Məhkəmə qərarları › İş №2(076)-250/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-250/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-250/2023 06.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 1036 (bir min otuz altı) manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, qeyd olunan ünvanda yerləşən, mərhum atası-X8 məxsus fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. Cavabdehlə atası arasında bağlanmış müqavilə əsasında mavi qazdan istifadə edirlər və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablaması üzrə mütəmadi olaraq ödəmişdir. Cavabdehin, əməkdaşları 2022-ci ilin aprel ayında istifadə etdikləri mavi qazın sərfiyyatını ölçən, zavod nömrəsi ******* olan Elester markalı qaz sayğacının istifadə müddətinin keçməsi bəhanəsi ilə dəyişdirmişlər. Qeyd etdiyi kimi istifadə etdiyi qazın sərfiyyatına görə aylıq ödənişlərindən hər ayda ödəmişdir. Ancaq, qaz sayğacının dəyişdirilməsindən sonra nəzarətçi ona şifahi olaraq bildirəndə ki, ona borc yazılmışdır, həmin borcun yaranma səbəbinin müəyyən edilməsi üçün cavabdehin əməkdaşlarına müraciət etdikdən sonra ona xx.xx.2022-ci il tarixli ******* №-li «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» Aktın surətini təqdim etmişlər. Həmin aktda istifadəsində olan nömrəsi ******* olan Elester markalı qaz sayğacının «hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cırıq izlərinin olması» qeyd edilməklə dəymiş ziyanın hesablanıb ödənilməsi göstərilmiş, nəticədə həmin akta əsasən ona 1036 (bir min otuz altı) manat məbləğində əsassız borc qeyd edilmişdir. Ancaq, bu barədə istehlakçı olaraq heç bir vaxt ona bildirilməmiş, nə də həmin sayğaca onun iştirakıla baxış keçirilməmişdir. O hesab edir ki, aktda qeyd olunan sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izləri cavabdehin əməkdaşlarının istehlakçılara qarşı növbəti əsassız cərimə tələb etmək oyunudur. Ona görə ki, istifadəsində olmuş nömrəsi ******* olan Elester markalı qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən hər ilin sonunda tam araşdırılaraq heç bir qüsurunun olmaması müəyyən edilirdi ki, həmin sayğacın qeydiyyata aldığı sərf etdiyi qazın pulunu da ödəmişdir. Həmin sayğacdan sonra dəyişdirilmiş sayğacın da eyni məbləğdə qaz sərfiyyatının olmasının qeydə alınması dediklərini təsdiq edir. Onu da əlavə edir ki, evindən istifadə etdiyi qaz avadanlığı 3 gözlü xörək bişirmək üçün olan və 1 ədəd istilik üçün olan qaz peçindən ibarətdir ki, onu da günün az bir hissəsində bir gözündən istifadə edirlər ki, sərfiyyatı az olsun. Deməli, cavabdehin ona qarşı tətbiq etdiyi əsassız borc heç bir reallığı əks etdirmir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, onun yaşadığı evin Azəriqaza 600 manat borcu olmuş və ödəyə bilməmişlərdir. Nəzarətçi ona demişdir ki, borcunu ödəyəbilmirsənsə gətirib smart sayğac qoysunlar ödəniş etdikcə yarsını borcdan silinsin. Aprel ayında smart sayğac qoyuldu, əvvəlki sayğac götürüldü və ona imzalatdılar. Avqust ayında onların evə Azəriqazın əməkdaşları gəlib və sayğaca labaratoriyada müdaxilə aşkar olunduğunu bildirmişlər. Sayğaca heç bir müdaxilə etməmişlər, sayğacı istismar müddəti bitməsi ilə əlaqədar dəyişdirilmiş və həmin sayğac dəyişdirilərkən o iştirak etməmiş, qaz sayğacı Azəriqazın əməkdaşları tərəfindən yaşadığı evin küçə hissəsinə quraşdırılmış, sayğacın qoruyucu blombu üzərində olmuş, sayğacın üzərində gözlə görünən hər hansı bir zədəsi olmamış, xüsusi qablaşdırma olmadan istifadə müddəti bitməsi səbəbli sayğac götürülərək yenisi ilə əvəz edilmiş, sayğac çıxarılarkən ona heç bir irad bildirilməmiş və iki-üç aydan sonra ona bilinməyən səbəbdən borc hesablanmışdır. Onun barəsində Azəriqaz İB-nin əməkdaşları tərəfindən aktın tərtib edilməsindən xəbəri olmamış, o, həmin aktı imzalamamışdır. İddiasının təmin edilməsini, onun yaşadığı evinə məxsus qaz sayğacına itirilmiş qaz sərfiyatı olaraq hesablanmış 1036 manat borcun silinməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X11 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir, Şəmkir şəhəri M.Əhmədov küçəsində yerləşən İddiaçı yaşadığı atası Alim Tağıyevin adına Şəmkir RQİİ-də qeydiyyatda olan təbii qaz sayğacına-sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməklə və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkarlanmaqla müdaxilə edilmişdir. Müdaxilə faktı barədə Şəmkir RQlİ-nin mütəxəssisləri tərəfindən iddiaçının nümayəndəsinin iştirakı ilə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən sayğaca müdaxilə edilməklə təbii qazdan istifadə edildiyi üçün 8640 m3təbii qaz sərfi, yəni 1036,80 manat dəymiş ziyan hesablanmışdır. Müdaxilə nəticəsində istismara yararsız hala salınmış qaz sayğacının dəyəri 64.67 manat həmin məbləğə əlavə edilməklə ümumilikdə cavabdehin Şəmkir X13 İdarəsinə vurduğu ziyan 1101,47 (bir min yüz bir manat 47 qəpik) manat təşkil etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçının evindən götürülmüş qaz sayğacı Azəriqaz İB-nin əməkdaşları tərəfindən quraşdırılmış və sayğac götürülərkən üzərində qoruyucu dövlət möhürü olmuş, sayğacda qeyd edilən müdaxilə laborotoriya şəraitində müəyyən edilmiş və bundan sonra abonent barəsində akt tərtib edilmişdir. Sayğac ümumi qaydada xüsusi qablaşma olmadan götürülmüşdür. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəfləri dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğunda təmin edilməlidir. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Şəmkir şəhərində doğulmuşdur. X4, anası X2r. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İşdə olan Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Şəmkir şəhəri, M.Əhmədov küçəsində yerləşən fərdi yaşayış evində Elester G-4 markalı ******* nömrəli sayğac çıxarılmış və Zenner G-4 markalı STS**********337 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 12 avqust 2022 tarixli 29/1710-02521-1 №-li Aktına əsasən G-4 markalı ******* №-li sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Xətalar normadan artıqdır, nəticədə qaz itkisi yaranmışdır. Elster G-4 markalı sayğacın nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4x24x90=8640m3 hesabat aparılmış və aparılmış hesabatın ödənilməsi və sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş, qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cırıq izlərinin olması aşkar edilmiş, dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmiş, abonent aktı imza etməkdən imtina etmişdir. İşdə olan qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-02521-1 saylı aktın surətindən görünür ki, G-4 markalı ******* nömrəli sayğaca baxış kecirilmiş və sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcırıq izlərinin olması aşkar edilmişdir. Qüsura görə nəticə qaz itkisi, müdaxilə. İş materiallarına əlavə edilmiş abonentin (**********00000) saldosundan görünür ki, İddiaçı 2022-ci il avqust ayında 1036.8 manat borcu hesablanmışdır. Məhkəmə baxışı zamanı iş materialları ilə müəyyən olundu ki, “Azəriqaz” X5 X15 İdarəsinin nümayəndələri İddiaçı yaşadığı evə məxsus və mərhum atasının adına qeydə alınmış Şəmkir şəhəri, M.Əhmədov küçəsində yerləşən evə quraşdırılmış Elester tipli G4 markalı ******* nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixli, ******* saylı aktla istismar müddətinin bitməsi və yeni smart tipli sayğacla əvəz edilməsi səbəbi ilə çıxarılmış, yerinə Zenner Smart tipli STS**********337 nömrəli sayğac quraşdırılmış, bundan üç ay sonra 12 avqust 2022 tarixli 29/1710-02521-1 nömrəli aktla sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması müəyyən edilmiş, “Azəriqaz” İstehsalat Birliyi qeyd edilən fərdi yaşayı evinin qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 8640 m3 itirilmiş qaz sərfiyatına görə 1036.80 manat vurulmuş ziyan istehlakçının istifadəsində olan yeni qaz sayğacına hesablanmışdır. Lakin çıxarılmış sayğac qablaşdırılaq ekspertizaya göndərilməmiş, “Azəriqaz” İstehsalat Birliyinin aktı imzalamış əməkdaşları tərəfindən akt tərtib olunarkən abonent və ya həmin evdə yaşayan ailə üzvləri iştirak etməmiş, köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmişdir. Həmçinin sayğacının ekspertizadan keçirilərkən aşçarlanmış qüsurların yaranmasında abonentin ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər irəli sürülməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, çıxarılmış sayğac qablaşdırılaq ekspertizaya göndərilməmiş, sayğacın iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən quraşdırılmış və müdaxilə edilməməsi üçün üzərinə qoruyucu möhür vurulmuş, köhnə sayğac çıxarılarkən nasazlığın olması aşkar edilməmiş və abonentin ailə üzvlərinə bildirilməmişdir. Həmçinin sayğacının ekspertizadan keçirilərkən aşçarlanmış həmin qüsurun yaranmasında abonentin ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri ilə istifadə etməsi gözlə görünən nöqsan olmamaqla, sayğacın üzərində qoruyucu möhrünün və zədəsinin olmaması sayğacda olan bu nöqsanın abonentin təqsirli hərəkətlərindən baş verməsini istisna edir, çünki sayğaca belə bir müdaxilənin qəsdlə edilmiş olmasını ehtimal ediləcəyi halda, bu yalnız sayğacın quraşdırılmasından və üzərinə qoruyucu möhürü vurulmasından öncə edilmiş olması mümkündür. Lakin sayğac cavabdeh təşkilatın əməkdaşları tərəfindən quraşdırılmış və üzəri möhürlənmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, istismar müddətini başa vurması yeni smart tipli sayğacla əvəz edilməsi əsası ilə dəyişdirilmiş qaz sayğacının sərfiyyatı düzgün hesablamaması və qaz itikisinin baş verməsi abonentin təqsirli hərəkəti kimi qəbul edilməsi əsassızdır. Belə ki, göstərilən sayğacın iddiaçının mülkiyyətində olan ərazidə yox, yolda və əl çatan yerdə quraşdırılmış olması və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olmasını nəzərə alaraq, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş, qeyd edilən nöqsan barədə tərtib edilmiş akt onu imzalamış şəxslər tərəfindən aşkar edilməmiş və həmin vaxt abonent həyatda olmamış və həmin evə yaşayan ailə üzvlərinin iştirakı təmin edilməmiş, sayğac xüsusi qablaşdırma olmadan götürülmüş, sayğacda olan zədənin abonentin təqsirindən və ya istismar müddəti bitməsindən yaranması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda abonent Tağıyev Alim aktı imzalamaqdan imtina etməsini göstərməsi onu deməyə əsas verir ki, cavabdeh təşkilatın əməkdaşları aktı abonentin yaşadığı ünvanda deyil, kənar yerdə islehlakçıya heç bir məlumat vermədən tərtib etmişdir. Belə ki, abonent Tağıyev Alim 07 mart 2012-ci ildə ölmüşdür. Göstərilənlərə əsasən cavabdehin əməkdaşları tərəfindən heç bir sübutla müəyyən edilməyən zərəri hesablayaraq itirilmiş qazın dəyərini iddiaçı və onun ailə üzvlərindən tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan əlavə, məhkəmə “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ASC-nin 12 avqust 2022 tarixli 29/1710-02521-1 nömrəli aktına əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması qeydinin istehlakçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evindən çıxarılmış qaz sayğacının ekspertizadan keçirilərək hansı mexanizminə müdaxilə olunması və qaz sərfiyatının nə qədər itki ilə hesablamasını müəyyən etməməkdə cavabdeh səhvə yol vermiş və bu halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir, belə olan halda abonentin təqsiri üzündən qaz itkisinin olmasını qəbul edilməsi yol verilməzdir və iddiaçının təqsirli hərəkətləri nəticəsindən qeyd edilən nöqsanların yaranmasını təsdiq edən sübutları cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» X5 X13 İdarəsinin X9 barəsində hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 1036.80 manat ziyan məbləği X7 abonent hesabından silinməlidır. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Odur ki, 30.36 (otuz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1036 (bir min otuz altı) manat ziyan məbləği abonent X7 (**********00000) abunə hesabından silinsin. “Azəriqaz” İstehsalat Birliyindən 30.36 (otuz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar