Məhkəmə qərarları › İş №2(076)-2320/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2320/2025

18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2320/2025 18.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz hərəkələt nəticəsində ümumilikdə ona dəymiş 44,200 manat məbləğində maddi, 3000 manat məbləğində isə mənəvi zərərin və 231,60 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona X8 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət 2009-cu il tarixli 299 saylı arxiv arayışı əsasında mərhum X2na ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsi verilmiş, bu barədə adına xx.xx.2013-cü il tarixli A 429479 saylı “X15 və Ölçüsü” tərtib edilmişdir. X2 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra hazırda cavabdeh olan Cavabdeh və qeyrilərinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka vərəsə tanınma, mirasdan payın müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, mərhum X2ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və JN-290 saylı Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktında qeyd olunmuş 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum anası Zəhra Süleymanovanın payına düşən hissəni faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlakla varisliyinin müəyyən edilməsi, miras əmlakdan payının müəyyən edilməsi və naturada bölünərək təhvil verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-2251/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-2251/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdi. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-1318/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)- 2251/2020 saylı qətnaməsi qismən ləğv edilərək X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsindən vərəsəlik üzrə ½ hissədə İddiaçı, yəni onun, ½ hissədə isə Cavabdeh payı müəyyən edilmişdir. Qətnamənin təmin edilməyən digər hissələrində dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-1318/2021 saylı qətnaməsindən kassasiya şikayəti verərək qeyd edilən qətnamənin ləğv edilməsini və işin yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5375/2021 saylı qərarı ilə onun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1318/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qüvvədə qalmış qətnamə üzrə 22 aprel 2022-ci il tarixli icra vərəqəsi Gəncə Apellyasiya Məhkəməsi tərəfindən aidiyyəti üzrə müvafiq icra şöbəsinə göndərilmişdir. Lakin cavabdeh tərəfindən müxtəlif bəhanələr və maneələr səbəbindən ümumi mülkiyyətdə olan öz payına düşən mülkiyyətindən istifadə edə, nə də idarə edə bilmir. Cavabdeh qəsdən olaraq icra şöbəsi tərəfindən rəsmi və qeyri-rəsmi xəbərdarlıqlara məhəl qoymamış, mövcud olmuş qanuni məhkəmə qərarlarına tabe olmamış, ümumiyyətlə hüquqi tələblərə özbaşınalıqla yanaşmışdır. Bu günə qədər o öz şəxsi mülkiyyəti olduğu halda başqalarının mülkiyyətində olan yerdə yaşayır. Cavabdeh hətta vərəsəlik qaydasında hüququ tanınmış mülkiyyətdində olan torpaq sahəsində qanunauyğun müəyyən edilmiş paylar üzrə ölçmə işlərinin aparılması ilə bağlı da səlahiyyətli şəxslərə maneçilik törətmişdir və bu maneələrin aradan qaldırılması tələbi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldırılmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2238/2022 saylı qətnaməsi ilə Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilmişdir. Bundan başqa bildirmək istəyir ki, Cavabdeh qarşı ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə də müraciət etmişdir. İddia üzrə ümumi mülkiyyətdə olan payının naturada bölünməsi üzrə ekspertiza təyin edilmiş və mövcud payın naturada bölünməsi üzərində müvafiq qanuni addımlar atılmışdır. Cavabdeh isə fərqli hərəkətlərlə hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ümumi mülkiyyətdə olan torpaq sahəsində X2 vəfat etməmişdən xeyli vaxt öncə, 1988-ci il tarixdə onun və ərinin vəsaiti hesabına ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsində istixana tikilmişdir. Tikilən istixanaya 30000 manat xərc çəkilmişdir. 1997-ci il tarixdə onların vəsaiti hesabına tikilmiş istixana Cavabdeh tərəfindən oğlunun ehtiyaclarını ödəmək üçün onların razılığı və məlumatı olmadan satılmışdır. Belə ki, istixananın fəaliyyətdə olması üçün istifadə ediləcək əsaslı avadanlıqları satılmışdır. Həmin torpaq sahəsinə məhkəmə iclası zamanı baxış keçirilərkən həmin istixananın həqiqətdə mövcud olmasının və yararlı edəcək avadanlıqların olmaması təsdiq olunmuşdur. O cavabdehdən niyə onun və ailəsinə məxsus istixananın ondan xəbərsiz satıldığını, onun ilə yanaşı onun da bu istixana hesabına vaxtı ilə xeyli gəlir götürməsini tələb etmiş, cavabdeh Rahilə isə o öz cavabında istixananın satışından əldə etdiyi vəsaiti ona geri qaytaracağını bildirmişdir və o, onun bacı olduğu üçün o ona sözünə etimad göstərmişdir. Lakin anası vəfat etdikdən sonra cavabdehin ümumi mülkiyyətinda olan mülkə bağlı etdiyi hərəkətləri artıq o vəsaitin də həyata keçirilməsini əyani göstərmişdir. Cavabdehin onun məxsus mülkü üzrə etdiyi qanunsuz hərəkətlərlə bağlı maddi və mənəvi zərəri aşağıdakılardan ibarət olmuşdur: ödənilmiş hüquqi xidmətlər, eyni zamanda təyin edilmiş ekspertiza xərcləri, həmçinin iddia ərizələrinin qaldırılması üçün ödənilmiş dövlət rüsumları üzrə 2018-ci ildən hazırki vaxta qədər ümumi olaraq – 1.500 (bir min beş yüz) manat məbləğində zərər; ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsində tikilmiş istixananın ümumi dəyəri – 30.000 (otuz min) manat məbləğində maddi zərər; mübahisəli mülkə bağlı səhhətində keçirdiyi narahatlıqlar, müalicələr və xəstəxana xərcləri – ümumi dəyəri – 2.700 (iki min yeddi yüz) manat məbləğində maddi zərər; cavabdehin etdiyi qanunsuz hərəkətlər nəticəsində çəkdiyi mənəvi əzab və iztirablar, gərginlik, əsəb, ciddi psixoloji narahatlıqlara görə ümumi dəyəri – 3.000 (üç min) manat məbləğində mənəvi zərər; mülkiyyətində olan əmlakdan uzun illər ərzində istifadə edə bilmədiyinə görə çəkdiyi maddi zərər, başqa yaşayış yerlərinə möhtac olaraq xərclədiyi ödənişlər və mülkündən əlindən çıxmış fayda və gəlirlərinlə bağlı zərər görə ümumi dəyəri – 10.000 (on min) manat məbləğində maddi zərər. Cavabdeh bu günədək onun öz mülkiyyətinə daxil olmağına və ondan istifadə etməyinə ciddi maneçilik törədib, qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin icra etməmiş və onun çəkdiyi mənəvi əzab davam edir, eyni zamanda çəkəcəyi maddi zərərin məbləği günü-gündən artır. Cavabdehlə ümumi paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsi Şəmkir şəhərində ona məxsus hər hansı bir biznes xarakterli fəaliyyət üçün də çox əlverişlidir. Cavabdeh ona məxsus torpaq sahəsindən də illərdir hərtərəfli istifadə və idarə edərək gəlir götürür, hətta özbaşına torpaqda təsərrüfat işləri və başqa şəxslərin yaşamasına icazə verir, bununla da qanunla qorunan mülkiyyət hüququnu tamamilə pozulur. Qeyd edilən faktlar isə ələ etdiyi sübutlarla və məhkəmə instansiyası təsdiq edəcək əsaslı faktlarla öz təsdiqini tapır. Cavabdeh tərəfindən mülkiyyətindən istifadə və idarə etmə ilə bağlı yaradılan maneələr, vurduğu zərərlər, dövlət orqanlarının tələblərinə laqeyd yanaşması hər biri qanuni şəkildə aparılmış məhkəmə icraatları və nəticəsində qəbul edilmiş yekun qərarlarla da öz təsdiqini tapır. Qeyd edilənlərə əsasən Cavabdeh tərəfindən qanunsuz hərəkələt nəticəsində ümumilikdə ona dəymiş 44,200 manat məbləğində maddi, 3000 manat məbləğində isə mənəvi zərərin və 231,60 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona X8 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianı təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi(vəkili) Nümayəndə iddia ərizənə etiraz edərək bildirdi ki, İddiaçı məhkəməyə ona qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbini qəbul etmir. Belə ki, İddiaçı onun bacısıdır. İddiaçı mərhum X2nın mülkiyyətində olmuş, hazırda isə İddiaçı və onun paylı mülkiyyətində olan torpaq sahəsində 1988-ci ildə özünün və ərinin vəsaiti hesabına 30000 manatdan çox vəsait xərcləyərək, istixana tikdirdiyini, həmin istixananı isə 1997-ci ildə onun tərəfindən satıldığını göstərərək, onun üçün 30000 manat pul tələb edir. İddiaçının qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, 1988-ci ildə mərhum anası Zəhra Süleymanova özünə məxsus torpaq sahəsində öz vəsaiti hesabına istixana inşa etdirmiş və həmin istixanada gül əkib-becərmişdir. Həmin vaxt bacısı Məhluqə ailəli olmuş və başqa ünvanda yaşamışdır. O özü isə daim işləmişdir. Həmin istixana anası tərəfindən öz vəsaiti hesabına inşa edilmişdir. Bir neçə il sonra isə artıq xarici ölkəyə gül satışı dayandığından anası istixananı təxminən 1999-cu ildə satararaq pulunu xərcləmişdir. Həmin vaxt onun və digər bacılarının bundan məlumatı olmuşdur. Amma heç kəs ona irad bildirməmişdir. Çünki, həmin istixana anasına məxsus idi və özü də istədiyi kimi istifadə etmək hüququna malik idi. İddiaçı isə iddia ərizəsində istixananın satılmasından məlumatı olmasına baxmayaraq, guya onun ona istixananın satışından əldə etdiyi vəsaiti sonra ona qaytaracağını bildirdiyini qeyd etmişdir. Halbuki, belə bir hal olmamışdır. O istixananı nə satmamış, nə onun pulunu mənimsəmiş, nə də ki, iddiaçıya nə vaxtsa istixananın pulunu qaytaracağını deməmişdir. Ümumiyyətlə onun anası istixananın pulunu öz xərclərinə sərf etmiş, heç kəsə onun pulunu verməsi barədə məlumatı olmamışdır. İddiaçının elə tələbi olsa idi hələ anası sağ ikən pulunu tələb edərdi. Anası istixananı təxminən 1999-cu ildə satmış, anası özü isə istixana satıldıqdan 17 il sonra 06 mart 2016-cı ildə vəfat etmişdir. Artıq anası 9 ildir vəfat etdikdən və ananın sağlığında, nə də ananın vəfatından sonra keçən illər ərzində iddiaçının belə bir tələbi olmamışdır. Əgər həmin istixana iddiaçının vəsaiti hesabına tikilmiş olsaydı, istixananı o satmış olsaydı, istixana satıldıqdan 26 il sonra məhkəmədə ona qarşı qərəzli olaraq hazırkı iddianı qaldırmazdı, o iddia müddətini ötürmədən vaxtında onun özünə məxsus vəsaiti hesabına əsassız varlanmağı ilə bağlı sübutlarını məhkəməyə təqdim edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət edərdi. İddia tələbindən də göründüyü kimi iddiaçı hazırda əsassız olaraq, məhkəmədə iddia müddətini ötürməklə ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin ödənilmiş hüquqi xidmətlərə, ekspertiza xərclərinə və iddia ərizələrinə görə ödənilmiş dövlət rüsumları ilə bağlı hissəsini də əsassız hesab edir. İddiaçı əvvəlki iddia tələblərinə artıq məhkəmədə baxılaraq, xərclərlə bağlı hissədə tələbləri olduğu halda həmin hissələrə qiymət verilmiş və məhkəmə qərarları qanuni qüvvəsini almışdır. Hesab edir ki, hazırda iddiaçının ondan əvvəlki məhkəmə mübahisələri üzrə məhkəmə xərclərini tələb etməsinə bağlı iddia tələbinin heç bir əsası yoxdur. İddia tələbinin digər hissəsi olan müalicə xərcləri, mənəvi zərər və əldə çıxmış fayda ilə bağlı hissəsini də əsassız hesab edir. Belə ki, İddiaçı hələ ananın sağlığında ailə qurub başqa ünvana köçmüş və orada yaşamışdır. Onun özünə məxsus evi vardır. O isə anası ilə birlikdə yaşamışdır. Anası vəfat etdikdən sonra isə iddiaçı anasının yurdundan da özünə pay almaq üçün ona qarşı miras əmlakla bağlı iddialar qaldırmışdır. O heç vaxt indiyədək miras əmlakla bağlı iddia tələbi və ya şikayətlə bağlı məhkəməyə və ya digər orqanlara müraciət etməmişdir. Əksinə o onun onkoloji xəstə olduğunu bildiyi halda anası vəfat etdiyi vaxtdan hazırki vaxta kimi ona qarşı məhkəmələrdə müxtəlif iddialar qaldırmış, onun ağır xəstəliyini nəzərə almamışdır. O heç vaxt iddiaçının şəxsiyyətinə, nə də ki, ona mənəvi zərər vurmamışdır. Həmçinin, iddiaçının və onun mərhum anasından miras qalmış əmlakda payı müəyyən edilmişdir. O heç vaxt iddiaçıya torpaq sahəsindən istifadə etməyə maneçilik törətməmişdir. İddiaçının özünə məxsus evi vardır və orada yaşayır. İddiaçı qərəzli olaraq onun tənhalığından istifadə edərək, ona qarşı iddia qaldırmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfli izahatını dinləyib, işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Apellaysiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-1318/2021 nömrəli qətnaməsinin sürətindən görünür ki, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka vərəsə tanınma, mirasdan payın müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, mərhum X2ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və JN-290 saylı Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktında qeyd olunmuş 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum anası Zəhra Süleymanovanın payına düşən hissəni faktiki olaraq qəbul etməyim faktının müəyyən edilməsi, miras əmlakla varisliyimin müəyyən edilməsi, miras əmlakdan payımın müəyyən edilməsi və naturada bölünərək təhvil verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmiş, Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-2251/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellayasiya şikayəti verərək, xx.xx.2020-ci il tarixli 2(076)-2251/2020 nömrəli qətnaməsi ləğv edilməsini və iddia təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-1318/2021 nömrəli qətnaməsinə əsasən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)- 2251/2020 saylı qətnaməsi qismən-iddianın mərhum anası X4 miras qalmış ünvan 3 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsindən payına düşən hissəni faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlaka vərəsəliyin müəyyən edilməsi, miras əmlakdan payın müəyyən edilməsi hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə təmin edilmiş, İddiaçı mərhum anası Zəhrə Süleymanovadan qalmış mirası qəbul etməsi müəyyən edilmiş, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsindən vərəslik üzrə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh payı müəyyən edilmişdir. Qətnamə iddianın təmin edilməyən digər hissələrində dəyişdirilmədən saxlanılmışdır. İş materialında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-2238/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılması barədə qətnamə çıxarılmışdır. Beləliklə işin mübahisəsiz halı ondan ibarətdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət 2009-cu il tarixli 299 saylı arxiv arayışı əsasında iddiaçı və cavabdehin X2na ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsi verilmiş, bu barədə adına xx.xx.2013-cü il tarixli A 429479 saylı “X15 və Ölçüsü” tərtib edilmişdir. Mübahisəli torpaq sahəsində 1988-ci il tarixdə istixana tikilmiş, tikilən istixana 1997-ci il tarixdə satılmışdır. iddiaçı və cavabdehin X2 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı Cavabdeh və qeyrilərinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka vərəsə tanınma, mirasdan payın müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, mərhum X2ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və JN-290 saylı Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktında qeyd olunmuş 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum anası Zəhra Süleymanovanın payına düşən hissəni faktiki olaraq qəbul etməyim faktının müəyyən edilməsi, miras əmlakla varisliyimin müəyyən edilməsi, miras əmlakdan payımın müəyyən edilməsi və naturada bölünərək təhvil verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmiş, Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-2251/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellayasiya şikayəti verərək, xx.xx.2020-ci il tarixli 2(076)-2251/2020 nömrəli qətnaməsi ləğv edilməsini və iddia təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)- 1318/2021 nömrəli qətnaməsinə əsasən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-2251/2020 saylı qətnaməsi qismən-iddianın mərhum anası X4 miras qalmış ünvan 3 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsindən payına düşən hissəni faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlaka vərəsəliyin müəyyən edilməsi, miras əmlakdan payın müəyyən edilməsi hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə təmin edilmiş, İddiaçı mərhum anası Zəhrə Süleymanovadan qalmış mirası qəbul etməsi müəyyən edilmiş, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsindən vərəslik üzrə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh payı müəyyən edilmişdir. Qətnamə iddianın təmin edilməyən digər hissələrində dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı ödənilmiş hüquqi xidmətlər, eyni zamanda təyin edilmiş ekspertiza xərcləri, həmçinin iddia ərizələrinin qaldırılması üçün ödənilmiş dövlət rüsumları üzrə 2018-ci ildən hazırki vaxta qədər ümumi olaraq – 1.500 (bir min beş yüz) manat məbləğində zərər; ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsində tikilmiş istixananın ümumi dəyəri – 30.000 (otuz min) manat məbləğində maddi zərər; mübahisəli mülkə bağlı səhhətində keçirdiyi narahatlıqlar, müalicələr və xəstəxana xərcləri – ümumi dəyəri – 2.700 (iki min yeddi yüz) manat məbləğində maddi zərər; cavabdehin etdiyi qanunsuz hərəkətlər nəticəsində çəkdiyi mənəvi əzab və iztirablar, gərginlik, əsəb, ciddi psixoloji narahatlıqlara görə ümumi dəyəri – 3.000 (üç min) manat məbləğində mənəvi zərər; mülkiyyətində olan əmlakdan uzun illər ərzində istifadə edə bilmədiyinə görə çəkdiyi maddi zərər, başqa yaşayış yerlərinə möhtac olaraq xərclədiyi ödənişlər və mülkündən əlindən çıxmış fayda və gəlirlərinlə bağlı zərər görə ümumi dəyəri – 10.000 (on min) manat məbləğində maddi zərər olmaqla ümumilikdə 44 200 manat zərərin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbini əsassız hesab edir və rədd edilməli olduğu qənaətinə gəlir. Məhkəmə maddi ziyanla bağlı iddia tələbi üzrə qeyd edir ki, iddiaçının göstərdiyi maddi ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində dəyməsi barədə iddianı təsdiqləyən heç bir sənəd və ya digər hüquqi əhəmiyyətli sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki: 1) İddia tələbinin ödənilmiş hüquqi xidmətlər, eyni zamanda təyin edilmiş ekspertiza xərcləri, həmçinin iddia ərizələrinin qaldırılması üçün ödənilmiş dövlət rüsumları üzrə 2018-ci ildən hazırki vaxta qədər ümumi olaraq – 1.500 (bir min beş yüz) manat məbləğində zərər hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunun iddia tələbənin əsaslılığını təsdiq edən sübutlar məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfindən təqdim edilməmişdir. 2) İddia tələbinin ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsində tikilmiş istixananın ümumi dəyərinin 30.000 (otuz min) manat məbləğində maddi zərər tələbinə aid hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin istixananın cavabdeh tərəfindən sökülüb satılması sübutlar və bunu təsdiq edən sənədlər təqdim edilməmişdir.; 3) Mübahisəli mülklə bağlı olaraq səhhətində keçirdiyi narahatlıqlar, müalicələr və xəstəxana xərcləri – ümumi dəyəri 2.700 (iki min yeddi yüz) manat məbləğində maddi zərər tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində narahatlıq keçirdiyini və sağlamlığına ziyan dəydiyini iddia etmişdir. Lakin iddiaçı tərəfindən sağlamlığına dəymiş ziyanı, onun hansı nəticələr doğurduğunu təsdiq edən şahid ifadələri və ya tibbi sənədlər təqdim edilməmişdir. 4) Mülkiyyətində olan əmlakdan uzun illər ərzində istifadə edə bilmədiyinə görə çəkdiyi maddi zərər, başqa yaşayış yerlərinə möhtac olaraq xərclədiyi ödənişlər və mülkündən əlindən çıxmış fayda və gəlirləri ilə bağlı zərər görə ümumi dəyəri – 10.000 (on min) manat məbləğində maddi zərər tələbinə dair məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin həmin evdə iddiaçının yaşaması üçün maneə yaratması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin iddiaçıya vurmuş olduğu ziyanın vurulmasını sübut etmək iddiaçının üzərinə düşür. Məhkəmə mənəvi ziyanla bağlı irəli sürülmüş iddia tələbinin əsassız olduğunu hesab edir və bu səbəbdən həmin iddia təmin edilməməlidir. Nəticədə, mülki işin məhkəmə araşdırması zamanı iddiaçı həqiqətən də cavabdeh tərəfindən ona nəticəsində iddiaçıya maddi və mənəvi ziyan vurulmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı Cavabdeh qarşı « zərərin ödənilməsi» tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı «zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar