Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2469/2024 29.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh Qabil oğlundan bütünlüklə çəkdiyi xərclərin dəyəri olan 1620 (bir min altı yüz iyirmi ) manat pulunu, 220 (iki yüz iyirmi) manat mənəvi zərərini və 40 (qırx) manat dövlət rüsumu əvəzinin alınaraq, İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Əliyev X3 rayon Gəgəli kəndinin qışlaq sahəsində kiçik təsərrüfatı olmaqla iri buynuzlu mal 6 baş, xırda buynuzlu 109 baş heyvan saxlayır ki, yaşamaq ehtiyacını ödəmək üçün heç kimsəyə əl açmasın. Zəruri çobana ehtiyacı olduğu üçün Şəmkir rayon Çinarlı kənd sakini X1 xx.xx.2018-ci ildə zəng etmiş və Fərhad ona söylədi ki, çoban bir tanışı var, onunla əlaqə saxlayacaq, danışıb söhbət edəcək sonra zəng edəcəyini demişdir. Odur ki, xx.xx.2018-ci il tarixdə Fərhad ona zəng edib söylədi ki, Könüllü kənd sakini Mobil adlı şəxslə söhbət etmiş, onun yaşadığı ərazidə mağazalara 600 manata yaxın borcu var. Odur ki, iddiaçı 600 manat pulu gətir borclarını versin, sonra onu götür apar. O səhər yəni, 12 12.2018-ci il tarixdə Şamaxı rayon Hacıqədirli kənd sakini taksi sürücüsü X2 170 manat pula razılaşdı və Şəmkir rayonuna getmişlər. Fərhada zəng edərək və demişdir ki, “Mobili gətirdi onun yanına, oturub söhbət etmişəm”. O qəbz yazıb verdi ki, ondan 500 manat pul almışdır. Söylədi ki, gəldiyin taksi ilə onu Şəmkir rayon xəstəxanasına apar, gözünə nəsə düşüb. Xəstəxanadan çıxıb gətdikdə Könüllü kəndinə kimlərə borcu var hamsını verdi, 500 manatı payladı. Veşini yığıb maşına gəldilər fermaya, başladı işləməyə. Təzə ili bir yerdə keçirdikdən sonra xx.xx.2019–cu ildə Mobil ona söylədi ki, yoldaşına 300-400 manat pul ver, 39 km aralı olan yoldan yoldaşını Bakı şəhərinə yola salsın, getsin, səhər qayıdacaq. O taksiyə zəng edib çağırdı .Gəlib Mobilin yoldaşı Səbinəni aparıb yola saldı. Səhər yenə həmin taksi Səbinəni gətirib fermaya düşürtdü. Yenə başladılar işləməyə. Qeyd edir ki, 300 manat Mobilə pul vermişdir. Taksiyə də 80 manat pul vermişdir. xx.xx.2019-cu il tarixdə səhər tezdən cavabdeh ona daha işləmək istəmədiyini söyləyərək getmişdir. Onları aparan maşın gəldi və Mobil ona dedi ki, “əmi pulumuz yoxdur mən sənə qəbz yazıb verəcəm köçümüzü qalayıb gedəcəyik”. O isə razılıq vermişdir. Mobil xx.xx.2019-cu il tarixdə qəbz yazaraq 1000 manat imza etmiş və hər ayın 14-dən gec olmayaraq işləyib pul göndərəcəyini bildirmişdir. Hər 5- 6 aydan bir ona zəng edəndə yalan sözlər danışmaqdan başqa heç nə görmədi. Nəhayət atası Qabil kişiyə zəng etdi. Qabil kişi söylədi ki, o işi həll edəcək, onun pulunu verəcəklər. Əlavə olaq bildir ki, Mobil 4 baş qoyun itirmişdi, hər birinin dəyəri 250 (iki yüz əlli) manat olmaqla razılaşmışlar. Mobil dedi ki, “əmi pulunu hesabla de pulunu verəcək”. Bir müddət sonra Mobil söylədi ki, onun atasına zəng etmə, əsəbləşdirmə nə vaxt pulu olsa onda verəcək, gözləmək istəmirsənsə get hara müraciət edirsən et, o nə heç kimdən qorxmur və çəkinmir. Onun 64 yaşı var bunun onun belə cavab verməyi onu qane etmədiyinə görə o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildir ki, o dəfələrlə Mobilə zəng etmiş, bir müddət Mobil telefonu götürmüş, ona pulu geri qaytaracağını bildirmiş, daha sonra isə ümumiyyətlə telefonu götürməmişdir. Əlavə olaraq bildirmişdir ki, Mobilə 300 manat aylıq maaşı danışmışlar. Lakin o işlədiyi zaman, 4 qoyun itmiş və iddiaçı itmiş heyvanın pulunu yarısını öz üzərinə götürmüşdür, yarısını Mobil maaşından çıxmışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli əlyazma qəbzin məzmunundan görünür ki, Cavabdeh İddiaçı 500 borcludur. Cavabdeh 5 ay ərzində 100 manat ödənilməsini öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cü il tarixli əlyazma qəbzin məzmunundan görünür ki, Cavabdeh İddiaçı 1000 borcludur. Cavabdeh 5 ay ərzində 200 manat ödənilməsini öz öhdəsinə götürür. Məhkəmə iclasında iddiaçının izahatı və iş materialları ilə müəyyən edilir ki, Cavabdeh A. Ə. Əliyevin yanında çoban kimi ayı 300 manata razılaşmaqla işləmiş, əvvəlcədən işləmədiyi ayların pulunu ondan istəmiş, o da öz növbəsində Mobilin onun yanında işləyəcəyini güman etdiyindən 1000 manat cavabdehə pul vermişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdən 1 ay İddiaçı yanında işləmiş, daha sonra aylıq haqqı almasına baxmayaraq iddiaçının yanından çıxıb getmişdir. Hazırda iddiaçı Cavabdeh ona hər iki qəbzlə borclu olduğu və qoyun itirdiyini əsas gətirərək 1620 manat pul tələb edir. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən cavabdehə 1000 manat pul verməsi sonuncu qəbzlə öz təsdiqini tapmışdır. Eyni zamanda iddiaçı Cavabdehla 1 ayı 300 manata razılaşmasını, cavabdehin onun yanında 1 ay müddətində işləməsini qeyd etdiyindən İddiaçı tərəfindən verilmiş 1000 manat puldan 300 manat cavabdehin işlədiyi müddətdə haqq kimi nəzərə alınmaqla 700 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə 700 manat pul məbləğini ona qaytarmalı, 700 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddianın mənəvi ziyana görə tələb edilən pul məbləği ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin tələb edilməsi üçün əvvəla ona qarşı qanunsuz hərəkət və ya hərəkətsizlik törədilmiş olmalıdır. Hazırki işin faktiki hallarından isə görünür ki, cavabdeh iddiaçının yanında işləmiş və onun borcu qalmışdır. Lakin iddiaçı məhz bu razılaşma nəticəsində mənəvi sarsıntı və ya iztirab keçirməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2469/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2469/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver