Məhkəmə qərarları › İş №2(076)-227/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-227/2025

27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-227/2025 27.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunu yararsız vəziyyyətə salmasına görə 2.277,40 manat pulun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Rzayev X2 Rayon Məhkəməsinin 1(076)-211/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkum Cavabdeh yaşadığı ünvanda ayağına 078CE08774 seriyalı sadə elektron qolbağ bağlanılaraq, bir ədəd “Attenti” markalı 35656142 seriyalı mobil nəzarət qurğusu və onun adapteri məhkuma təhvil verilmiş və bu barədə müvafiq protokol tərtib edilərək məhkum Cavabdeh elektron nəzarət vasitələrinin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları izah edilməklə, sonuncuya qaydaları özündə əks etdirən yaddaş kitabçası verilmişdir. Habelə elektron nəzarət vasitələrinin dəyəri elan olunmuş, həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin məhkum Cavabdeh tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkum Cavabdeh protokol əsasında təhvil verilmiş “Attenti” markalı 35656142 seriyalı mobil nəzarət qurğusu sönülü vəziyyətdə təhvil alınmış və elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin X1 göndərilmişdir. Texniki rəyin nəticəsinə əsasən mobil nəzarət qurğusundan düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementlərin sıradan çıxması və istifadəyə tam yararsız olması qeyd olunmuşdur. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə sadə elektron qolbağın dəyəri 2277,40 manat təşkil edir. Cavabdeh tərəfindən ümumilikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2277,40 manat maddi ziyan vurulmuşdur. Məhkum Cavabdeh vurduğu maddi ziyanın dəyərini ödəməsi təklif olunaraq izahatı alınmış, izahatında məhkum Cavabdeh imkanının olmadığı üçün vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etdiyini bildirmişdir. Odur ki, iddianın təmin edilərək, Cavabdeh 2.277,40 manat maddi ziyanın alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin 1(076)-211/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm icra edilməsi üçün İddiaçınə göndərilmişdir. Cəza çəkdiyi müddət ərzində ona təhvil verilən elektron qolbağın mobil nəzarət qurğusunu ehtiyatsızlıqdan yarasız vəziyyətə salmışdır. Belə ki, o su arxına yıxılmış və qolbaq suya düşmüşdür. 3-4 saatdan sonra qolbaq arxın içərisindən tapılmışdır. O, qolbağı qəsdlə zədələməmişdir.. Odur ki, izahatında göstərilənləri nəzərə almaqla, qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçınə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə İddiaçı böyük icra məmuru Turanə Nəsibova məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin 1(076)-211/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayış yerini saat 22:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İşdə olan xx.xx.2022–ci il tarixli protokoldan görünür ki, Cavabdeh 1 ədəd 08774 saylı elektron qolbağ, 1 ədəd 35656142 saylı “Attenti” markalı mobil nəzarət qurğusu və adapter təhvil verilmiş, ona vəzifələri izah edilmişdir. İşdə olan Texniki rəydən görünür ki, Attenti V6 mobil nəzarət qurğusunun ana platada elektron elementlər sıradan çıxmış, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. İşdə olan xx.xx.2024–cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə xəbərdalıq edilərək mobil nəzarət qurğusunun dəyərinin 2277.4 manat olması və həmin məbləğin ödənilməsi tələb olunmuşdur. Beləliklə, məhkəmə müəyyən etdi ki, Rzayev X2 Rayon Məhkəməsinin 1(076)- 211/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayış yerini saat 22:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və hökmün icrası barədə göstəriş icra edilməsi üçün İddiaçınə daxil olmuşdur. Məhkum Şöbəyə dəvət edilərək qeydiyyata alınmış, həmçinin ona hüquq və vəzifələri, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək qaydaları, hər hansı müdaxilənin və ya cihazın çıxarılmasının yolverilməzliyi, habelə həmin qolbağı yararsız hala saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, bu barədə müvafiq protokol tərtib olunmuş, eləcə də xx.xx.2022–ci il tarixdə “Attenti” elektron qolbağ məhkuma təhvil verilmiş, həmin vasitəni üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə məhkuma xəbərdarlıq edilmişdir. lakin cavabdeh cəza çəkdiyi müddətdə ona təhvil verilmiş mobil nəzarət qurğusunu yarasız vəziyyətə salmışdır. Cavabdehin təqsiri üzündən baş vermiş həmin hal nəticəsində dövlətə dəymiş maddi zərərin məbləği 2.277,40 manat olmuşdur. Azərbaycan Respublikası MPM–in 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 10 aprel 2018–ci il tarixli 144 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5–ci bəndinə əssən nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 2.277,40 manat maddi ziyan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 2.277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar