Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-236/2025 03.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abdullayeva (Haqverdiyeva) Elsevər Qüdrət qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı oğlu cavabdeh Abdullayeva (Haqverdiyeva) Elsevər Qüdrət qızına qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdeh Abdullayeva (Haqverdiyeva) Elsevər Qüdrət qızından ona olan 1500 manat borcun, eləcə də 135 (yüz otuz beş) manat keçirilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdehlə bir neçə ildir ki, tanışdır və münasibətləri normal olmuşdur, həmçinin qonşu olmuşdur. 2023-cü ildə cavabdehə ona Şəmkir şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evi almaq üçün bir neçə dəfəyə ümumilikdə 22000 (iyirmi iki min) manat pul vermişdir. Cavabdeh həmin puldan 7000 (yeddi min) manat məbləği evi alacağı şəxsə verib qalan 15000 (on beş min) manatı isə mənimsəmişdir. Cavabdeh barəsində o polisə şikayət etmişdir. Cavabdeh polisdə onu aldadıb aldığı pulu etiraf etsə də hal-hazırdadək 15000 (on beş min) manat ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət edib cavabdehin ona olan borcunu tələb edir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Abdullayeva (Haqverdiyeva) Elsevər Qüdrət qızından 15000 (on beş min) manatın və ödədiyi 135 manat rüsumun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, 2024-cü ilin yanvar ayında özünə məxsus kartı cavabdehə təqdim etmiş, həmin karta göndərilən pulu cavabdehə ev alınması məqsədilə göndərmişdir. Cavabdeh isə həmin karta gondərilən pulu mənimsəmişdir. Belə ki, 2024-cü ilin iyun ayının sonlarında artıq o cavabdehin onu aldatmasını öyrəndiyindən daha həmin karta pul göndərməmişdir. 2024-cü ilin yanvar ayından iyul ayına qədər göndərilən puldan cavabdeh Nailə adlı şəxsə pulu onun razılığı ilə ev alınması üçün vermiş, qalan pulu isə mənimsəmişdir. Pulun Nailə adlı xanıma verilməsini özü istəmiş, cavabdeh isə ona göndərilən bütün pulu deyil, yalnız 7000 manatını vermişdir. Bundan başqa Nailə xanıma özü də ayrıca 3000 manat vermiş, Nailə adlı xanım isə ona verilən ümumi 10 000 manat puldan 4000 manatını ona qaytarmış, qalan 6000 manatı isə hissə hissə olmaqla ödəyəcəyi barədə razılaşmışlar. Hazırda cavabdehin ona olan borcunun yəni 15000 manat pulun ona alınıb geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə Abdullayeva (Haqverdiyeva) Elsevər Qüdrət qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, material üzrə araşdırma zamanı izahatı alınmış Abdullayeva (Haqverdiyeva) Elsevər Qüdrət qızı göstərmişdir ki, uşaqlıqdan onu Elsever kimi yox, Sevda adı ilə tanıyıb çağırırlar. Barəsində şikayət edən İddiaçı tanıyır, aralarında normal münasibətlər vardır. Onunla 2 il bundan əvvəl Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən həyət evlərində qonşu kimi kirayədə yaşamışlar. 2023-cü ilin sentyabr ayında Xanımzər övladlarını da götürüb Bakı şəhərinə getmişdir. Buna baxmayaraq onunla telefon əlaqələri olmuşdur. Onun Şəmkir şəhəri, Nizami küçəsində yaşayan Nailə adlı qonşusu da olmuşdur və həmin küçədə evini 17000 manat müqabilində satmaq istədiyini demişdir. O da 2024-cü ilin avqust ayında Xanımzərlə telefonla əlaqə saxlayan evi almasını ona təklif etmişdir. Eyni zamanda evin şəkillərini də ona göndərmişdir. Evi bəyənmişdir. Bundan sonra isə Xanımzərin 2023-cü ilin oktyabr ayında Şəmkir rayonuna gəldikdə verdiyi özünə məxsus Kapital bank tərəfindən verilmiş birbank debet kartına hissə-hissə pulu göndərəcəyini və 17000 manatı Nailə adlı qadına verməyini tapşırmışdır. O da kartı götürüb özündə saxlamışdır və 2024-cü ilin avqust ayından iyun ayının sonunadək olan müddət ərzində 14000 manatını ev almaq üçün, 5434 manatını isə faizlə borca vermək üçün olmaqla ümumilikdə 19,434 manat pulu Xanımzər kart vasitəsilə ona göndərmişdir. O, həmin puldan hissə-hissə 7000 (yeddi min) manatını Nailəyə vermişdir. Qalan pulun 500 manatını qeyri-rəsmi münasibətdə olduğu Nurəddin adlı şəxsə faizlə borc olaraq vermişdir, ev üçün göndərilən 7000 manatı isə mənimsəmişdir və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Xanımzərin faizlə borc olaraq verməyi üçün göndərdiyi pulun 34 manatını isə əvvəl onunla qonşuluqda yaşadığı evin su sərfiyyatına olan borcuna ödəmişdir. Xərclədiyi borc olaraq verməli olduğu puldan isə 400, 575 və 750 manat olmaqla ümumilikdə 1725 manatını Xanımzərin özünə qaytarmışdır. Qalan pulu isə maddi imkanı olduğu üçün qaytara bilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Kapital Bank”ın ödəniş kartı üzrə çıxarışdan görünür ki, X1 adına olan 523915*******6384 nömrəli karta xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 19534 manat pul köçürülmüşdür. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflər arasında şifahi formada bağlı tapşırıq müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçının tapşırığı əsasında 17000 manat müqabilində satılan evi almalı, qalan məbləği isə iddiaçı cavabdeh tərəfindən müxtəlif şəxslərə borc verməsinə razılıq vermişdir. Cavabdeh öhdəliyini şərtləşdirilmiş qaydada tam icra etməmiş, belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Cavabdeh izahatında iddiaçıya məxsus olan kartın ona verilməsini bildirmişdir. İddiaçı həmin karta hissə-hissə 19534 manat pul göndərmişdir. Həmin puldan 7000 manat pul iddiaçının özünün tapşırığı ilə Nailə adlı şəxsə verilmiş, 500 manat pulu Nurəddin adlı şəxsə borc vermişdir. Beləliklə iddiaçıya məxsus karta hesabına göndərilən 19534 manat puldan 7500 manat iddiaçının taöşırığı əsasında cavabdeh ev alınması üçün, eyni zamanda borc vermişdir. Qeyd edilənlərə əsasən 12034 (on iki min otuz dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 135 (bir yüz otuz beş) manat məbləğində pul cavabdeh Abdullayeva (Haqverdiyeva) Elsevər Qüdrət qızından tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Abdullayeva (Haqverdiyeva) Elsevər Qüdrət qızından 12034 (on iki min otuz dörd) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 135 (bir yüz otuz beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-236/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-236/2025
03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver