Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2337/2023 24.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı MMC-nin cavabdeh X2 qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı MMC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********27149 BLACKVİEW A80 markalı telefon, İmei kodu **********67361 BQ-2817 TANK QUATTRO POWER markalı telefon üçün 438,5 (dörd yüz otuz səkkiz manat əlli qəpik) manat ödənilməmiş hissə, 43,5 (qırx üç manat əlli qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə MİNİ SOBA HOFFMANN üçün 45,9 (qırx beş manat doxsan qəpik) manat ödənilməmiş hissə, 4,1 (dörd manat on qəpik) manat cərimə ümumilikdə 532 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2022ci il, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********27149 BLACKVİEW A80 markalı telefon, İmei kodu **********67361 BQ-2817 TANK QUATTRO POWER markalı telefon, MİNİ SOBA HOFFMANN almış və nəticədə 532 (beş yüz otuz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 530 (beş yüz otuz) manat (12 ay x 40 manat + 50 manat ilkin ödəniş) olan İmei kodu **********27149 BLACKVİEW A80 markalı telefon, İmei kodu **********67361 BQ-2817 TANK QUATTRO POWER markalı telefon üçün ümumilikdə 482 (dörd yüz səksən iki) manat olmaqla, ondan 438,5 (dörd yüz otuz səkkiz manat əlli qəpik) manat ödənilməmiş hissə, 43,5 (qırx üç manat əlli qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 119,99 (bir yüz on doqquz manat doxsan doqquz qəpik) manat (3 ay x 23,33 manat + 50 manat ilkin ödəniş) olan MİNİ SOBA HOFFMANN üçün ümumilikdə 50 (əlli) manat olmaqla, ondan 45,9 (qırx beş manat doxsan qəpik) manat ödənilməmiş hissə, 4,1 (dörd manat on qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 165,59 manat təşkil edir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X3 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03841108 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 530 manat olan əşyanı (İmei kodu **********27149 BLACKVİEW A80, İmei kodu **********67361 BQ-2817 TANK QUATTRO POWER) X3 50 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 40 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. xx.xx.2022-ci il tarixli, 03841109 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 119,99 manat olan əşyanı (MİNİ SOBA HOFFMANN) X3 50 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 23,33 manat olmaqla 3 ay müddətinə ödəmək şərti ilə satmışdır. Tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % -i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Maliyyə və Ödəniş Cədvəlinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə X3 cəmi 91,5 manat ödəniş etmiş, onun hal-hazırda 482 manat (438,5 manat əsas borc, 43,5 manat cərimə), xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cəmi 74,09 manat ödəniş etmiş, onun hal-hazırda 50 manat (45,9 manat əsas borc, 4,1 manat cərimə) məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, X2 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh X2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 438,5 manat əsas borc və 43,5 manat cərimə olmaqla, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 45,9 manat əsas borc, 4,1 manat cərimə borcu ümumilikdə 532 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 438,5 manat əsas borc və 43,5 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 45,9 manat əsas borc, 4,1 manat cərimə borcu ümumilikdə 532 (beş yüz otuz iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi 2(076)-2042/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə Protokol Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, 04 iyul 2023-cü il tarixdə, saat 11:20-də Şəmkir Rayon Məhkəməsinin inzibati binasında, İddiaçı MMC-nin cavabdeh X2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq, iddianın təmin edilməsi barədə qətnaməni qəbul etdim. Hakim: Həvayət Məhəmmədi « » 2023–cü il № 2(076)-2042/23 Surəti: "xxxx" MMC-nə Bakı şəhəri, Yasamal rayonu, Moskva pr 73A Surəti: X2 Şəmkir rayonu, Yeni Həyat kəndi Şəmkir Rayon Məhkəməsinin 2(076)-2042/2023 saylı, 04 iyul 2023 2023-cü il tarixli qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: Qətnamənin surəti « » vərəqə Hakim Həvayət Məhəmmədi AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ AZ 5700, Şəmkir şəhəri, Heydər Əliyev pr–2 Tel. (02230)–5–74–07 № « » 2023–cü il Surəti: "xxxx" MMC-nə Bakı şəhəri, Yasamal rayonu, Moskva pr 73A Surəti: X2 Şəmkir rayonu, Yeni Həyat kəndi Şəmkir Rayon Məhkəməsinin 2(076)-2042/2023 saylı, 04 iyul 2023 2023-cü il tarixli qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: Qətnamənin surəti « » vərəqə Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2337/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2337/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver