Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2380/2023 23.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı “X2mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X2mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, SKY03070 №-li müqaviləyə əsasən ilkin ödəniş 100 manat olmaqla, 12 ay müddətinə hissə-hissə hər ay üçün 45 manat, sonuncu ay üçün isə 45.93 manat ödəmək şərti ilə, 640.93 manat dəərində malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktgında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrfikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş , o borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci il tarixli, SKY03070 saylı müqavilə üzrə qalıq borcu 540.93 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 1712.34 manat təşkil edir(maliyyə arayışı əlavə edilmişdir). Hazırda caavbdehlərə qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin 30%-ni ödəməyi borcludan tələb edirlər. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-i 513.70 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci ilmtarixli, SKY03070 saylı müqavilə üzrə 540.93 manat qalıq borcu, 513.70 manat cərimə borcu olmaqla, cəmi 1054.63 manat borcu yaranmışdır. Qeyd edilmişdir ki, faktor “X2mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, Optimal Elektronika” MMC ilə borclu Cavabdeh qarasında bağlanmış xx.xx.2020-ci il tarixli, SKY03070 №-li nisyə alqısatqı müqavilsəindən irəli gələn pul tələbini “X2mayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2020-ci il tarixli, SKY03070 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X2mayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bildiriş verilmişdir. Odur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, SKY03070 №-li müqavilə üzrə 540.93 manat qalıq borcu, 513.70 manat cərimə borcu olmaqla, cəmi 1054.63 manat məbləğində iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilmiş 30.54 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı «X2mayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Pünar Hacızadə tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə göndərərək, iddianı müdafiə etdiklərini, işə onların iştiakı olmadan baxılmasına etirazları olmadığını bildirərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırraraq hesab edir ki, İşdə olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə X4 8 Pro 64 GB White markalı telefonu cavabdehə verməyi, cavabdeh isə həmin əşyaya görə ödəniləcək məbləği müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə olan ödəniş cədvəli üzrə ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli SKY03070 №-li müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər hər ay 45 manat olmaqla cəmi 640.93 manat pulu iddiaçı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin tarixdə Cavabdeh xx.xx.2022-ci il tarixli №0207954 saylı müqavilədə göstərilən telefonu tam qüsursuz təhvil almasını imzası ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh X4 8 Pro 64 GB White markalı telefonu "xxxx" MMC-dən almışdır. Müqaviləyə əsasən cavabdeh həmin əşyaya görə ödəniləcək məbləği müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə olan ödəniş cədvəli üzrə ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və nəticədə müqavilə üzrə 540.93 (beş yüz qırx manat doxsan üç qəpik) manat ödənilməmiş hissə və 513.70 (beş yüz on üç manat yetmış qəpik) manat cərimə borcu yaranmışdır. Faktor “X2mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, Optimal Elektronika” MMC ilə borclu Cavabdeh qarasında bağlanmış xx.xx.2020ci il tarixli, SKY03070 №-li nisyə alqı-satqı müqavilsəindən irəli gələn pul tələbini “X2mayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 41.960.1-ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyidən onun iddiaçı «X2mayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu yaranmışdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, dəbbə pulu azaldılaraq 52 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli, SKY03070 saylı müqavilə üzrə 540.93 (beş yüz qırx manat doxsan üç qəpik) qalıq borc, 52 (əlli iki) manat cərimə borcu Cavabdeh tutularaq iddiaçı “X2mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, 30.54 (otuz manat əlli dörd qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı “X2mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 341.96-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 540.93 (beş yüz qırx manat doxsan üç qəpik) qalıq borc, 52 (əlli iki) manat cərimə pulu, cəmi 592.93 (beş yüz doxsan iki manat doxsan üç qəpik) manat pul alınaraq iddiaçı “X2mayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30.54 (otuz manat əlli dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq “X2mayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-2380/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2380/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver