Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-246/2023 06.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7787 manat əsas, 701 manat faiz, 997 manat cərimə olmaqla ümumilikdə 9485 manat və dövlət rüsumu kimi ödənilmiş 115 manat pulun alınıb İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona məxsus lombardda kredit mütəxəssisi vəzifəsində işləmiş 11 oktyabr 2022-ci il tarixdən isə öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Lombardda işləyərkən 16 dekabr 2021-ci il tarixdə ondan avtomobil almaq üçün 24 ay müddətinə 10000 manat borc pul almışdır. Lakin aldığı borcdan bir müddət ödəniş etsə də sonra ödəniş etməkdən boyun qaçırmışdır. Hazırda cavabdehin 7787 manat əsas, 701 manat faiz, 997 manat cərimə ümumilikdə 9485 manat borcu vardır. O cavabdehdən aldığı pulun qaytarılmasını tələb etsə də hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadırdı. Cavabdehə borc pulun qaytarılması barədə dəfələrlə müraciət etsə də cavabdeh pulu ödəməkdən boyun qaçırır. Bu baxımdan məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, iddiaçı daim işçilərinə köməçlik məqsədli güzəştli faizlərlə borc verir. Cavabdeh iddiaçının yanında işlədiyindən 10000 manat pulu maşın almaq üçün borca götürüb, müqaviləni və kassa məxaric orderini imzalayıb. Həmin pulla cavabdeh özünə Pirius markalı avtomobil alıb, bundan sonra ərizəsi əsasında işdən çıxmış və borcun bir hissəsini qaytarmamışdır. Lakin cavabdeh işdən çıxdıqdan sonra borclu oldüğü pulu qaytarmaqdan yayınmışdır, məhkəmədən kənar onunla aparılan danışıqlar heç bir fayda verməmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsində və kassa məxaric orderində olan imza ona məxsusdur, lakin müqavilədə göstərilən məbləğdə pulu götürməmişdir. O, iddiaçıya məxsus Lombardda işləyərkən ziyan məbləği yaranmış və 10000 manat pulun onun tərəfindən ödənilməsi bildirilmişdir. Ona hər ay əmək haqqından əlavə bonuslar ödənildiyindən, həmin borcun ödənilməsinə razılıq vermiş, həmin lombardda işlədiyi 7-8 ay müddətində hər ay 600 manat həmin borc məbləğindən ödəniş etmişdir. O ərizəni yazıb işdən çıxarkən onun sonuncu bir aylıq əmək haqqısı ona verilməmiş və bundan sonra o, həmin borc məbləğindən heç bir ödəniş etməmişdir. Hazırda iddia tələbi ilə razı deyildir, çünki o, göstərilən məbləğdə iddiaçıdan borca pul almamışdır. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan portal çıxarışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik xx.xx.2019 tarixli xxxxxxx000209 nömrəli "Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi" ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdə olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Nəsimi RPİ QVŞV Şöbəsində kreditor, C kateqoriyalı qrup üzrə rəhbəri vəzifəsində işləyir. İşdə olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh istehlak məqsədi ilə aylıq üç faiz olmaqla 24 ay müddətinə 10000 manat kredit vermiş, tərəflər müqaviləni imzalamışlar. İşdə olan ödəniş cədvəlindən görünür ki, borclu Cavabdeh kredit məbləğini xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh üzərinə imza etməklər 10000 manat pulu xəzinədarlıqdan almışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə 7786.5 manat əsas, 957.8 manat faiz, 1526.2 manat cərimə olmaqla ümumilikdə 10270.5 manat borcu var. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin mövcud borc müqaviləsi ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Məhkəmə iddia tələbini qismən əsaslı hesab edirərək qeyd edir ki, İddiaçı Cavabdeh 10000 (on min) manat məbləğində pul borc vermiş və bu zaman aralarında yazılı qaydada borc müqaviləsi bağlanmış, öhdəliyin icrası hər ayın 16 göstərilmişdir. Bundan sonra cavabdeh iddiaçıdan aldığı pulu bütünlüklə geri qaytarmadığı üçün, iddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iş üzrə tərəflər arasında aylıq üç faiz olmaqla 10000 manat borc pulun 24 ay müddətinə qaytarılması barədə kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibəti yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cərimə borcunun tamamının tutulması hissəsi istisna olmaqla, digər borc məbləğlərinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Cavabdeh kredit müqaviləsi üzrə 10000 manat borc pul məbləğini almaması və iddiaçıya borcu olmaması bdarədə dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, iddiaçı heç bir təsir altında olmadan kredit müqaviləsini və pulun verilməsinə dair kassa məxaric orderini imzalaması, borc məbləğindən ödənişlər etməsi onun bu dəlillərinin əsassız olduğunu göstərir və cavabdeh bu dəlillərinin əsaslı olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bundan əlavə məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 997 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 90 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7787 manat əsas, 701 manat faiz, 90 manat cərimə borcu olmaqla ümumilikdə 8578 borc məbləği tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, iddia ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 115 manat məbləğində ödənilmiş dövlət rüsumundan ibarətdir. Məhkəmə həmin məbləğin iddianın təmin edilmiş hissində 105.78 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını, 6 manat hissəsinin iddiaçının özünə aid edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7787 manat əsas, 701 manat faiz, 90 manat cərimə borcu olmaqla ümumilikdə 8578 (səkkiz min beş yüz yetmiş səkkiz) manat borc məbləği və məhkəmə xərci qismində 105.78 (bir yüz beş manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-246/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-246/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver