Məhkəmə qərarları › İş №2(076)-2477/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2477/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2477/2023 24.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X12 iclas katibliyi, iddiaçı X4 nümayəndəsi İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı və X4 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı və X13 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların xeyrinə 40.000 manat və ödədiyləri 210 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdeh qardaşları Cavabdeh mərhum anaları X5 miras qalan, ünvan 1 ünvanda yerləşən mülkü onlardan xəbərsiz olaraq təkbaşına adına keçirib, faktiki olaraq 80000 manat notariatda təsdiq edilmiş müqavilədə 60000 manata X3, buna görə də aralarında vərəsəliyə və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mübahisə yaranmışdır. Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1004/2022 №-li qətnaməsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və evin Cavabdeh adına aparılmış xx.xx.2021-ci il tarixli ********** №-li qeydiyyat sənədi ləğv edilmiş, onlara həmin miras mülkdən 2/3 pay, cavabdeh qardaşları Cavabdeh isə 1/3 pay verilmiş, lakin iddialarının Nizami ilə Elgün Musabəylinin mülkə dair bağladıqları alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi rədd edilmişdir. İşə onların apellyasiya şikayəti əsasında baxan Gəncə Apellyasiya Məhkəməsi 17 oktyabr 2022-ci il, № 2(104)-2355/2022 №-li qətnamə ilə apellyasiya şikayəti qismən təmin etməmiş, yenə də mirasda onların hər birinin payı 1/3 olmasını müəyyən etsə də alqı-satqı müqaviləsini qüvvəsində saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli 2(102)-1529/2023 №-li qərarla həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Belə vəziyyətdə onların Cavabdeh miras evin satışından əldə etdiyi məbləğin 2/3 hissəsini, yəni 40.000 manat tələb etmək hüququ qalmışdır. Hesab edir ki, vərəsəlikdə payların bərabər olmasına dair mübahisə açılmasına ehtiyac yoxdur. Mübahisəyə baxan məhkəmələr bu məsələni həll etmişlər. Evin satışından 60.000 manat əldə etmiş qardaşı Nizami həmin məbləğin 40.000 manatını (2/3 pay) onlara veməlidir, həmin pay onların mülkiyətindədir. Məhkəmə iclasında iddiaçı X4 nümayəndəsi İddiaçı iddia tələbini dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, miras əmlakın satılması ilə bağlı cavabdeh tərəfindən onlara heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o 1983-cü ildə xaricdən ölkəyə gəlmiş və bundan sonra anasından qalan evi təmir etdirmiş, sonra evlənmiş və yoldaşı ilə həmin evdə yaşamışdır. Bir müddət orda yaşadıqdan sonra 1983-cü ildə həmin evi qardaşına pay vermişdir. Anaları 2001-ci ildə rəhmətə getmişdir. O, özünə məxsus evi satmışdır və həmin evin iddiaçılara aidiyyatı yoxdur. O, məhkəmə qətnamələrini əsaslı hesab etmir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil qız iddia tələbini qəbul etmədiklərini və iddianın rədd edilməsini xahiş etdi. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1004/2022 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X6 cavabdehlər Cavabdeh, X16, Şəmkir rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, eləcədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin miras əmlakın faktiki qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddia qismən edilmiş, ünvan 2 ünvanında yerləşən mərhum X5 miras qalmış 0.0948 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.5 kv.m olan fərdi yaşayış evindən ibarət miras mülkdən Cavabdeh tam pay hüququ verilməsinə dair Şəmkir rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V—291 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin miras mülk üzərində Cavabdeh mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilsin. İddiaçı və X13 həmin miras əmlaka qanun üzrə vərəsə tanınsınlar və həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktı müəyyən edilmiş, Həmin miras əmlakdan İddiaçı payı 1/2 hissədə, X4 payı 1/2 hissədə müəyyən edilmiş. İddia tələbi miras əmlakın Cavabdeh X1 dair Şəmkir rayonu 1 saylı notrait ofisində xx.xx.2021-ci il tarixdə 4Ə-2067 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qanunsuz və əsassız olduğuna görə təmin edilməmiş, iddiaçılar İddiaçı və X8 gələcəkdə xx.xx.2021-ci il tarixdə 4Ə-2067 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin bağlanması nəticəsində onlara vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2355/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1004/2022 saylı qətnaməsi İddiaçı və X4 həmin miras əmlaka qanun üzrə vərəsə tanınmaları və həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının müəyyən edilməsi, həmin miras əmlakdan İddiaçı payı 1/2 hissədə, X4 payı 1/2 hissədə müəyyən edilməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, X5 miras qalmış ünvan 3 ünvanında yerləşən 0,0948 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182,5 kv.m olan fərdi yaşayış evindən ibarət mirasın birinci növbə vərəsələr İddiaçı, X14 və Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi və miras əmlakda hər birinin payı 1/3 hissədə müəyyən olunması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1529/2023 saylı qərarında görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2355/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş alqı-satqı üzrə notarit işində olan sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X9 vərəsəsi kimi tanınmışdır. xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0948 ha olan torpaq sahəsini və ümumi sahəsi olan 182.5 kv.m fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Quliyev X7 Elgün Elman oğluna ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0948 ha olan torpaq sahəsini və ümumi sahəsi olan 182.5 kv.m fərdi yaşayış evini tam mülkiyyət üzrə ona məxsus hissəsini 60000 manata satmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, X16 xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi üzrə 60000 manat ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, Cavabdeh xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə ilə X9 vərəsəsi kimi tanınmış, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0948 ha olan torpaq sahəsini və ümumi sahəsi olan 182.5 kv.m fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə keçmiş, bundan sonra xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0948 ha olan torpaq sahəsini və ümumi sahəsi olan 182.5 kv.m fərdi yaşayış evini tam mülkiyyət üzrə ona məxsus hissəsini 60000 manata X2. X16 xx.xx.2021ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi üzrə 60000 manat ödəmişdir. Bundan sonra qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə iddiaçılar İddiaçı və X6 cavabdehlər Cavabdeh, X16, Şəmkir rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, eləcədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin miras əmlakın faktiki qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddia qismən edilmiş, ünvan 2 ünvanında yerləşən mərhum X5 miras qalmış 0.0948 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.5 kv.m olan fərdi yaşayış evindən ibarət miras mülkdən Cavabdeh tam pay hüququ verilməsinə dair Şəmkir rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V—291 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin miras mülk üzərində Cavabdeh mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilmiş, miras əmlakın X1 dair Şəmkir rayonu 1 saylı notrait ofisində xx.xx.2021-ci il tarixdə 4Ə-2067 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsi qüvvədə saxlanılmış, X5 miras qalmış ünvan 3 ünvanında yerləşən 0,0948 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182,5 kv.m olan fərdi yaşayış evindən ibarət mirasın birinci növbə vərəsələr İddiaçı, X14 və Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi və miras əmlakda hər birinin payı 1/3 hissədə müəyyən olunmuşdur. Bununla da müəyyən olunur ki, İddiaçı, X14 və Cavabdeh hər birinin 1/3 hissədə payı olan miras əmlak, digər payçıların razılığı olmadan satılmasından Cavabdeh 60000 (altmış min) manat pul vəsaiti əldə etmişdir. İddiaçılar İddiaçı və X13 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakın satışından onların payına münasib olaraq 40.000 manat pulu Cavabdeh tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinin əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən miras əmlakın satılmasından 60000 (altmış min) pul vəsaiti əldə edilməsi nəzərə alınmalı, həmin məbləğin hər bir vərəsənin payına uyğun 1/3 olaraq ayrılmalı, cavabdehin iddiaçıların hesabına əsassız olaraq əldə etdiyi 40000(qırx min) manat ondan alınaraq iddiaçılara verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən olunmuş hallar əsas götürülməli, iddia tələbi təmin edilməli, Cavabdeh 40000 manat məbləğində pul alınaraq iddiaçılar İddiaçı və X8 verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən 210 manat dövlət rüsumu cavabdehə aid edilməli, Cavabdeh tutularaq 210 (iki yüz on) manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı və X8 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 40000 (qırx min) manat pul və 210 (iki yüz on) manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı və X8 verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar