Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2438/2024 24.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbi haqqında dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Attenti” markalı mobil nəzarət qurğusuna vurduğu ziyanın dəyəri 2277,40 manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Şəmkir Rayon Məhkəməsinin 1(076)-26/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə məhkum Cavabdeh yaşadığı ünvanda ayağına 078CE28877 seriyalı sadə elektron qolbağ bağlanılaraq, bir ədəd "Attenti" markalı 35654800 seriyalı mobil nəzarət qurğusu və onun adapteri məhkuma təhvil verilmiş və bu barədə tərəflər arasında olan müvafiq protokol tərtib edilərək məhkum Cavabdeh elektron nəzarət vasitələrinin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları izah edilməklə, sonuncuya qaydaları özündə əks etdirən yaddaş kitabçası verilmişdir. Habelə elektron nəzarət vasitələrinin dəyəri elan olunmuş, həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin Cavabdeh tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkum Cavabdeh protokol əsasında təhvil verilmiş olan "Attenti" markalı 35654800 seriyalı mobil nəzarət qurğusu sönülü vəziyyətdə təhvil alınmış ve elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin X1 göndərilmişdir. Texniki rəyin nəticəsinə əsasən mobil nəzarət qurğusunda zərbə nəticəsində ana platada anten pinlərinin qırılmış, təmiri mümkün olmamış və istifadəyə tam yararsızdır. Nəticədə mobil qurğu tamamilə yararsız vəziyyətə salınmışdır. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına görə sadə elektron qolbağın dəyəri 2277,40 manat təşkil edir. Cavabdeh tərəfindən ümumilikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2277,40 manat maddi ziyan vurulmuşdur. Cavabdeh vurduğu maddi ziyanın dəyərini ödəməsi təklif olunaraq izahatı alınmış, izahatında məhkum Cavabdeh maddi imkanının olmadığı üçün vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, mobil nəzarət qurğusunu ehtiyatsızlıqdan sındırmışdır. İddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 23 yanvar 2023–cü il tarixli, 1(076)–26/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00–dan səhər saat 07:00–dək Şəmkir rayonu, Çaparlı kəndində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023–cü il tarixli protokoldan görünür ki, Cavabdeh 1 ədəd 28877 attenti elektron qolbağ bağlanıldı, 1 ədəd 35654800 nömrəli attenti mobil nəzarət qurğusu və adapter məhkuma təhvil verilmişdir. Məkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vzəiyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan məlum olur ki, Cavabdeh elektron nəzarət vasitələrinin dəyəri elan edilmiş, sadə elektron qolbağ mobil nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla)-2277,4 manat qeyd edilmişdir. Həmçinin həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, Cavabdeh cəza müddəti ərzində tətbiq edilən 35654800 saylı “Attenti” elektron nəzarət qurğusu və 1 ədəd adaptor açılaraq təhvil alındı. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Cavabdeh cəza müddəti ərzində tətbiq edilən 28877 nömrəli elektron qolbaq və 35654800 saylı “Attenti” elektron mobil nəzarət vasitəsi izlənilmə məlumatların ötürülməməsi səbəbindən dəyişdirilərək 34614030 saylı SMART markalı elektron nəzarət vasitəsi ilə əvəz edildi. İş materiallarında olan ED 000512 nömrəli mütəxəssis rəyindən görünür ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsi tərəfindən sifarişlə göndərilmiş 35654800 nömrəli Attenti V6 mobil qurğuya xx.xx.2024-cü il tarixdə texniki baxış keçirilmiş, zərbə nəticəsində ana platada anten pinləri qırılması, təmiri mümkünsüz olması və istifadəyə tam yararsız olması nəticəsinə gəlinmişdir. İş materiallarında olan xx.xx.2024–cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə xəbərdarlıq edilərək mobil nəzarət qurğusunun dəyərinin ödənilməsi tələb olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Cavabdeh Şəmkir Rayon Məhkəməsinin 23 yanvar 2023–cü il tarixli, 1(076)–26/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, saat 23:00–dan səhər saat 07:00–dək Şəmkir rayonu, Çaparlı kəndində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və hökmün icrası barədə göstəriş icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. Məhkum Şöbəyə dəvət edilərək qeydiyyata alınmış, həmçinin ona hüquq və vəzifələri, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək qaydaları, hər hansı müdaxilənin və ya cihazın çıxarılmasının yolverilməzliyi, habelə həmin qolbağı yararsız hala saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, bu barədə müvafiq protokol tərtib olunmuş, eləcə də məhkumun ayağına xx.xx.2023–cü il tarixdə “Attenti” elektron qolbağ bağlanmış, həmin vasitəni üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə məhkuma xəbərdarlıq edilmişdir. Lakin cavabdeh cəza çəkdiyi müddətdə ona təhvil verilmiş mobil nəzarət qurğusunu yararsız vəziyyətə salmışdır. Cavabdehin təqsiri ucbatından baş vermiş həmin hal nəticəsində dövlətə dəymiş maddi zərərin məbləği 2.277,40 manat olmuşdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Bu Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvercilik normalarından və məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən göründüyü kimi, cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Eyni zamanda ona elektron nəzarət vasitəsitələrinin zədələnməsi, yararsız hala salınması, eləcə də itirilməsi zamanı dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, nəticədə kobud ehtiyatsızlıq edərək maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 2.277,40 manat maddi ziyan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət e t d i : İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 2.277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul alınıb iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2438/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2438/2024
24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver