Məhkəmə qərarları › İş №2(076)-2333/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2333/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2333/2025 21.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndna ümumilkdə 7722.87 manat məbləğində pulun və ödənilmiş 98 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 bir neçə ildir ki tanıyır. Cavabdeh1 ilə istixanadan günǝmuzd fəhlə olaraq birlikdə işləmişlər. Cavabdeh1 2024-cü ilin oktyabr ayının sonlarında hərbçi olan oğlu Cavabdeh2 işində problem olduğunu bildirərək ondan borca 6000 manat pul istəmiş, əgər həmin pul verilməsə Cavabdeh2 tutulacağını bildirmişdir. O Cavabdeh1 lotereya oynadığını və xahiş edərək bir neçə ay hissə-hissə 6000 manat pulu lotereyadan borca götürə biləcəyini dedi. Cavabdeh1 iddiaçının arxayın salaraq narahat olmamağını və ona oğlu Cavabdeh2 adına olan bank kartına 2025-ci ilin yanvar ayının sonlarında hər ay 1475 manat pul köçəcəyini və ondan götürdüyü borca pulu problemsiz qaytaracağını inandırmışdır. O isə Cavabdeh1 inanıb xx.xx.2024-cü il tarixdə lotereya oyunundan borca götürdüyü puldan 1200 manat pulu sonuncuya təhvil verdi. Daha sonra digər Cavabdeh2 xx.xx.2025-ci il tarixdə onun yaşadığı ünvana gəlib və yenə lotereya oynundan götürdüyü 1700 manat pulu Cavabdeh2 əl-bə-əl təhvil vermiş, 300 manatı isə sonuncuya məxsus bank kartına yollamışdır. xx.xx.2024-cü il tarixdə isə yenidən borc taparaq Cavabdeh2 məxsus bank kartına 1000 manat pul göndərmişdir. Bundan sonra Cavabdeh2 bank kartına xx.xx.2025ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə 200 manat pul olmaqla ümumilikdə 3100 manat pulu Seyfədin Zamanova məxs Bank kartına yollamışdır. Bu ərəfədə Sücayətin iddiaçıya təhvil verdiyi oğlu Cavabdeh2 məxsus bank kartına pul köçmədiyi üçün o bir neçə dəfə cavabdehlərə məlumat versə də Cavabdeh1 oğlu Cavabdeh2 ipoteka krediti götürdüyü üçün həmin karta köçən əmək haqqının guya kredit ödənişinə çıxdığını bildirərək bəhanələr gətirməyə başlamışdır. Cavabdehlər isə sadəcə olaraq ona 6000 manat puldan 240 manat pul ödədilər. İddiaçı dəfələrlə cavabdehlərə təhvil verdiyi ümumilikdə 6000 manat puldan geriyə qalan 5760 manat pulu tələb etdikdə cavabdehlər hər dəfəsində müxtəlif bəhanələr gətirərək onu aldadaraq borcu qaytarmamışlar. xx.xx.2025-ci il tarixdə saat 10:46 radələrində Cavabdeh1 növbəti dəfə iddiaçıya zəng edərək yaşadığı ünvana çağırmışdır. O həmin ünvan gedib və ona olan borcu qaytarmağını tələb etdi. Həmin vaxt Cavabdeh1 və sonuncunun anası X3 onun ilə münaqişə edərək bir daha onların evinə gəlməməyini və əgər gələrsə onu şərləyəcəkləri ilə hədələmişlər. Daha sonra oraya polis əməkdaşları gəlmiş və Seylan Zamanova onun barəsində polisə şikayət etmişdir. Şəmkir RPŞ-də araşdırılma aparılmış və cavabdehlər polis şöbəsində verdikləri izahatda ona olan borclarını etiraf etmişlər. Şəmkir RPŞ-nin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında cavabdehlərin ona borclu olmaları təsdiq olunmuşdur. Qeyd edir ki, o cavabdehlər borca pul verdikdən sonra digər borclarını qaytamaq üçün qızıl-zinət əşyalarını "xxxx" ASC-yə və "xxxx" ASC-yə girov qoyub kreditlər götürmüş və hazırda həmin kredit borclarını ödəməkdədir. Cavabdehlər isə ondan aldıqları 6000 manat borca puldan sadəcə 240 manat pulu geri qaytarmışlar. Hazırda cavabdehlərə görə həmi banklara faiz borcu ödəyir. Lakin cavabdehlərə isə ona böhtan ataraq guya onlara faizə (sələmə) pul verdiyi əsas gətirərək borclarını ödəmirlər. Bir daha qeyd edir ki, iddiaçı cavabdehlərin çətin vəziyyətdə olmasına görə onlara inanıb qeyd olunan pulları onlara vermişdir. Cavabdehlərin təqsirində hazırda banklara borclanmış və buna görə banklara əlavə faiz borcu ödəyir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-dən ümumilikdə 514 manat kredit götürmüş və həmin kreditə görə əlavə olaraq 144.94 manat faiz borcu ödəməlidir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-dən ümumilikdə 348 manat kredit götürmüş və həmin kreditə görə 98.03 manat faiz borcu ödəməlidir. Bundan başqa xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-dən ümumilikdə 4130,30 manat kredit götürmüş və həmin kreditə görə 726.30 manat faiz ödəməlidir. Bundan başqa xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-dən ümumilikdə 1470 manat kredit götürmüş və həmin kreditə görə 539.70 manat faiz ödəməlidir. Həmçinin xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-dən ümumilikdə 2580 manat kredit götürmüş və həmin kreditə görə 453.90 manat faiz ödəməlidir. Cavabdehlərə verdiyi pulları lotereya oynadığı şəxslərdən borca almış, cavabdehlər isə borcu qaytarmağı üçün onda məcbur olub banka qızıl-zinət əşaylarını girov qoyub pul götürmüşdür. Hazırda isə cavabdehlərin təqsiri üzündən banklara əlavə faiz borcu qaytarmalıdır. Hesab edir ki, həmin faiz pulları cavbdehlərin təqsirindən yarandığı üçün həmin pullar da onlardan tutulmalıdır. O cavabdehlərdən ona olan 5760 manat borcalarını və bankdan götürdüyü kreditlərə görə əlavə ödəniləcək 1962,87 manat faiz pulunu geri qaytarılması üçün müraciət etsə də cavabdehlər onun tələbinə əhəmiyyət verməyərək pulu ödəməkdən imtina edirlər. Buna görə də cavabdehlərdən pulun alınıb verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndna ümumilkdə 7722.87 manat məbləğində pulun və ödənilmiş 98 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə eyni ifadə verərək, iddia tələbinin tam təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndna ümumilkdə 7722.87 manat məbləğində pulun və ödənilmiş 98 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə etiraz ərizəni ünvanlayaraq bildirmişlər ki, İddiaçı məhkəməyə onlara qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbini qismən qəbul edirlər. Belə ki, onlar İddiaçı 2024-cü ilin oktyabr ayının sonlarında pula ehtiyacları olduğu üçün 6000 manat borc pul almışlar. Onların iddiaçıya ümumilikdə 6000 manat borcu yaranmışdır. Həmin borcdan onlar ona 240 manat pul qaytarmışlar. Hazırda onların ona 5760 manat borcları vardır. Həmçinin, iddiaçı həmin pulu onlara faiz (sələm) olaraq vermişdir. Odur ki, Sizdən ərizədə qeyd olunmuşları nəzərə alınaraq, iddia tələbinin qismən, 5760 manat hissədə təmin edilməsini xahiş etmişlər. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iştirak edən iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu E. Hüseynov küçəsində yaşayan X1 məxsus fərdi yaşayış evində sonuncunun gəlini Zamanova Sucayət və onun borca pul aldığı Mətanət adı ilə tanıdığı İddiaçı arasında şəxsi münasibətlər zəmində münaqişə baş vermiş, İddiaçı X4 və X2 həyatı üçün təhlükə yaratması faktı öz təsdiqini tapmadığından cinayət işi başlanması rədd edilmişdir. Təhqiqat zamanı ifadəsi alınmış Cavabdeh2 və Cavabdeh1 öz ifadələrində 5760 manat borcu qalmasini bildirmişlər Beləliklə tərəflərin izahatı və etirazları ilə, eyni zamanda iş materialları ilə müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6000 manat məbləğində borc vermiş, həmin borcdan cavabdehlər 240 manat pul ödəmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2024-cü il tarixdə tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış və İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6000 manat pul borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2024-cü il tarixdə bağlanmış 6000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə qəbzlə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 6000 manat pulun cavabdehlərə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdehlər tərəfindən etiraz ərizlərində, eyni zamanda cinayət işinin başlanması barədə qərarda qeyd edilən izahatlarında həmin məbləğin iddiaçı tərəfindən onlara verilməsini, həmin məbləğdən isə cəmi 240 manat iddiaçıya ödənilməsini təsdiq etmişlər. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdehlər əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Bundan başqa məhkəmə baxışı zamanı iddiaçı qeyd edilən məbləği kredit götürüb cavabdehlərə verməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia qismən təmin edilməli, 5760 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddia tələbi qismən təmikn edildiyindən iddiaçı tərəfindən ödənilmiş rüsumdan 77,60 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5760 (beş min yeddi yüz altmış) manat məbləğində pul və iddianın təmin olunmuş hisssəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 77,60 (yetmiş yeddi manat altmış qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar