Məhkəmə qərarları › İş №2(076)-2435/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2435/2023

03.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2435/2023 03.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X8, X13 və X5 qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evində yeni ölçmə işlərinin aparılmasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşıdır. O mərhum anası ilə birlikdə qardaşı Arzu və onun həyat yoldaşı Laləzara məhkəmə qaydasında ev və torpaq sahəsi vermişlər. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi mərhum atası və anasına məxsus olan və onlardan miras qalan evdir. O valideynlərinin qanun üzrə vərəsəsi olmaqla notarial qaydada onlardan miras qalmış əmlaka vərəsə tanınmışdır. Lakin cavabdeh qardaşı onun, evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin 3-cü şəxs tərəfindən ölçdürülməyinə maneə yaradırlar. Cavabdehlər evin üçüncü şəxs tərəfindən ölçülməsinə icazə vermirlər. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh, X8, X13 və X11 tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyərək və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-T seriyalı 222055 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Rafayil qızı xx.xx.1965-ci il tarixdə Şəmkir şəhərindən doğulmuş, ata qrafasında X9, ana qrafasında X6 yazılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 323717 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1993-cü il tarixdə kardiogen şok səbəbindən Şəmkir şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 323718 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2019-ci il tarixdə kəskin miokard infarkt səbəbindən Şəmkir şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı mərhum atası X3 məxsus fərdi yaşayış evi və onun torpaq sahəsinə dair çıxarışln verilməsi ilə bağlı ərizənin icrası zamanı mütəxəssis tərəfindən ölçü işləri aparılarkən mübahisə yaranmış və ölçü işlərinin aparılmasına qardaşı və ailə üzvlər tərəfindən maneə yaradıldığı üçün ərizənin icrası mümkün olmamışdır. İşdə olan arayışlardan görünür ki, İddiaçı Rafayil qızı, Cavabdeh Rafayil oğlu, X8, X13 və X1 rayonu, C. Məmmədquluzadə küçəsi 38 saylı ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 06 oktyabr 2010-cu il tarixli “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.3.3-cü maddəsinə əsasən mərzçəkmə işləri torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda aparılır. Həmin qaydaların 5.3-cü maddəsi ilə fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıbsatıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-cü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan Hüquqları və X2 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Göründüyü kimi, İddiaçı mərhum atasından miras qalmış ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin mütəxəssis tərəfindən ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh, X14, X17 və X11 tərəfindən icazə verilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. Cavabdehlər Cavabdeh, X7, X12 və X4 hərəkətləri iddiaçının hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından iddia təmin edilməli və Cavabdeh, X14, X17 və X11 tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maneə aradan qaldırılmalıdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, X8, X13 və X11 tərəfindən ünvan 4 ünvanda yerləşən torpaq sahəsinin dövlət qeydiyyatınaa alınması üçün zəruri olan ölçmə işlərinin aparılmasına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maneə aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin və iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şəmkir rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar