Məhkəmə qərarları › İş №2(076)-2444/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2444/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2444/2025 15.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkil) Vəkil1 Nazim qızının, Cavabdeh2, Cavabdehlərin nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şəmkir Rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv edilməsi və pul tələbinə" dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şəmkir Rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh3 65000 (altmış beş min) manat məbləğində pulun və ödənilmiş 285 (iki yüz səksən beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 onun qardaşıdır. Cavabdeh3 mülkiyyətində Şəmkir rayonu Könüllü kəndinin ərazisində 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Cavabdeh3 həmin torpaq sahəsinin təyinatının kənd təsərüfatı olmasını bildirsədə torpaq sahəsinin istifadə növünün sahibkarlıq məqsədi olduğunu ona bildirmişdir. O, da həmin topraq sahəsində sahibkarlıq məqsədi ilə istifadə etmək üçün Cavabdeh3 satın almaq qərarına gəlmişdir. Cavabdeh3 ilə 1 hektar torpaq sahəsini 75000 manat məbləğində satışı ilə razılaşmışlar. Lakin Cavabdeh3 75000 manat pulu tam olaraq hamsını alqı-satqı müqaviləsində göstərməməyi sadəcə müqavilədə 10000 manat qeydə almaqlarını bildirmişdir. O da cavabdeh qardaşı olduğu üçün ona etibar edib onunla razılaşmışdır. Cavabdeh3 digər Cavabdeh2 etibarnamə verərək həmin torpaq sahəsini xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon 1 saylı notariat kontorunda bağlanılmış alqı-satqı müqaviləsinə əsasən ona satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında 11 saylı Şəmkir ərazi idarəsində çıxarış aldıqda torpağın təyinatın kənd təsərrüfatı olduğunu ancaq istifadə növü barədə heç bir qeydin olmadığını gördükdə bu barədə dərhal 11 saylı Şəmkir Ərazi idarəsinin əməkdaşlarına müraciət edib məlumat əldə etdikdə ona bildirildi ki, torpağın təyinatı ancaq kənd təsərrüfatıdır, həmin torpaq sahəsində heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Bundan sonra o Cavabdeh3 məsələni aydınlaşdırmaq üçün müraciət etdikdə sonuncu ona torpaq sahəsini sahibkarlıq təyintlı olduğunu bildirmiş, o, da Cavabdeh3 məsələni özünün aydılaşdırmağını tələb etdikdə sonuncu onun tələbindən imtina etmişdir. Bundan sonra cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müraciət etdib toprağın alınması üçün verdiyi 75000 manat pulun geri qaytarılması tələb etmişdir. Lakin Cavabdeh3 həmin pulu geri qaytarmayacağını bildirmişdir. Cavabdehlərə müqavilədən göstərilən 10000 manatdan başqa 65000 manat məbləğində pul verməyini məhkəməyə təqdim edəcəyi sübutlarla təsdiq edəcəkdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi onun iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Ona görədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil1 Nazim qızı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək: -Şəmkir rayon 1 saylı Notariat ofisində tərtib edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-1026 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; -xx.xx.2024-cü il tarixli 4Ə-1026 reyestr nömrəli müqavilə əsasında İddiaçı adına verilmiş dövlət reyestrində xx.xx.2024-cü il tarixdə **********17 nömrə ilə qeydiyyata alınmış reyester qeydinin ləğv edilməsi; -cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı verdiyi 75.000 (yetmiş beş min) manat məbləğində pulun və ödənilmiş 315 (üç yüz on beş) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Bildirir ki, özü sahibkarlıq fəaliyyəti ilə məşğuldur, İddiaçı ilə Cavabdeh3 arasında bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi nəticəsində yaranmışdır, doğma qardaşı Cavabdeh3 tərəfindən ona satılmış 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatının yalnız kənd təsərrüfatı xarakterli torpaq sahəsi olmasından və torpağın istifadə təyinatının yalnız kənd təsərrüfatı xarakterli fəaliyyəti olmamalı olmasından məlumatsız olmuşdur, alqı-satqı əqdi üzrə razılaşma əldə edilməmişdən öncə onlar öz aralarında bununla bağlı şifahi razılaşmışlar. Qardaşı Cavabdeh3 və eyni zamanda hazırda digər cavabdeh olan qardaşı oğlu Cavabdeh2 həmin iddiaçının torpaq sahəsinin istifadə növünün təyinatının sahibkarlıq məqsədi olduğunu bildirmişdir və bu faktı özləri də təsdiq edə bilər. O, cavabdehərə alqı-satqı barədə əqd bağlamamışdan öncə dəfələrlə almaq üçün tikinti məqsədli torpaq sahəsi axtarmasını, həmin torpaq sahəsində yanacaq doldurma məntəqəsi, bu mümkün olmadıqda başqa sahibkarlıq xarakterli tikintilər tikmək və torpağı təkcə o niyyətlə almaq istəməsini, torpaq sahəsinin məqsədli təyinatının tikinti layihlərinə uyğun olanı axtarmasını, tapacağı halda alacağını bildirmişdir. Həmin vaxt qardaşı Rasim ona birdirmişdir ki, hazırda onun mülkiyyətində onun istədiyi məqsədlərlə məşğul olmaq üçün istifadə təyinatı sahibkarlıq olan və istənilən tikinti layihələrinin aparılmasına icazə verilən iddia ərizəsində adı qeyd edilən toraq sahəsi var, həmin torpaq sahəsində istədiyi tikinti layihələrini tikib, istədiyi sahibkarlıq fəaliyyətini həayata keçirə bilər. Bundan sonra o, elə öz qardaşının torpaq sahəsini almaq qərarına gəlmişdir. Qardaşı ilə aralarında olan illərin etibarlı və səmimi münasibəti nəticəsində onun bir sözünə inanmış və düşünmüşdür ki, elə qardaşının torpağını alsın ki, torpaq satılsın və xeyirini qardaşı götürsün. Onların münasibətləri elə bir formada olmuşdur ki, onların bir-birinin sözünə hər hansı inamsızlığı, etimadsızlığı olmamışdır, bir-birilərinin sözü hər şeyin üstündə araşdırmağa belə ehtiyac duyulmadan önəmli olmuşdur və bunu da qardaşı bilmişdir. Hətta danışıq zamanı o qardaşına torpaq sahəsindən məqsədli istifadə təyinatını dəqiq və ətraflı şəkildə bilib-bilməməsini soruşmuş, qardaşı isə öz cavabında bununla bağlı heç bir problem olmadığını, əminliklə torpaq sahəsinin məqsədli təyinatının sahibkarlığın olması, tikinti məqsədləri üçün nəzərdə tutulmasını, sahibkarlıqla bağlı istənilən tikinti layihələrinin həyata keçirilməsinin mümkün olması, hər bir şey barədə ətraflı məlumatlı olmasını, onun satdığı birinci torpaq sahəsi olmadığını, hazırki vaxta qədər xeyli torpaq sahəsi satmasını, hər birininin istifadə təyinatını məqsədini və növünü müvafiq orqanlarla dəqiqləşdirib satmasını, hazırda ona satacağı torpağın da sənədlərində həmin torpaq sahəsinin məqsədli təyinatının sahibkarlığın olması, tikinti məqsədləri üçün nəzərdə tutulmasını, hər hansı başqa bir halın mümkün olmadığını demişdir. O, bunu ona görə soruşmuşdur ki, qardaşı dəfələrlə başqa şəxslərlə torpaq sahəsinin satışını həyata keçirtmişdir. Bundan sonra həmin torpaq sahəsinin satış qiymətininin dəyərinin 75.000 (yetmiş beş) min manat olması barədə razılaşmışlar. Bundan sonra torpağı almaq məqsədi ilə qardaşı oğlu Cavabdeh2 75.000 (yetmiş beş) min manat məbləğində pul vermişdir. Pul verdikdən sonra qardaşı oğlu müqaviləni notariat qaydada rəsmiləşdirmək qərarına gəlmişlər və birlikdə Şəmkir rayonu 1 saylı Notariat Kontoruna getmişlər. Orada olan zaman Ruslanın gənc və aktiv olması ilə bağlı bütün hərəkətlərin edilməsini ona həvalə etmişdir. Torpaq sahəsi iə bağlı notariat orqanında bütün hərəkətləri, müraciətləri Ruslan etmiş, o, isə yalnız görülmüş notariat hərəkətinin sonunda heç bir sənədi oxumadan sadəcə göstərilən yerlərə imza etmişdir. O, hər şeyin qaydasında olmasını və sadəcə rəsmiləşdirmələrin formal olaraq həyata keçirilməsini düşünmüşdür. Qardaşından aldığı qeyd edilən torpaq sahəsinin aralarında rəsmişləşdirilən alqı-satqı müqaviəsində 10.000 (on) min manat göstərilməsi ilə bağlı isə qeyd edir ki, bunu da cavabdeh tərəf özü belə göstərmək istəmişdir, yəqin ki, dövlət vergisinin daha aşağı məbləğdə olması üçün belə etmişdir. O, alqı-satqı məbləğinin o məbləğdə qeyd edillməsini görməmişdir, yəni xüsusi diqqət yetirməmişdir. Müqavilədən kənar qaydada 65.000 (altmış beş) min manat məbləğində pul ödəməsi ilə bağlı videogörüntüləri təqdim edəcəkdir. Alqı-satqı olduqdan qısa bir müddət sonra o, müvafiq orqanlardan çıxarış aldıqdan sonra qardaşından aldığı həmin torpaq sahəsinin istifadə məqsədinin onun aldığı zaman qardaşı tərəfindən ona deyilən istifadə məqsədli olmadığını bilmiş, dərhal bu barədə qardaşı ilə əlaqə saxlamış və niyə belə etməsininin səbəbini soruşmuş, qardaşı öz cavabında onun torpaq sahəsinin təyinatının hələdə onun ona satdığı məqsədlə, yəni tikinti xarakterli sahibkarlıq məqsədli olmasını və istədiyi növdə olan layihə üzrə tikinti apara bilməsinin mümkün olmasını demişdir, qardaşına bir daha bildirmişdir ki, ondan aldığı torpaq sahəsinin təyinatı və istifadə qaydası onun aldığı zaman istədiyi təyinat və istifadə qaydalarının məqsədlərinə uyğun deyil, bu zaman qardaşı bildirmişdir ki, yəqin ki, yeni qanunda dəyişiklik olub, əvvəllər elə olmamışdır, gündə bir qanun çıxır və digər başqa əsassız bahənələr gətirmiş, qardaşından aralarında olan əqd əsasında ondan aldığı pulları geri qaytarmasını tələb etmiş, lakin iddiaçının qardaşı hazırda pulu olmamasını və həmin 75.000 (yetmiş beş) min manat pulu qaytara bilməməsini, onun satdığı torpağının hələdə o dediyi təyinat üzrə, yəni sahibkarlıq məqsədi ilə istədiyi növ lahiyədə tikinti ilə məşğul ola bilməsinin mümkün olmasını demişdir. Aralarında bağlanmış alqı-satqı müqaviləsindən heç 10 gün müddət keçməmiş aidiyyatı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əgər qardaşı tərəfindən aldanmasaydı, yəni aldığı torpaq sahəsinin istədiyi istifadə məqsədlərinə uyğun olmadığını, sahibkarlıq məqsədli tikinti tikilməsinin həmin torpaq sahəsində tikilməsinin dövlət tərəfindən qadağan edilməsini bilsəydi iddiaçı heç vaxt aldığı həmin torpaq sahəsi barədə hər hansı bir əqdi bağlamağa razılıq verməzdi və bunun belə olmağı da qarşı tərəfə tam aşkar idi, yəni qarşı tərəf bilirdi ki, digər təyinat məqsədli torpaq sahəsinin onun tərəfindən alınması mümkün deyil. Qardaşı üzərinə düşən vəzifəsini vicdanla yerinə yetirməmişdir. Cavabdeh3 həmin torpaq sahəsinin təyinatının kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin olması və orada sahibkarlıq məqsədli istənilən tikinti təyinatları aparılmasının mümkün olmamasını bildirsədə torpaq sahəsinin istifadə növünün qeyd edilən təyinat məqsədinə uyğun olmadığı müəyyən edilmiş və bununla da onun qanunla qorunan hüquqları pozulmuşdur. Qardaşı əslində bildiyi və ya bilməsə belə bilməli olduğu məsələ barədə yanlış məlumat verərək ondan fayda götürmüş, müqavilə və müqavilədən kənar ondan aldığı pulla əsasız olaraq varlanmış, onu böyük zərərə uğratmış, üzərinə öhdəlik olaraq qoyulmuş müqavilə predmeti barədə verilməli və müəyyən edilməli olan məlumatı ona verməmiş, başqa məzmunlu məlumatlarla ona predmetin istifadə təyinatını doğru bildirməmişdir.Cavabdehlər müqavilənin bağlanmasına dair hələ müəyyən söhbətlər gedərkən ona torpaq sahəsinə dair özlərində olan çıxarışı təqdim etmişlər ki, həmin çıxarışda o “sahibkarlıq” sözünü ötəri bir şəkildə görüb əmin olmuşdur ki, torpaqın təyinatı sahibkarlıqla bağlıdır. Lakin sonradan bu barədə heç bir dəqiqləşdirmə aparmamışdır. Hesab edir ki, tərəflər arasında bağlanılmış müqavilə etibarsız hesab edilməli və hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 Nazim qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Həmçinin bildirmişdir ki, iddia ərizəsi üzrə irəli sürülən tələb İddiaçı ilə Cavabdeh3 arasında bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi nəticəsində yaranmışdır. İddia ərizəsində tərəflər arasında hazırki mübahisənin yaranmasına səbəb olan münasibətlərin necə, nə zaman, hansı qaydada və hansı məzmunda olması öz əksini tapmışdır. İddia ərizəsində qeyd edilənlərdən əlavə olaraq bildirir ki, İddiaçı doğma qardaşı Cavabdeh3 tərəfindən ona satılmış 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatının yalnız kənd təsərrüfatı xarakterli torpaq sahəsi olmasından və torpağın istifadə təyinatının yalnız kənd təsərrüfatı xarakterli fəaliyyəti olmamalı olmasından məlumatsız olmuşdur. Tərəflər arasında alqı-satqı əqdi üzrə razılaşma əldə edilməmişdən öncə hər iki tərəf bununla bağlı aralarında satıcı satacağı predmet, alıcı alacağı predmet barədə, onun istifadə təyinatının məqsədi və digər zəruri göstəriciləri barədə şifahi razılaşmışlar. İddiaçının qardaşı Cavabdeh3 və eyni zamanda hazırda digər cavabdeh olan qardaşı oğlu Cavabdeh2 həmin iddiaçının torpaq sahəsinin istifadə növünün təyinatının sahibkarlıq məqsədi olduğunu bildirmişdir və bu faktı özləri də təsdiq edə bilər. İddiaçı onlara alqı-satqı barədə əqd bağlamamışdan öncə dəfələrlə almaq üçün tikinti məqsədli torpaq sahəsi axtarmasını, həmin torpaq sahəsində yanacaq doldurma məntəqəsi, bu mümkün olmadıqda başqa sahibkarlıq xarakterli tikintilər tikmək və torpağı təkcə o niyyətlə almaq istəməsini, torpaq sahəsinin məqsədli təyinatının tikinti layihlərinə uyğun olanı axtarmasını, tapacağı halda alacağını bildirmişdir. Həmin vaxt qardaşı Rasim iddiaçıya birdirmişdir ki, hazırda onun mülkiyyətində onun istədiyi məqsədlərlə məşğul olmaq üçün istifadə təyinatı sahibkarlıq olan və istənilən tikinti layihələrinin aparılmasına icazə verilən iddia ərizəsində adı qeyd edilən toraq sahəsi var, həmin torpaq sahəsində istədiyi tikinti layihələrini tikib, istədiyi sahibkarlıq fəaliyyətini həayata keçirə bilər. Bundan sonra iddiaçı elə öz qardaşının torpaq sahəsini almaq qərarına gəlmişdir. İddiaçı qardaşı ilə aralarında olan illərin etibarlı və səmimi münasibəti nəticəsində onun bir sözünə inanmış və düşünmüşdür ki, elə qardaşının torpağını alsın ki, torpaq satılsın və xeyirini qardaşı götürsün. Hər iki tərəf bir-biri ilə elə münasibətdə və inamda olmuşdur ki, onların bir-birinin sözünə hər hansı inamsızlığı, etimadsızlığı olmamışdır, bir-birilərinin sözü hər şeyin üstündə araşdırmağa belə ehtiyac duyulmadan önəmli olmuşdur və hər iki tərəf münasibətin bu dərəcədə etibarlı və güvənilir olmasını dərk etmişdir. Bu faktı da hər iki tərəf məhkəmə iclasında təsdiq edə bilər. Hətta danışıq zamanı iddiaçı qardaşına torpaq sahəsindən məqsədli istifadə təyinatını dəqiq və ətraflı şəkildə bilib-bilməməsini soruşmuş, qardaşı isə öz cavabında bununla bağlı heç bir problem olmadığını, əminliklə torpaq sahəsinin məqsədli təyinatının sahibkarlığın olması, tikinti məqsədləri üçün nəzərdə tutulmasını, sahibkarlıqla bağlı istənilən tikinti layihələrinin həyata keçirilməsinin mümkün olması, hər bir şey barədə ətraflı məlumatlı olmasını, onun satdığı birinci torpaq sahəsi olmadığını, hazırki vaxta qədər xeyli torpaq sahəsi satmasını, hər birininin istifadə təyinatını məqsədini və növünü müvafiq orqanlarla dəqiqləşdirib satmasını, hazırda ona satacağı torpağın da sənədlərində həmin torpaq sahəsinin məqsədli təyinatının sahibkarlığın olması, tikinti məqsədləri üçün nəzərdə tutulmasını, hər hansı başqa bir halın mümkün olmadığını demişdir. İddiaçı qardaşından ona görə soruşmuşdur ki, qardaşı dəfələrlə başqa şəxslərlə torpaq sahəsinin satışını həyata keçirtmişdir. Bundan sonra tərəflər həmin torpaq sahəsinin satış qiymətininin dəyərinin 75.000 (yetmiş beş) min manat olması barədə razılaşmışlar. Bundan sonra iddiaçı torpağı alması məqsədi ilə qardaşı oğlu Cavabdeh2 75.000 (yetmiş beş) min manat məbləğində pul vermişdir. Pul verdikdən sonra iddiaçı qardaşı oğlu müqaviləni notariat qaydada rəsmiləşdirmək qərarına gəlmişlər və birlikdə Şəmkir rayonu 1 saylı Notariat Kontoruna getmişlər. Orada olan zaman iddiaçı qardaşı oğlu Ruslanın gənc və aktiv olması ilə bağlı bütün hərəkətlərin edilməsini ona həvalə etmişdir. Torpaq sahəsi iə bağlı notariat orqanında bütün hərəkətləri, müraciətləri Ruslan etmiş, iddiaçı isə yalnız görülmüş notariat hərəkətinin sonunda heç bir sənədi oxumadan sadəcə göstərilən yerlərə imza etmişdir. İddiaçı hər şeyin qaydasında olmasını və sadəcə rəsmiləşdirmələrin formal olaraq həyata keçirilməsini düşünmüşdür. Qardaşından aldığı qeyd edilən torpaq sahəsinin aralarında rəsmişləşdirilən alqı-satqı müqaviəsində 10.000 (on) min manat göstərilməsi ilə bağlı isə qeyd edir ki, bunu da cavabdeh tərəf özü belə göstərmək istəmişdir, yəqin ki, dövlət vergisinin daha aşağı məbləğdə olması üçün belə etmişdir, daha doğrusu iddiaçı cavabdeh tərəfin məbləğin belə məbləğdə qeyd edilməsini onların öz istəyinin elə olması ilə əsaslandırmışdır. İddiaçı alqı-satqı məbləğinin o məbləğdə qeyd edillməsini görməmişdir, yəni xüsusi diqqət yetirməmişdir. İddiaçının müqavilədən kənar qaydada 65.000 (altmış beş) min manat məbləğində pul ödəməsi ilə bağlı sübut məhkəmə iclasında iddiaçı tərəfindən təqdim ediləcəkdir. Tərəflər arasında alqı-satqı olduqdan qısa bir müddət sonra iddiaçı müvafiq orqanlardan çıxarış aldıqdan sonra qardaşından aldığı həmin torpaq sahəsinin istifadə məqsədinin onun aldığı zaman qardaşı tərəfindən ona deyilən istifadə məqsədli olmadığını bilmiş, dərhal bu barədə qardaşı ilə əlaqə saxlamış və niyə belə etməsininin səbəbini soruşmuşdur. İddiaçının qardaşı öz cavabında onun torpaq sahəsinin təyinatının hələdə onun ona satdığı məqsədlə, yəni tikinti xarakterli sahibkarlıq məqsədli olmasını və istədiyi növdə olan layihə üzrə tikinti apara bilməsinin mümkün olmasını demişdir. İddiaçı qardaşına bir daha bildirmişdir ki, ondan aldığı torpaq sahəsinin təyinatı və istifadə qaydası onun aldığı zaman istədiyi təyinat və istifadə qaydalarının məqsədlərinə uyğun deyil, bu zaman qardaşı bildirmişdir ki, yəqin ki, yeni qanunda dəyişiklik olub, əvvəllər elə olmamışdır, gündə bir qanun çıxır və digər başqa əsassız bahənələr gətirmişdir. İddiaçı qardaşından aralarında olan əqd əsasında ondan aldığı pulları geri qaytarmasını tələb etmiş, lakin iddiaçının qardaşı hazırda pulu olmamasını və həmin 75.000 (yetmiş beş) min manat pulu qaytara bilməməsini, onun satdığı torpağının hələdə o dediyi təyinat üzrə, yəni sahibkarlıq məqsədi ilə istədiyi növ lahiyədə tikinti ilə məşğul ola bilməsinin mümkün olmasını demişdir. Aralarında bağlanmış alqı-satqı müqaviləsindən heç 10 gün müddət keçməmiş iddiaçı adiyyatı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırda cavabdeh olan qardaşından aldığı predmetin əsas xüsusiyyətləri, yəni torpaq sahəsinin təyinatı üzrə istifadə məqsədləri ilə bağlı iddiaçını aldadaraq iddiaçının tamamilə yanılmağına səbəb olmuşdur. İddiaçı artıq alqı-satqı predmeti üzrə aldadıldığını və yanıldığını, əqd üzrə nəniki gözlədiyi faydanı, eyni zamanda xeyli miqdarda zərərə düşməyini, bu halın onun maddi vəziyyətini artıq ağırlaşdırcağını başa düşmüşdür. Əgər iddiaçı qardaşı tərəfindən aldanmasaydı, yəni aldığı torpaq sahəsinin istədiyi istifadə məqsədlərinə uyğun olmadığını, sahibkarlıq məqsədli tikinti tikilməsinin həmin torpaq sahəsində tikilməsinin dövlət tərəfindən qadağan edilməsini bilsəydi iddiaçı heç vaxt aldığı həmin torpaq sahəsi barədə hər hansı bir əqdi bağlamağa razılıq verməzdi və bunun belə olmağı da qarşı tərəfə tam aşkar idi, yəni qarşı tərəf bilirdi ki, digər təyinat məqsədli torpaq sahəsinin iddiaçı tərəfindən alınması mümkün deyil. Qarşı tərəf satıcı olaraq üzərinə düşən vəzifəsini vicdanla yerinə yetirməmişdir. Cavabdeh3 həmin torpaq sahəsinin təyinatının kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin olması və orada sahibkarlıq məqsədli istənilən tikinti təyinatları aparılmasının mümkün olmamasını bildirsədə torpaq sahəsinin istifadə növünün qeyd edilən təyinat məqsədinə uyğun olmadığı müəyyən edilmiş və bununla da onun qanunla qorunan hüquqlarım pozulmuşdur. Qarşı tərəf iddiaçıya əslində bildiyi və ya bilməsə belə bilməli olduğu məsələ barədə yanlış məlumat verərək iddiaçıdan fayda götürmüş, müqavilə və müqavilədən kənar iddiaçıdan aldığı pulla əsasız olaraq varlanmış, iddiaçını böyük zərərə uğratmış, üzərinə öhdəlik olaraq qoyulmuş müqavilə predmeti barədə verilməli və müəyyən edilməli olan məlumatı iddiaçıya verməmiş, başqa məzmunlu məlumatlarla ona predmetin istifadə təyinatını doğru deməmişdir. İddiaçı hazırda həmin torpaq sahəsində müqavilə bağlayan zaman gözlədiyi və istədiyi istifadə məqsədi ilə istifadə edə bilmir. Hesab edirlər ki, tərəflər arasında bağlanılmış müqavilə etibarsız hesab edilməli və tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Cavabdehlərin istəyi ilə alqı-satqı müqaviləsində 10000 manat göstərilmiş, cavabdehlərin özünə isə müqavilədən kənar 65000 manat verilmişdir. İddiaçı torpaq sahəsinin təyinatı barədə məlumatlı olsa idi, o həmin torpaq sahəsini almazdı. Alqı-satqı müqaviləsi Cavabdeh3 əvəzinə etibarnamə əsasında onun nümayəndəsi olan oğlu Cavabdeh2 ilə bağlanmışdır. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, onlar iddiaçıdan yalnız 10000 manat pul almışlar. Alqı-satqı zamanı iddiaçıya torpaq sahəsi və ona dair sənədlər göstərilmişdir. İddiaçının həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyini bilmişdir. Onlar elə başa düşmüşlər ki, həmin torpaq sahəsində yanacaqdoldurma stansiyası inşa etdirib fəaliyyətə verilməsi mümkündür, buna görə də iddiaçı torpağı onlardan almışdır. Onların iddiaçının həmin torpağa dair gələcək planlarından xəbərləri olmuşdur. Məhkəmə iclası zamanı tədqiq edilmiş görüntülər barədə onu qeyd edir ki, görüntülərdə qeydə alınan şəx o və əmisidi, söhbət ikisi arasında aparılmışdır. Söhbət zamanı o iddiaçının sualına cavab olaraq bildirmişdir ki, torpağa görə 75000 manat pul alıb. Lakin onlar arasında digər müqavilələrdə olub, ola bilər ki, 75 000 manat pul alması barədə ifadəni digər torpaqlara münasibətdə işlətmiş, çünki hazırki müqavilə üzrə o əmisindən yalnız 10000 manat pul almışdır. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi (vəkil) Nümayəndə izahat verərək bildirdi ki, cavabdehlər iddia tələbini qismən qəbul edirlər. Cavabdeh3 həmin torpaq sahəsini başqa şəxsdən almış, onun məqsədi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olmuşdur. Lakin onun özünündə məlumatı omamışdır ki, həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə yoxdur. Həmçinin iddiaçı cavabdehlərə torpaq sahəsinin hansı məqsədlə aldığını deməmişdir. Torpaq sahəsi iddiaçıya alqı-satqısı müqaviləsində qeyd olunan qiymətə, yəni 10000 manata satılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, iddiaçı onun əmisidir. Ruslan onun əmisi oğludur. İddiaçı ona zəng edib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və yanacaqdoldurma stansiyasi inşa etmək üçün torpaq sahəsi axtardığını bildirmişdir. O, da Cavabdeh3 torpaq sahəsi satdığını bildirmişdir. İddiaçıda həmin torpaq sahəsini Cavabdeh3 almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, iddiaçı onun atasıdır. Ruslan onun əmisi oğludur. Atası 75000 manata torpaq sahəsini əmisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün almışdır. Lakin sonradan onlar bilmişdir ki, həmin torpağın təyinatı ancaq kənd təsərrüfatlıdır həmin torpaq sahəsində heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Halbuki əmisi onları əmin etmişdir ki, həmin torpağın üzərində yanacaqdoldurma məntəqəsi inşa etdirib gəlir qazana bilər. Cavabdehlər Şəmkir Rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlərdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia cavabdehlərə münasibətdə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-1026 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh3 ona məxsus Şəmkir rayonu, Könüllü kəndində yerləşən 1 ha torpaq sahəsini 10000 (on min) manata almışdır. Müqavilə İddiaçı və Cavabdeh3 nümayəndəsi Cavabdeh2 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X4 arasında Şəmkir rayon qeydiyyat şöbəsində xx.xx.1998-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qələndərov, arvada Qələndərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh3 tərəfindən Cavabdeh2 onun bütün daşınmaz əmlakını satmaq barədə müqaviləni bağlamağı, müqavilədə imza etməyi, həmin müqavilənin bağlanılmasınadək və bundan sonra irəli gələn hüquq və vəzifələrinin icrası ilə əlaqədar onu bütün aidiyyəti orqanlarda təmsil etməyi, sənədləri almağı, təqdim etməyi dəyişdirməyi və digər zəruri hərəkətləri icra etməyi etibar etmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon 1 saylı notariat ofisində X2 tərəfindən verilmiş ərizədən görünür ki, o əri Cavabdeh3 məxsus Şəmkir rayonu, Könüllü kəndində yerləşən 1 ha torpaq sahəsinin satılmasına etiraz etməmiş və razılığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, ******* saylı, xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən istifadə növü sahibkarlıq olan 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Rabitəbank ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, SB280801 saylı qəbzin surətindən görünür ki, 10000 (on min) manat məbləğ Şəmkir rayon 1 saylı notariat ofisinin depozit hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli, **********17 qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş torpağın alqı-satqısına dair aktın surətindən görünür ki, X1 rayon X3 rayonu, Könüllü kəndində yerləşən 1 ha torpaq sahəsini 128.86 manat haqq ödəyərək satın almışdır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Könüllü Bələdiyəsininin qərarından görünür ki, Könüllü kənd sakini X7 Gəncə-Qazax avtomağistralının “İpək Yolu”nun sağ tərəfindən, “Azpetrol” yanacaq doldurma məntəqəsi ilə üzbə-üz sahibkarlıq məqsədi ilə gələcəkdə yeni-yeni iş yerlərinin açılmasını nəzərə alıb, kommersiya ilə məşğul olmaq üçün 1 ha torpaq sahəsinin ona satılması üçün sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəmkir RİHBA Memarlıq və Tikinti şöbəsinin rəyindən görünür ki, X5 Şəmkir rayonu, Könüllü kəndində yerləşən 1 ha torpaq sahəsində tikinti işlərinin aprılmasına etiraz olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli 4Ə-686 reyestr nömrəli alqısatqı müqaviləsinin surətindən görünür ki, X1 rayon Könüllü Bələdiyəsinə məxsus Şəmkir rayonu, Könüllü kəndində yerləşən 1 ha torpaq sahəsini 4000 (dörd min) manata almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********17 qeydiyyat nömrəli çıxarışdan görünür ki,1 hektar torpaq sahəsi xüsusi mülkiyyət əsasında İddiaçı məxsus olmaqla, təyinatı kənd təsərrüfat torpaqlarıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki,1 hektar torpaq sahəsi xüsusi mülkiyyət əsasında Cavabdeh3 məxsus olmaqla, təyinatı kənd təsərrüfat torpaq, məqsədli istifadə növü sahibkarlıqdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Daşınmaz əmlakın dövlət reyestrindən 4 sentyabr 2024-cü il tarixli çıxarış Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmununa uyğun olaraq tərtib edilmişdir. Bildirilir ki, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmununda torpaq sahəsinin məqsədli istifadə növünün göstərilməsi nəzərdə tutulmamışdır. Torpaq məcəlləsinin müvafiq maddəsinə əsasən Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Hal-hazırda **********17 reyestr nömrəli 1.0 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, məqsədli istifadə növü sahibkarlıqdır. İş materiallarında olan CD diskdən görünür ki, İddiaçı ilə Cavabdeh2 ilə söhbət aparılır, söhbət zamanı Cavabdeh2 bildirir ki, həqiqətəndə satdığı torpağın əvəzi olaraq İddiaçı 75000 manat məbləğində pul almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır.Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən Alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi,digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdimübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçüntərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfin ənaldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və yaxəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu iləərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339.6-cı maddəsinə əsasən, Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər . Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Məhkəmə qeyd edir ki, aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: -Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; - Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı). Beləki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əqdin aldatma nəticəsində bağlandığını iddia edən tərəf aldatma əməlini sübut etməyə borcludur. Göründüyü kimi, iddiaçı aldadılması əsası ilə bağlanmasına notarial qaydada razılıq verdiyi əqdi o zaman mübahisələndirə bilərki, aldadan və aldadıcı hərəkətlərə yol verən müqavilənin digər tərəfi olsun. Hazırkı halda həm iddiaçı, həm də cavabdeh müqavilə tərəfləridir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh3 ilə Şəmkir rayonu, Könüllü kəndində yerləşən 1 ha torpaq sahəsinin 75000 manata satılması barədə və həmin məbləğin hamsının alqı-satqı müqaviləsində göstərilməməsi barədə razılaşmış, bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixli 4Ə-1026 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə 10000 (on min) manat pulu müqavilə tərəfi kimi X6, qalan 65000 (altmış beş min) manat pulu isə onun oğlu Cavabdeh2 vermişdir. İddiaçı torpaq sahəsini cavabdehdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti ilə satın almış, məqsədi torpaq sahəsinin üzərində yanacaqdoldurma stansiyasi inşa etdirib gəlir əldə etmək olmuşdur. Lakin cavabdehlər iddiaçıya torpağın təyinatı ilə bağlı düzgün məlumat verməyərək, qohumluq münasibətlərindən irəli gələn etibarından sui-istifadə edərək alqı-satqı müqaviləsini iddiaçını aldadaraq bağlamışlar. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilən hallara əsasən məhkəmə hesab edir ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən 1 ha torpaq sahəsinin İddiaçı Cavabdeh3 tərəfindən satılmasına dair alqı-satqı müqaviləsi iddiaçının etibarından sui-istifadə edilərəq və aldadılaraq bağlanılmışdır. Belə ki,İddiaçı torpağın təyinatı barədə satıcı tərəfindən obyektiv və həqiqi məlumat verilsəydi həmin müqavilə iddiaçı tərəfindən bağlanılmazdı. Belə ki, cavabdehlər torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu bilmişlər, dərk etmişlər ki, kənd təsərrüfatı təyinatlı torpaq üzərində iddiaçının niyyətli olduğu kimi heç bir kommersiya məqsədli (kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş tikili istisna olmaqla) tikili inşa edilə və fəaliyyət göstərə bilməz, lakin torpağın alqı-satqısı üzrə müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı onlar bu barədə vicdanlılıq vəzifəsinə zidd olaraq alıcıya yalnış məlumat verərək, onu inandırmışlar ki, satılacaq torpaq üzərində kommersiya obyekti inşa etdirməyi mümkün olacaq, çünki onlara aydın olmuşdur ki əksini, yəni iddiaçıya real vəziyyəti çatdıracaqları halda, idddiaçı sözügedən müqaviləni bağlamaqdan imtina edəcək və onlar əldə edə biləcəkləri külli miqdarda gəlirdən məhrum olacaqdırlar. İddiaçı isə cavabhdehlərlə dərin etimad münasibətində olduğundan cavabdehlərin ona göstərdikləri və bəyan etdikləri halları dəqiqləşdirmədən müqavilənin bağlanmasına razılıq vermişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir ki, müqavilədə göstərilməsə də, torpaq sahəsininin əvəzi olaraq Cavabdeh2 iddiaçıdan 75000 manat pul almışdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş videgörüntülərdə bu halı Cavabdeh2 özü də təsdiq etmişdir. Məhkəmə iclası zamanı ona verilmiş suallara cavab olaraq Cavabdeh2 bildirmişdir, həmin görüntülərdə digər torpağın alqı-satqısı ilə bağlı söhbət aparılır, lakin o, məhkəməyə göstərdiyi halların təsdiq edilməsi üçün heç bir mötəbər sübüt təqdim edə bilməmiş, iddiaçı ilə bağladığı hər hansı bir digər müqavilə təqdim edə bilməmişdir. Cavabdeh bu xüsusat üzrə göstərdiklərinin təsdiq edilməsi üçün heç bir əsaslı və ağlabatan arqument gətirə bilməmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını ehtiva edir. Beləliklə, məhkəmə torpağa dair alqı-satqı müqaviləsini etibarsız hesab edərkən tərəflərin hüquqi statusunu ilkin vəziyyətə qaytarmalıdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli 4Ə-1026 reyestr nömrəli alqısatqı müqaviləsi İddiaçı ilə Cavabdeh3 arasında bağlanılmış, lakin Cavabdeh3 əvəzinə etibarnamə əsasında onun oğlu Cavabdeh2 tərəfindən imzalansa da müqavilə üzrə alıcı İddiaçı, satıcı isə Cavabdeh3 olmuşdur. Buna görə də alqı-satqı müqaviləsi üzrə ödənilmiş 10000 (on min) manat məbləğində pulun reqress qaydasında qaytarılmasını İddiaçı Cavabdeh3 tələb etmək hüququ var. Odur ki, iddia tələbi 75000 manat pulun tələb edilməsi hissəsində Cavabdeh3 qarşı və Cavabdeh2 qarşı ayrı-ayrılıqda qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, xx.xx.2024-cü il tarixli 4Ə-1026 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə etibarsız hesab edildiyindən onun bağlanmasından irəli gələn hüquqi nəticələr aradan qaldırılmalı, tərəflər ilkin vəziyyətə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixli 4Ə-1026 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına verilmiş dövlət reyestrində xx.xx.2024-cü il tarixdə **********17 nömrə ilə qeydiyyata alınmış çıxarış (reyestr qeydi) ləğv edilməli, alqısatqı müqaviləsi üzrə ödənilmiş və müqavilədə göstərilmiş 10000 (on min) manat məbləğində pul cavabdeh, yəni müqavilə tərəfi olan Cavabdeh3 alınaraq İddiaçı geri qaytarılmalıdır. Həmçinin məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, müqavilədə göstərilmədən 65000 (altmış beş min) manat məbləğində pulun ödənilməsinə dair İddiaçı ilə digər Cavabdeh2 arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıya məxsus ələ keçirdiyi etdiyi 65000 (altmış beş min) manat məbləğində pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Cavabdeh2 hərəkətləri əsaslı olmadığından, o, heç bir hüquqi əsas olmadan əldə etdiyi 65000 (altmış beş min) manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərə münasibətdə qismən əsaslı olduğundan qismən təmin edilməli, Şəmkir rayon 1 saylı Notariat ofisində tərtib edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-1026 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli, xx.xx.2024-cü il tarixli 4Ə-1026 reyestr nömrəli müqavilə əsasında İddiaçı adına qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********17 reyestr nömrəli, xx.xx.2024cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarış (reyestr qeydi) ləğv edilməlidir. ləğv edilməli, Cavabdeh3 10000 (on min) manat və Cavabdeh2 65000 (altmış beş min) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 315 (üç yüz on beş) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4– cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şəmkir rayon 1 saylı Notariat ofisində tərtib edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-1026 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilsin. xx.xx.2024-cü il tarixli 4Ə-1026 reyestr nömrəli müqavilə əsasında İddiaçı adına qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********17 reyestr nömrəli, xx.xx.2024cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarış (reyestr qeydi) ləğv edilsin. Cavabdeh3 10000 (on min) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh2 65000 (altmış beş min) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 315 (üç yüz on beş) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar