Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-231/2024 09.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 810 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədəqətnaməqəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin hazırda ona 510 manat borcu olduğunu bildirmiş və 510 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında əldə edilmiş razılığa əsasən 810 (səkkiz yüz on) manat borc yaranmışdır. Həmin borcu cavabdeh qaytarmamışdır. Razılığa görə cavabdeh ondan aldığı televizorun pullarını hissə hissə ödəməliydi. Lakin cavabdeh dediyi müddət ərzində həmin borcu qaytarmamışdır. Qalan həmin puldan bu günədək heç bir məbləğ qaytarmamışdır. Dəfələrlə deməyinə baxmayaraq cavabdeh həmin pulu geri istədiyində qaytarmaqdan boyun qaçırmışdır. Dəfələrlə xəbərdarlıq etsə də həmin borcu ödəyəcəyini desə də bu günə qədər borcunu ödəməmişdir. Həmin borcun cavabdehə verməyini təsdiq edən yazılı alqı satqı müqaviləsi və aralarında olan razılıq yazışmaları vardır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddiani müdafiə edərək, bildirid ki, əvvəl borc 810 manat idi, 300 manat ödəniş etmişdir. Ona görə də hazırda cavabdehin ona 510 manat borcu vardır. iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, izahatında bildirmişdir ki, müqavilə onunla bağlansa da, televizor onda deyildir, dostu bir müddət pulu ödəsə də, sonradan uşağı xəstə olduğuna görə ödəməmişdir. Ondan tələb edilən pulu birdəfəlik ödəyə bilmir, pensiyasına yönəldilərək, hissə-hissə tutulmasına etirazı yoxdur. İş materiallarında olan: İş materiallarında olan Düyərli kənd inzibati ərazi dairəsi nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 539 nömrəli arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu Düyərli kənd İƏD üzrə nümayəndəlikdə pasport qeydiyyatında durur və həmin kənddə yaşayır İş materiallarında xx.xx.2020-ci il tarixli alqı-satqı müaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə LG 43 LED markalı televizor satılmış, televizorun qiyməti 1000 manat olmuş, ilkin olaraq 190 (100+90) manat ödəniş edilmişdir. İş materiallarında olan 30.09.223-cü il tarixli **********nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi verəndə 31 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: -Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasın məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, satıcı qismində İddiaçı ilə alıcı Cavabdeh arasında LG 43 LED markalı televizoun alqı-satqısı barədə xx.xx.2020ciil tarixdə müqavilə bağlanılmış, X3 isə həmin müqavilə üzrə zamin olmuşdur. Müqavilə üzrə televizorun cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh malın qiymətini iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 №-li qərardadının 31-ci bəndində qeyd olunmuşdur ki, “...mübahisələndirilən əqdi etibarsız hala gətirən hüquqi səbəb məhkəmə qərarı deyil, mübahisələndirmə faktının özüdür. Konstitusiya Məhkəməsinin də qərarında “Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. ...istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.” kimi hüquqi mövqeləri ona dəlalət edir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradəifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf təbii ki, məhkəmə tərəfindən həll olunur.” Sözügedən qərarın 37-ci bəndində qeyd olunmuşdur ki, “... əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri baxımından yolverilməzdir.” Qərarın 45-ci bəndində qeyd olunmuşdur ki, “... əqdə əsaslanan iddialara baxılması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ədalətli məhkəmə hüququ ilə uyğunsuzluq yaratmır. Belə ki, əqdlə bağlı hər hansı mübahisəyə baxıldıqda qarşı tərəfin əqdin etibarsız olması ilə etiraz və ya qarşılıqlı iddia irəli sürmək, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olduqda, etiraz və dəlilləri əsassız olaraq nəzərə alınmadıqda isə qəbul edilmiş məhkəmə aktından şikayət vermək hüquqları vardır.” Buna görə də məhkəmə hazırkı mübahisəyə baxmazdan əvvəl məhkəmə üç tərəf arasından bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərini etibarlılığını yoxlamalıdır. Belə ki, həmin müqavilənin 6-cı bəndinə nəzər salanda görünür ki, “2 ay ödəniş edilmədikdə satılan mal geri qaytarılır və ödənilmiş pul geri qaytarılmır”. Qeyd edilən şərt isə qabağında olan imzadan da görünür ki, yalnız əsas borclu yəni Cavabdeh ilə razılaşdırılmış, zamin X1 isə tərəf olmasına baxmayaraq belə bir öhdəlik üçün münasibəti öyrənilməmişdir. Buna görə də müqavilənin qeyd edilən şərti etibarsız hesab edilməli və tərəflər arasında yaranan münasibətlərə Mülki Məcəllənin alqı-satqı müqaviləsinə dair ümumi şərtləri tətbiq edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə qeyd edir ki, hər nə qədər Cavabdeh və X3 alqı-satqı müqaviləsi üzrə İddiaçı qarşısında birgə borclu olsalar da, iddiaçı pulun tutulması tələbi ilə məhz əsas borclu hesab edilən alıcı Cavabdeh iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının belə bir tələb ilə müraciət etmək üçün subyektiv hüququ olmuşdur.. Belə ki, Mülki Məcəllənin 501-ci maddəsinə əsasən kreditorun öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb etmək hüquq vardır. Lakin məhkəmə onu da xüsusi ilə qeyd edir ki, hazırkı qətnamə ilə iddiaçı gələcəkdə zaminə qarşı eyni tələb ilə məhkəməyə müraciət etmək hüququndan məhrum olmuşdur. Odur ki, iddia təmin edilməli və 510 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 510 (beş yüz on) manat məbləğində pul və 31 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-231/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-231/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver