Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2525/2023 26.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 20 iyul 2022–ci il tarixli 1024micSMKR/22 saylı kredit müqaviləsi üzrə 13.756,6 manat əsas kredit borcu, 2.068,27 manat faiz borcu, 26,51 manat cərimə borcu olmaqla, cəmi 15.851,38 manat məbləğində pulun, 0,40 manat xidmət haqqının və ödənilmiş 137,56 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında 20 iyul 2022–ci il tarixli əsas kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 300.000 manat məbləğində kredit limiti ayrılmış və 20 iyul 2022–ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 48 ay müddətinə illik 22 % ödəmək şərtilə 13.941 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X3 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, xx.xx.2023–cü il tarixədək cavabdehin 13.756,6 manat əsas kredit borcu, 2.068,27 manat faiz borcu yaranmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə bank tərəfindən ona 26,51 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, cavabdehlərdən müştərək qaydada 20 iyul 2022–ci il tarixli 1024micSMKR/22 saylı kredit müqaviləsi üzrə 13.756,6 manat əsas kredit borcu, 2.068,27 manat faiz borcu, 26,51 manat cərimə borcu olmaqla, cəmi 15.851,38 manat məbləğində pulun, 0,40 manat xidmət haqqının və ödənilmiş 137,56 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər isə gəlməmələrinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 iyul 2022–ci il tarixli 1024micSMKR/22–EM saylı əsas kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 120 ay müddətinə 300.000 manat məbləğində kredit limiti ayrılmışdır. İşdə olan "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 iyul 2022–ci il tarixli 1024micSMKR/22 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 22 % ödəmək şərtilə 13.941 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəmə qrafikindən görünür ki, "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 kredit məbləğinin xx.xx.2022–xx.xx.2026–cı il ərzində ödənilməsinə razı olmuşlar. Cavabdeh1 həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 20 iyul 2022–ci il tarixli 1024micSMKR/22 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X3 iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 iyul 2022–ci il tarixli 1024micSMKR/22 saylı kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan cavabdehlərə ünvanlanmış bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2023–cü il tarixədək cavabdehin 13.756,6 manat əsas kredit borcu, 2.068,27 manat faiz borcu, 26,51 manat cərimə borcu olmaqla, cəmi 15.851,38 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh1 arasında 20 iyul 2022–ci il tarixli 1024micSMKR/22–EM saylı əsas kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 300.000 manat məbləğində kredit limiti ayrılmış və 20 iyul 2022–ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 48 ay müddətinə illik 22 % ödəmək şərtilə 13.941 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X3 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 13.756,6 manat əsas borcu və 2.068,27 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə bank tərəfindən cavabdehə 26,51 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X3 da zamin olaraq bank qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1–ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamininlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, 20 iyul 2022–ci il tarixli 1024micSMKR/22 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada əsas kredit borcu üzrə 13.756,6 manat, faiz borcu üzrə 2.068,27 manat, cərimə borcu üzrə 26,51 manat olmaqla, cəmi 15.851,38 manat məbləğində pul, 0,40 manat xidmət haqqı və 137,56 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 20 iyul 2022–ci il tarixli 1024micSMKR/22 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada əsas kredit borcu üzrə 13.756,6 manat, faiz borcu üzrə 2.068,27 manat, cərimə borcu üzrə 26,51 manat olmaqla, cəmi 15.851,38 (on beş min səkkiz yüz əlli bir manat otuz səkkiz qəpik) manat məbləğində pul alınıb "xxxx" X5 Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada 0,40 (qırx qəpik) manat xidmət haqqı və 137,56 (bir yüz otuz yeddi manat əlli altı qəpik) manat pul alınıb iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2525/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2525/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver