Məhkəmə qərarları › İş №2(076)-2318/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2318/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2318/2025 02.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 1200 manat dəyərində televizor, 2 telefona görə (məhkəmə qətnaməsində qeyd edilmiş məbləğ və 7% icra xidmətinə görə dövlət rüsumu da daxil olmaqla) 975 manat lombarda görə 2010 manat olmaqla cavabdehlərə ümumilikdə 4185 manat məbləğində (ziyanı ilə birlikdə) pulun və ödənilmiş 62 manat dövlət rüsumu olmaqla cəmi 4247 manat pul vəsaitinin alınıb ona verilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehləri uzun müddətdir ki, tanıyır. Ailəvi gediş- gəlişləri olmuşdur. Cavabdehlər ona yaxınlaşaraq pula, telefona və televizora ehtiyacı olduğunu bildirmişlər. Telefon və televizoru "xxxx" və "xxxx" MMC-dən, pulu isə 40 qram qızılını lombarda qoyaraq kredit götürüb cavabdehlərə verdi. Cavabdehlər bunun qarşılığında ödənişləri vaxtlı-vaxtında ödəyəcəyini bildirdilər. Lakin televizor və telefonun ödəmədiklərindən iş məhkəməyə keçmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il ödənişləri vaxtında tarixli e-2(125)-4711/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş cəmi 903 manat 84 qəpik pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Gəncə şəhər İcra İdarəsinə göndərilmişdir. Cavabdeh qızıllarını lombarda qoyub götürdüyü pulun da ödənişini etməmişdir. Bununla bağlı lombarddan əlaqə saxlanılmış və ödənişi etmədiyi təqdirdə qızılların satışa çıxacağı bildirilmişdir. O "xxxx" ASC-yə müraciət edərək onlarla danışıb lombarda olan borcunu tam ödəmiş və qızılları lombarddan təhvil alıb "xxxx" ASCyə təhvil vermişdir. Lakin cavabdehlər yenə də ödəniş etməmişlər. Bankda adına gecikma düşən zaman ona kreditin aylıq ödənişini etmək məcburiyyətində qalmışdır. İddiaçının maddi imkanı aşağı olduğundan ödənişləri etməkdə çətinlik çəkir. Cavabdehə 1200 manat dəyərində televizor, 2 telefona görə (məhkəmə qətnaməsində qeyd edilmiş məbləğ və 7% icra xidmətinə görə dövlət rüsumu da daxil olmaqla) 975 manat lombarda görə 2010 manat olmaqla cavabdehlərə ümumilikdə 4185 manat məbləğində (ziyanım ilə birlikdə) pul vermişdir. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 1200 manat dəyərində televizor, 2 telefona görə (məhkəmə qətnaməsində qeyd edilmiş məbləğ və 7% icra xidmətinə görə dövlət rüsumu da daxil olmaqla) 975 manat lombarda görə 2010 manat olmaqla cavabdehlərə ümumilikdə 4185 manat məbləğində (ziyanı ilə birlikdə) pulun və ödənilmiş 62 manat dövlət rüsumu olmaqla cəmi 4247 manat pul vəsaitinin alınıb ona verilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək, əlavə olaraq iddia ərizəsinə aydınlıq gətirərək bildirdi ki, cavabdehlər ona müraciət edərkən “ABC Telecom, İRSAD Elektroniksdəən əşyaları nisyə alqı-satqı ilə öz adına götürüb cavabdehlərə vermiş, lombarddan isə pul götürüb vermişdir. Daha sonra ödənişlər olunmadığı üçün ABC Telekom və İrşad elektroniks onu məhkəməyə vermiş, məhkəmə qətnaməsi çıxmışdır. Vəziyyətin belə olduğunu görüb məcbur lombardda olan qızıllar satılmaması üçün Rabitəbankdan 2550 manat kredit götürməklə ABC Telekom və Lombarda olan borcu bağlamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehinlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş iltizamdan görünür ki, Cavabdeh2 oğlu və Cavabdeh1 İddiaçı adına olan "xxxx" MMC-dən, "xxxx" MMC-dən məhsul götürmüşlər. Əlavə olaraq, T.M Quliyeva xx.xx.2023-cü il tarixdə lombarddan kredit götürmüşlər. Bu gün "xxxx" MMCyə olan borcu ödəyirlər. Yerdə qalan borcu isə hər ay aylıq qrafik ödəməsinin pozulmadan ödəyəcəklərini öhdəlik götürürlər. İş materialında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 4711/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 28 dekabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 863 (səkkiz yüz altmış üç) manat 84 (səksən dörd) qəpik və cərimə qismində 10 (on) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 903 (doqquz yüz üç) manat 84 (səksən dörd) qəpik məbləğində pul vəsaiti tutulması barədə qətnamə qəbul edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli 2(125)-3153/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 921,90 (doqquz yüz iyirmi bir manat doxsan qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 931,90 (doqquz yüz otuz bir manat doxsan qəpik) manat borc pul və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı cavabdehlər üçün nisyə alqı-satqı ilə aldığı əşyalara görə Gəncə şəhər Məhkəməsinin qətnaməsi ilə 961,90 manat pul tutularaq İrşad Electroniksə verilməsi qərara alınmış, iddiaçı cavabdehin borclarına görə Rabitəbank ASC-dən 2550 manat kredit götürməklə həmin borcları bağlamışdır. Göründüyü kimi cavabdehlərə verilmiş əşyaların əvəzində iddiaçının 961,60 manat İrsad Elektroniksə, 2550 manat isə Rabitəbank ASC-yə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, qəbzlə təsdiq olunur ki, iddiaçı ABC Telekom və İrsad Elektroniksdən nisyə alqı-satqı ilə aldığı əşyaları cavabdehlərə vermiş, eyni zamanda lombarddan kredit götürməklə həmin məbləği də cavabdehlərə vermişdir. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən tərtib edilərək imzalanmış əlyazma ilə 961,90 manat İrsad Elektroniksə görə olan borcunun yaranmasına əsas olmuş əşyaların və Rabitəbank ASC-ə olan 2550 manat məbləğin iddiaçı tərəfindən cavabdehlərə verilməsi öz təsdiqini tapmışdır. Tərəflər arasında həmin pulun və əşyaların verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdehlər əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdehlər tərəfindən pulun və ya onun bir hissəsinin qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində ABC Telekoma olan borcunun da cavabdehlərdən tutulmasını qeyd etsə də, iddiaçı izahatında və eyni zamanda verilmiş qəbzdən görünür ki, ABC Telekoma olan borc Rabitəbank ASC-dən götürülmüş kreditlə tam ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia qismən təmin edilməli, 3511,90 manat (961,90 manat+2550 manat) məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan alınaraq İddiaçı ödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində rüsum ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 62 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 55 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada 3511,90 (üç min beş yüz on bir manat doxsan qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hisssəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 55 (əlli beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar