Məhkəmə qərarları › İş №2(076)-25/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-25/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-25/2024 20.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə işin üzərində dəyişiklik edilməsi ilə bağlı Müraciət İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 398/2023 saylı qərardadı ilə mülki işin icraatına xitam verilmiş və həmin vaxtı Şəmkir Rayon Məhkəməsində elektron məhkəmə informasiya sistemi olmadığından məhkəmə aktı sistemə yüklənməmişdir. Qeyd edilən mülki iş üzrə elektron məhkəmə informasiya sisteminə məhkəmə aktı yüklənmədiyindən elektron məhkəmə informasiya sistemi avtomatik qaydada mülki işi 2(076)-25/2024 saylı mülki iş kimi qeydə alaraq 2024-cü ilə keçirmiş və işin dövriyyəsi “iş icraatdadır” kimi göstərilmişdir. Bu səbəbdən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 398/2023 nömrəli məhkəmə aktının elektron məhkəmə informasiya sisteminə həmin tarixə yüklənməsi mümkün olmadığı üçün işin dövriyyəsinin dəyişdirilməsi məqsədi ilə məhkəmə aktı sistemə hazırda yerləşdirilir. Hazırda iş hesabat bölməsində yekuna düşmədiyindən, hesabatın düzgün aparılması məqsədi ilə işin dövriyyəsinin yekunlaşdırılması zərurəti yaranmışdır. № 2(076)-398/2023 İŞ ÜZRƏ İCRAATA XİTAM VERİLMƏSİ HAQQİNDA QƏRARDAD ŞƏMKİR RAYON MƏHKƏMƏSİ 10 yanvar 2023-cü ildə Şəmkir şəhərində Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh4 iştirakı ilə İddiaçı ASC–nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclası zamanı mülki işin icraatına xitam verilməsi məsələsinin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh4 məhkəmə iclası zamanı mülki işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC–nin iddia ərizəsi məhkəməyə xx.xx.2022ci il tarixdə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qanunun mənasından göründüyü kimi, hüquqi varisliyə o vaxt yol verilir ki, tərəflərdən biri iş məhkəmənin icraatında olan zaman sıradan çıxsın. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən məhkəməyə iddia verildiyi tarixdən daha əvvəl ölmüşdür. Ölmüş şəxsə qarşı isə iddia tələbi yönəldilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı ASC–nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən.imza var. Əsli ilə düzdür. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar