Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-228/2023 14.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı LPOİddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 4868.32 (dörd min səkkiz yüz altmış səkkiz manat 32 qəpik) manat - bundan 3328.70 manat əsas, 498.47 manat faiz, 907.75 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 133.40 manat faiz borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 68.69 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən 34.2 kv.m. ümumi sahədən ibarət 4 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin qeyriyaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Şəmkir” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 147 ŞFBK saylı kredit müqaviləsinə əsasən Cavabdeh 60 (altmış) ay müddətinə illik 19 (on doqquz) faiz dərəcəsi ilə 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən 34.2 kv.m. ümumi sahədən ibarət 4 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh arasında 18 aprel 2016-cı il tarixli ipotekanın əlavə qeydiyyatı barədə razılaşma bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4.4-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredjt üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.1.2-ci bəndinə əsasən borcalan bu müqavlə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********405 saylı xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən. ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 4868.32 manat təşkil edir. Bundan 3328.70 manat əsas, 498.47 manat faiz, 907.75 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 133.40 manat faiz borcu təşkil edir. İddiaçı LPOİddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə ünvanlayaraq, onların iştirakı olmadan işə baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli 147 ŞFBK saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" QSC Cavabdeh 60 (altmış) ay müddətinə illik 19 (on doqquz) faiz dərəcəsi ilə 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş İpotekanın əlavə qeydiyyatı haqqında 18 aprel 2016-cı il tarixli razılaşmadan görünür ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 147 ŞFBK saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanılmış, ipotekanın qiyməti 3800 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə cəmi 4868.32 manat - bundan 3328.70 manat əsas, 498.47 manat faiz, 907.75 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 133.40 manat faiz borcu manat borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MA ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 34.2 kv.m. ümumi sahədən ibarət 4 saylı mənzil tam xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 34.2 kv.m. ümumi sahədən ibarət 4 saylı mənzil xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş **********295 saylı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bank tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və yetirilməyəcəyi halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş “bildirişin dövlət qeydiyyatına alınması” haqqında xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ipoteka qoyulmuş əmlakın tutmanın yönəldilməsinə dair bildirişlər Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Şəmkir Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli qəbzdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 1100 manat məbləği təhvil almışdır. İş materiallarına əlavə edilmiş 18 aprel 2016-cı il tarixli razılaşmadan görünür ki, Cavabdeh mülkiyyətində olan Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, ev 226 ünvanında yerləşən mənzil xx.xx.2016-cı il tarixli 147 ŞFBK saylı kredit müqaviləsi üzrə ipotekaya qoyulmuşdur, ipoteka qoyulmuş əmlak 38000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş **********405 saylı xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh banka olan 4868.32 manat olan borcunun ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 485493 saylı rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34.2 kv.m. ümumi sahədən ibarət 4 saylı mənzilinin hal-hazırda likvid qiyməti 47000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Həmin məcəllənin 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsas öhdəliyin konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılmır. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, «İpoteka haqqında» AR Qanununun 59.1-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bir ay müddətində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, xx.xx.2016-cı il tarixli 147 ŞFBK saylı kredit müqaviləsınə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 60 (altmış) ay müddətinə illik 19 (on doqquz) faiz dərəcəsi ilə 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh arasında xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və banka olan kredit öhdəliyi ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin mənzilə yönəldilməsinə razı olduğunu və bu halda bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı öhdəsinə götürmüş, həmin ipoteka müqaviləsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka qoyan Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 34.2 kv.m. ümumi sahədən ibarət 4 saylı mənzil ipoteka (girov) ilə yüklü edilmiş, ipoteka qoyulmuş əmlakın ilkin satış qiyməti 38000 manat məbləğində qiymətləndirilmiş, Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı ASC-nin xeyrinə yüklü edilməsinə dair RX ******* seriyalı, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan qaydada və vaxtda ödəməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bank tərəfindən tərtib edilən maliyyə arayışı ilə xx.xx.2022-ci il tarixə xx.xx.2016-cı il tarixli 147 ŞFBK saylı kredit müqaviləsi üzrə 3328.70 manat əsas, 498.47 manat faiz, 907.75 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 133.40 manat faiz, cəmi 4868.32 (dörd min səkkiz yüz altmış səkkiz manat otuz iki qəpik) manat borcunun yarandığı göstərilmişdir. Həmçinin, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 485493 saylı rəyi ilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34.2 kv.m. ümumi sahədən ibarət 4 saylı mənzilinin hal-hazırda likvid qiyməti 47000 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 907.75 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 400 manat məbləğində müəyyən edilməli, Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, tutma öhdəliyin icrasını təmin etmək məqsədilə ipotekaya qoyulmuş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 34.2 kv.m. ümumi sahədən ibarət 4 saylı mənzilinə yönəldilməli və mənzil açıq hərracda satılmalı, həmçinin ipoteka predmetinin ilkin satış (likvit) qiyməti 47.000 manat məbləğində müəyyən edilməli, ünvan 1 ünvanında yerləşən 34.2 kv.m. ümumi sahədən ibarət 4 saylı mənzil kreditin qaytarılması üçün ipoteka qoyulduğundan həmin mənzilə tutma yönəldildikdə və satıldıqdan bir ay sonra Cavabdeh həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilərək onlar həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq alıcıya təhvil verilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh ümumi qaydada tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 68.69 manat məbləğində dövlət rüsumundan, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 45 manat dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən--Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri sərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə iddia tələbinin cavabdeh X1 illik beş faiz hesablamaqla 133.40 manat əlavə faizin tutulması hissəsini əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3328.70 manat əsas, 498.47 manat faiz, 400 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 133.40 manat faiz, cəmi 4360.57 (dörd min üç yüz altmış manat əlli yeddi qəpik) manat məbləğində borc, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 68.69 (altmış səkkiz manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 45 (qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, borc tələbi üzrə tutma, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34.2 kv.m. ümumi sahədən ibarət 4 saylı mənzilinə yönəldilməli, İpoteka predmeti açıq hərrac yolu ilə satılaraq, satışdan əldə edilmiş vəsait hesabına tələb təmin edilməli, ipoteka predmetinin ilkin satış (likvit) qiyməti 47.000 (qırx yeddi min) manat məbləğində müəyyən edilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır, ünvan 1 ünvanında yerləşən 34.2 kv.m. ümumi sahədən ibarət 4 saylı mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan bir ay sonra Cavabdeh həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilməli, o həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq alıcıya təhvil verilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3328.70 manat əsas, 498.47 manat faiz, 400 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 133.40 manat faiz borcu olmaqla cəmi 4360.57 (dörd min üç yüz altmış manat əlli yeddi qəpik) manat borc məbləği, məhkəmə xərci olaraq iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 68.69 (altmış səkkiz manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 45 (qırx beş) manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nə ödənilsin. Borc tələbi üzrə tutma, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34.2 kv.m ümumi sahədən ibarət 4 saylı mənzilinə yönəldilsin. İpoteka predmeti açıq hərrac yolu ilə satılaraq, satışdan əldə edilmiş vəsait hesabına tələb təmin edilsin. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 47.000 (qırx yeddi min) manat məbləğində müəyyən edilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. ünvan 1 ünvanında yerləşən 34.2 kv.m. ümumi sahədən ibarət 4 saylı mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan bir ay sonra Cavabdeh həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilərək, o həmin mənzildən çıxarılsın və mənzil boşaldılaraq alıcıya təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-228/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-228/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver