olmuşdur. Ticarət etdiyi müdətdə bir birinə müəyyən məbləğdə borcu olmuşdur. Həmin borclar vaxt aşırı aralarında olan danışıqlar və telefon vasitəsi ilə göndərdiyi SMS-lərlə təsdiq olmuşdur. Sonuncu üzləşmə xx.xx.2023-cü il tarixində onun Dəllər qəsəbəsində yerləşən ofisində X1 (tel ***-***-**-**) iştirakı və şahidliyi ilə tərtib olunmuşdur. Həmin gün Cavabdeh özünün ona 17,000 (on yeddi min) dollar borcu olduğuna dair iltizam yazmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh ona müraciət edərək Rusiyaya yolladıqları malların sənədləşdirilməsi üçün əlavə 4000 (dörd min) dollar götürdü va həmin 4000 (dörd min) dolları götürməsinə dair iltizam vermişdir. İltizamda göstərdiyinə görə Cavabdeh borclu olduğu 21.000 (iyirmi bir min) dolların 4000 (dörd min) dollarını bir aya qalan hissəsini isə hissə-hissə yaxud bir dəfǝyǝ 6-8 aya ödəyəcəyini öhdəsinə götürsədə bu günə kimi borcundan heçnə ödəməmişdir. O dəfələrlə pulunu tələb etsədə Cavabdeh hər dəfə bu həftə ödəyəcəm deyərək onu aldatmış borcunu ödəməkdən yayınmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh ona borclu olduğu 21000 (iyirmi bir min) dolları və dövlət rüsumu kimi ödənmiş 198 (yüz doxsan səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ona borclu olduğu 21000 (iyirmi bir min) dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi pulun və ödənmiş 198 (yüz doxsan səkkiz) manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı 9000 dollar götürərək şərikli ticarətlə məşğul olmuşdur. Daha sonra cavabdeh 9000 dolları iddiaçıya ödəmiş və gəlirdən 4000 dollar qaytarmalı olduğu üçün borclu olmuşdur. Lakin 4000 dollar nisbətində iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh hər hansı səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli iltizamlarda Cavabdeh İddiaçı 17000 dollar olduğunu qeyd edir. İltizamda həmçinin borcunun 6-8 ay müddətində hissə-hissə və bir dəfəyə ödəyəcəyi yazılmış və imzalamışdır. İş materialına əlavə edilmiş digər xx.xx.2023-cü il tarixli iltizamda Cavabdeh İddiaçı əlavə 4000 dallar götürdüyünü və bir ay müddətində qaytaracağını qeyd edərək imzalamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehlə şərikli ticarət etməsi üçün ona 2022-ci ildə pul vermiş, cavabdeh ilk alverdən əldə etdiyi gəlirlərdən iddiaçıya pul vermiş, lakin cavabdeh iddiaçının razılığı olmadan şərikli pulla başqa ticarətlə məşğul olmuşdur. İddiaçı 17000 ABŞ dollar pulunu tələb etdikdə cavabdeh ticarətdə ziyan etdiyini bildirərək əlavə malları gömrükdə qaldığı üçün 4000 ABŞ dolları istəyir və satışdan əldə etdiyi gəlirlə borclarını qaytaracağını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli iltizamlardan tərəflərin şərikli məşğul olduqları ticarətdən cavabdehin iddiaçıya 17 000 ABŞ dolları borcunun qalması və həmin məbləğdən əlavə 4000 ABŞ dollarının iddiaçı tərəfindən yenidən cavabdehə ticarət üçün verilməsi öz təsdiqini tapmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, məhkəmə iclasında cavabdehin satışından əldə olunan gəlirdən iddiaçıya çatası 21000 ABŞ dollar pulu əsassız əldə edib, daha sonra geri qaytarmaması faktı tərəflərin izahatları və iş materialları ilə tam təsdiqini tapır. Məhkəmə hesab edir ki, həmin pulun cavabdehə verilməsinə dair heç bir hüquqi əsas olmadığı üçün, cavabdeh iddiaçıya məxsus 21000 ABŞ dollar pulu əldə edərək, iddiaçının hesabına əsassız varlanmışdır. Odur ki, məhkəmə cavabdehdən 21000 ABŞ dollar pulun alınıb İddiaçı verilməsi hissəsində iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 21000 (iyirmi bir min) dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi pulun alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilmiş hissəsinə münasib olaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 198 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 21000 (iyirmi bir min) ABŞ dollar pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 198 (bir yüz doxsan səkkiz) manat alınıb tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar