Məhkəmə qərarları › İş №2(076)-2292/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2292/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2292/2025 02.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı, Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 10746 (on min yeddi yüz qırx altı) manat məbləğində pulun və 122 (bir yüz iyirmi iki) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdehi uzun illərdir tanıyr və iş yoldaşı olmuşlar. Cavabdeh Kapital Bank ASC-dən bir neçə dəfəyə kredit götürdü özü əsas borclu o isə ona zamin durdu. Cavabdeh əsas borclu kimi borcunu ödəmədiyi üçün ondan 10.746 (on min yeddi yüz qırx altı) manat tutulub "xxxx" ASC-yǝ ödənildi. O bankdan ondan tutulan məbləğin cədvəlini cavabdehə göstərdiyi cavabdeh elə həmin cədvəlin üzərinə öz xətti və imzası ilə yazılı şəkildə 10746 (on min yeddi yüz) manat borcunu ödəyəcəyi barədə öhdəlik götürdü. Hal-hazırda cavabdeh borcunu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli oldum. İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh onun iş yoldaşı olmuşdur. Onlar birlikdə X5 Stansiyaları Silsiləsində çalışıblar. Bir gün cavabdeh ona bildirmişdir ki, həyat yoldaşı xəstədir və bu səbəbdən iddiaçıdan kredit müqaviləsinə zamin durmasını xahiş etmişdir. İddiaçı bu xahişə etiraz etməmiş və "xxxx" ASC-də cavabdeh Elsəvərin götürdüyü 8730 manat məbləğində kredit müqaviləsinə zamin durmuşdur. Bir müddət sonra cavabdeh işdən çıxmışdır. Daha sonra iddiaçının ailəsinin məlumatı olmuş və kredit borcunun tam şəkildə ödənilməsi tələb edilmişdir. İddiaçı həmin borcu bir dəfəyə kredit götürərək ödəmiş, bundan sonra iddiaçı dəfələrlə cavabdehdən öz əvəzinə ödədiyi pulu geri qaytarmasını tələb etmiş, lakin cavabdeh bu vəsaiti qaytarmamışdır. İddiaçı əlavə olaraq bildirib ki, bu kredit bank tərəfindən onun digər mövcud kredit borcu ilə birləşdirilmiş və yekunda iddiaçı həmin birləşdirilmiş ümumi borcu tam şəkildə ödəyərək bağlamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xəbərdarlıqdan görünür ki, Hacıyev X2 Elsəvər oğlundan 10746 manat ödənilməsini tələb etmişdir. İş materialında olan hesabdan çıxarışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixə, GTKR2570396A147 saylı kredit üzrə 6401.63 manat kredit borcu qalmışdır. İş materialında olan hesab çıxarışlıdan görünür ki, İddiaçı GTKR2570396A147 zamin kredit borcu üzrə xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək 2062.71 manat pul silinmişdir. İş materialında olan "xxxx" tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli 3632 nömrəli arayışdan görünür ki, İddiaçı Sakıt oğlu "xxxx" ASC- nin Şəmkir rayon filialında xx.xx.2020 tarixində GTKR2570396A147 saylı 8730 AZN məbləğində kredit müqaviləsi ilə Cavabdeh zamin durmuşdur. xx.xx.2020-xx.xx.2022 tarixləri aralığında GTKR2570396A147 kredit müqaviləsinə görə ******************** saylı əmək haqqı hesabından cəmi 2062.71 azn vəsait tutulmuşdur. xx.xx.2022 tarixində isə GTKR2570396A147 saylı müqavilə üzrə 6,401.63 AZN qalıq borc məbləği X3 adına restruktizasiya olunaraq RGTK5106736A147 saylı kredit müqaviləsi ilə borcları birləşdirilmişdir. Birləşdirilmiş borc 12,243.94 AZN vəsait İddiaçı tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1.-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2.-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1.-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Cavabdeh X1 "xxxx" ASC-də GTKR2570396A147 nömrəli kredit müqaviləsinə əsasən 8,730 manat məbləğində kredit götürmüşdür. İddiaçı həmin kredit üzrə zamin durmuşdur. Cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit müqaviləsində nəzərdə tutulmuş ödənişləri vaxtında etməmişdir. Bu səbəbdən bank, zaminlik müqaviləsinə əsaslanaraq borcun ödənilməsi ilə bağlı tələbini iddiaçı S. Hacıyevə yönəltmişdir. İddiaçının digər kredit müqavilələrinin olması nəzərə alınaraq, bank borcların restrukturizasiyasını təklif etmişdir. İddiaçı bu təklifə razı olmuş və restrukturizasiya olunmuş yeni borc əsasında ödəniş edərək kredit borcunu bağlamışdır. Məhkəmə iş materiallarına əsasən, iddiaçı tərəfindən tələb olunan məbləğ 10,746 manatdır. Lakin sənədlərə baxdıqda, borcun restrukturizasiyaya qədər iddiaçının hesabından 2,062.71 manat ödəniş edildiyi, restrukturizasiya sonrası isə GTKR2570396A147 nömrəli kredit müqaviləsinə əsasən borc qalığının 6,401.63 manat təşkil etdiyi, həmin məbləğin isə iddiaçının özünün krediti ilə birləşdirilərək bağlandığı müəyyən edilmişdir. Buna əsasən məhkəmə hesab edir ki, iddiaçı (zamin) tərəfindən GTKR2570396A147 nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 8,484.34 manat (2,062.71 + 6,401.63) məbləğində ödəniş edilmiş və həmin məbləğin cavabdehdən tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia qismən təmin edilməli, 8464,34 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 8464,34 (səkkiz min dörd yüz altmış dörd manat, 34 qəpik) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 122 (bir yüz iyirmi iki) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar