Məhkəmə qərarları › İş №2(076)-2416/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2416/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2416/2023 10.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun alınması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı 03 noyabr 2022–ci il tarixli 5031122– 188371602L saylı kredit müqaviləsi üzrə ödənilməmiş 14.799,29 manat əsas kredit borcu, 1.326,18 manat faiz borcu, 71,35 manat cərimə borcu olmaqla, cəmi 16.196,82 manat məbləğində pulun və 138,59 manat ödənilmiş dövlət rüsumunun alınması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış 03 noyabr 2022–ci il tarixli 5031122–188371602L nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 18 faiz olmaqla 48 ay müddətinə 15.000 manat kredit vermişdir. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən kreditin və kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmiş, həmçinin cavabdeh əsas borcu faizləri ilə birlikdə hər ay ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş, nəticədə onun 14.799,29 manat əsas kredit borcu, 1.326,18 manat isə faiz borcu qalmışdır. Öhdəliyinə əməl etmədiyindən cavabdehə 71,35 manat cərimə hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Bank hesab etmişdir ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozduğuna, habelə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyır və göstərilən məbləğdə borcunu ödəməlidir. Odur ki, iddianın təmin olunaraq, 03 noyabr 2022– ci il tarixli 5031122–188371602L saylı kredit müqaviləsi üzrə cavabdehdən 14.799,29 manat əsas kredit borcu, 1.326,18 manat faiz borcu, 71,35 manat cərimə olmaqla, cəmi 16.196,82 manat məbləğində pulun və 138,59 manat dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək göstərdi ki, bankla Cavabdeh arasında 03 noyabr 2022–ci il tarixli 5031122–188371602L saylı kredit limiti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 18 faiz olmaqla 48 ay müddətinə 15.000 manat kredit vermişdir. Lakin cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək krediti və onun faizlərini ödəməmişdir. Bu səbəbdən bank tərəfindən cavabdehə cərimə hesablanmış və məhkəmədə iddia qaldırılmışdır. Odur ki, iddianın təmin edilərək, 03 noyabr 2022–ci il tarixli 5031122–188371602L saylı kredit müqaviləsi üzrə cavabdehdən 14.799,29 manat əsas kredit borcu, 1.326,18 manat faiz borcu, 71,35 manat cərimə olmaqla, cəmi 16.196,82 manat məbləğində pulun və 138,59 manat dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahıtın, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2022–ci il tarixli 5031122–188371602L nömrəli kredit müqaviləsindən görünür ki, bank cavabdehə illik 18 faiz olmaqla 48 ay müddətinə 15.000 manat kredit vermişdir. İşdə olan tərəflər arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh kredit məbləğini əsas borc və faizləri ilə birlikdə xx.xx.2022–xx.xx.2026–cı il ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı ASC–yə aid maliyyə arayışından görünür ki, Cavabdeh 03 noyabr 2022–ci il tarixli 5031122–188371602L nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023–cü il tarixə banka olan əsas kredit borcu 14.799,29 manat, faiz borcu 1.326,18 manat, cərimə borcu 71,35 manat olmaqla, cəmi borcu 16.196,82 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış 03 noyabr 2022–ci il tarixli 5031122–188371602L nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 18 faiz olmaqla 48 ay müddətinə 15.000 manat kredit vermişdir. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq Cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmiş, nəticədə onun xx.xx.2023–cü il tarixə banka 14.799,29 manat əsas kredit borcu, 1.326,18 manat isə faiz borcu yaranmışdır. Öhdəliyinə əməl etmədiyindən cavabdehə 71,35 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, 03 noyabr 2022–ci il tarixli 5031122–188371602L nömrəli kredit müqaviləsi üzrə cavabdehdən müştərək qaydada əsas kredit borcu üzrə 14.799,29 manat, faiz borcu üzrə 1.326,18 manat, cərimə borcu üzrə 71,35 manat olmaqla, cəmi 16.196,82 manat məbləğində pul və 138,59 manat dövlət rüsumu alınıb iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 03 noyabr 2022–ci il tarixli 5031122–188371602L nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 14.799,29 manat əsas kredit borcu, 1.326,18 manat faiz borcu, 71,35 manat cərimə borcu olmaqla, cəmi 16.196,82 (on altı min yüz doxsan altı manat səksən iki qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 138,59 (bir yüz otuz səkkiz manat əlli doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar