Məhkəmə qərarları › İş №2(076)-2443/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2443/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2443/2025 10.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30000 (otuz min) manat məbləğində pulun və 180 manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər doğma bacısı oğullarıdır, onlarla əvvəllər aralarında heç bir narazılıqları və düşmənçiliyləri olmamışdır. Cavabdehlərdən Cavabdeh2 özünə məxsus olan Şəmkir rayonu Yeni Həyat kəndi ərazəsində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satması barədə məlumat əldə etdikdə sonra həmin torpaq sahəsini Eldənizdən satın almaq üçün ona müraciət etmişdir. Cavabdeh2la aralarında olan şifahi razılaşmaya əsasən həmin torpaq sahəsini 30000 (otuz min) manata ona satması barədə razılaşmışlar. Cavabdeh2 özü Bakı şəhərində yaşamasına görə torpağın dəyəri olaraq razılaşdıqları 30000 (otuz min) manat pulu Şəmkir rayonunda yaşayan qardaşı-2-ci cavabdeh-Cavabdeh1 verməyini ona bildirmiş, o da vaxt ötürmədən 30000 (otuz min) manat pulu 2020-ci ilin təxminən payız mövsümündə satılan torpaq sahəsində Cavabdeh1 sayaraq vermiş,sonuncu isə həmin torpağın çəpərinin açarını ona verərərk söz vermişdir ki, tezliklə həmin pulu qardaşı Cavabdeh2 çatdıracaqdır. Pulu Elçinə verdikdən bir neçə gün sonra ondan pulu Eldənizə verməsini soruşduqda ondan pulu aldığı gün də Eldənizə göndərməsini bildirmişdir. Cavabdeh2 da torpağa dair sənədləri dayısı, onun qardaşı Zeynalov Zeynalda olmasına görə onun tapşırdığı ilə Zeynal ona vermişdir. Ancaq pulu ondan almasından bir müddət keçməsinə baxmayaraq Cavabdeh2 faktiki olaraq və sənədlərinin əslini ona verdiyi yəni reallıqda ona satdığı 0,50 ha torpaq sahəsinin alqı-satqı əməliyyatını notariat qaydada onun adına rəsmiləşdirmədiyinə görə dəfələrlə tələb etməyinə baxmayaraq müxtəlif bəhanə ilə imtina edirdi. Ona görə cavabdehlərdən tələb etdi ki, ya ona satdığı torpağın alqı-satqısını rəsmiləşdirsin, ya da nəğdi olaraq onlara verdiyi 30000 (otuz min) manat pulunu ona qaytarsınlar. Yenə də müsbət nəticənin olmamasına görə, xx.xx.2025-ci il tarixdə ərizə ilə Şəmkir rayon Polis Şöbəsinə müraciət etdi, təhqiqatçı X3 tərəfindən aparılmış araşdırma zamanı Cavabdeh1 verdiyi izahatında qardaşı Cavabdeh2 məxsus 0,50 ha torpaq sahəsini onun 30000 (otuz min) manata satın almağını, həmin 30000 (otuz min) manat pulu qardaşı Eldənizin təkidi ilə ondan alıb həmin günü də Eldənizə göndərməsini bildirmişdir. Eyni ilə Cavabdeh2 da izahatında özünə məxsus 0,50 ha torpaq sahəsini 30000 (otuz min) manata ona satmasını, həmin 30000 (otuz min) manat pulu qardaşı Elçin vasitəsi ilə ondan almasını, ancaq güya oğlu Xaliq Zeynalov tərəfindən ona 45000 (qırx beş min) ABŞ dolları məbləğində pul borcunun olmasına görə ona satdığı torpağı sənədləşdirməməsini və pulunu qaytarmamasını etiraf etmişdir. X4 xx.xx.2025-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarında» X1 əməlində cinayət tərkibinin olmaması, ona qarşı tələbinin mülki xarakterli olmasına görə məhkəmədə iddia çaldırmaq hüququnun olması tövsiyyə edilmişdir. Ona görə cavabdehlərə qarşı məlum iddianı qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə etmişdir ki, cavabdehlər onun pulunu ödəməkdən boyun qaçırır və ancaq məhkəmə yolu ilə pulu ödəcəyəcəklərini bildirirlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəmkir rayonu Yeni-Həyat kəndində yaşayan İddiaçı xx.xx.2025-ci il tarixdə Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 2020-ci il tarixdə bacısı oğlu Cavabdeh2 50 sot pay torpaq sahəsi almaq üçün Cavabdeh2 30000 (otuz min) manat pul verməsini Cavabdeh2 pulu ondan alsada, Yeni- Həyat kəndində yerləşən pay torpaq sahəsini onun adına rəsmiləşdirmədiyini bildirmiş, Cavabdeh2 ona qarşı dələduzluq etməsini qeyd etmişdir. Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Beləkliklə araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2020-ci il tarixdə bacısı oğlu Cavabdeh2 məxsus Şəmkir rayon Yeni- Həyat kəndində yerləşən 50 sot pay torpaq sahəsini 30 min manata almışdır. İddiaçı 30 min manat pulu Cavabdeh2 versədə, Cavabdeh2 torpaq sahəsini İddiaçı adına rəsmiləşdirilməsini Rusiya Federasiyasında olması səbəbindən sonra edəcəyini bildirmişdir. Lakin daha sonra Rusiya Federasiyasının Sant-Peterburq şəhərində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evini Cavabdeh2 İddiaçı oğlu Xaliq Zeynalovun adına rəsmiləşdirib satarkən, dəyərindən aşağı satdığını iddia edib, bu məsələdə Xaliq Zeynalovu ittiham edərək, İddiaçı almış olduğu 30 min manat pulu qaytarmaqdan və ya öz adına olan Yeni-Həyat kəndində yerləşən pay torpaq sahəsini İddiaçı adına rəsmiləşdirməkdəm imtina etmişdir. Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi, İddiaçı Cavabdeh2 qarşı tələbi mülki xarakterli olduğundan bununla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ olduğu, qəbul edilmiş qərarın surəti şikayətçi İddiaçı göndərilməklə qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququ olduğunun izah edilməsi qərara alınmışdır. İşdə olan Cavabdeh1 Şəmkir RPŞ-də verdiyi izahatından görünür ki, İddiaçı onun dayısıdır. İddiaçı Şəmkir rayon Yeni-Həyat kəndir yaşayır. Cavabdeh2 isə onun qardaşıdır. Hər iki şəxslə hal hazırda heç bir münasibəti yoxdur. Qardaşı Cavabdeh2 Bakı şəhərində yaşayır.4 il bundan əvvəl qardaşı Cavabdeh2 onunla telefon əlaqəsi saxlayaraq Şəmkir rayonunda olmadığını, Allahverdi Həsənova torpaq sahəsi satmasını və sonuncudan 30 min manat götürüb ona göndərməyini xahiş etmişdir, o pulu Allahverdi Həsənovdan, götürmək istəməmiş, Allahverdi Həsənov xahiş edərək 30 min manat pulu Cavabdeh2 göndərməyi üçün ona vermiş, qeyd edilən məbləğdə pulu heç yaşadığı evə aparmadan dərhal Cavabdeh2 çatdırmışdır. İşdə olan Cavabdeh2 Şəmkir RPŞ-də verdiyi izahatından görünür ki, İddiaçı onun dayısıdır. O, İddiaçı 4 il bundan əvvəl 30 min manat pul almışdır. Lakin həmin vaxtı pulu borc almışdır. Daha sonra İddiaçı oğlu Xaliq Zeynalov təklif etmişdir ki, 50 sot pay torpaq sahəsini onun və ya atasının adına keçirtsin. O da Xaliq Zeynalovla razılaşmış, pay torpaq sahəsini onlara verəcəkmiş, lakin hal hazırda Xaliq Zeynalovun ona 3 milyon 250 min rus rubl (45 min dollar) pul verəcəyi vardır, sonuncu həmin pulu qaytaracağı təqdirdə, o da, İddiaçı 30 min manat pulunu geri qaytaracaqdır. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə müəyyən etdi ki, iddiaçı 2020–ci ilin payız aylarında Cavabdeh2 ilə Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsinin 30 000 ( otuz min) manata satılması barədə razılaşmış, bundan sonra Cavabdeh2 digər Cavabdeh1 vasitəsilə 30000 (otuz min) nağd pul vermiş, Cavabdeh2 isə torpağı rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 sonradan torpaq sahəsini sənədləşdirməmiş, belə olan halda, iddiaçı torpağa görə ödədiyi pulu cavabdehdən tələb etmişdir. Cavabdeh2 isə uzun müddətdir ki, iddiaçıdan aldığı pulu geri qaytarmayaraq iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Ona görə də iddiaçının Cavabdeh2 qarşı tələb hüququ yaranmışdır. İşin göstərilən halı Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırılan material üzrə qəbul edilmiş 04 aprel 2025-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarlada müəyyən edilmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıya məxsus ələ keçirdiyi 30 000( otuz min) manat məbləğində pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Cavabdeh2 hərəkətləri əsaslı olmadığından, o, heç bir hüquqi əsas olmadan əldə etdiyi 30 000 (otuz min) manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Bu səbəbdən iddia həmin hissədə təmin edilməlidir. Lakin məhkəmə iddianın Cavabdeh1 qarşı hissəsində qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 30 000 manat məbləğində pulu Cavabdeh2 çatdırması üçün Cavabdeh1 vermiş, Cavabdeh1 isə həmin pulu Cavabdeh2 çatdırmışdır. Odur ki, bu halda əsassız varlanan şəxs Cavabdeh2 olduğundan, həmin pulun heç bir hissəsi Cavabdeh1 qanunsuz sahibliyində olmadığından iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Həmçinin, ödənilmiş 180 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 30 000 (otuz min) manat məbləğində pul, və ödənilmiş 180 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 30 000 (otuz min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh2 180 (yüz səksən) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar