Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2527/2024 20.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 3500 (üç min beş yüz) manat pulun və 55 (əlli beş) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Xuluf kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. O fərdi sahibkarlıqla məşğul olur. Şəmkir rayonu Təzəkənd kəndi ərazisində tikinti materialları satışı mağazası vardır. Cavabdeh əvvəllər onun tikinti materialları mağazasında ondan nisyə və nağd formada tikinti materialları almışdır. Cavabdeh sonuncu dəfə onda 2021-ci ilin iyun ayında nisyə olaraq 4250 manat dəyərində tikinti materialları satın almışdır. Cavabdeh ona olan borcunu bir ay müddətində qaytaracağını bildirsə də, sonradan ayrı-ayrı vaxtlarda həmin borcundan 250 manat və 500 manat pul vermişdir. Hazırda cavabdehin ona 3500 manat borcu qalmışdır. O dəfələrlə cavabdehdən ondan nisyə aldığı tikinti materiallarının pulunu tələb etsə də, o onun pulunu verməkdən imtina etmişdir. Ona görə də o Şəmkir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Şəmkir RPŞ-də cavabdeh izahat verərək, ondan nisyə olaraq 4250 manat dəyərində tikinti materialları aldığını, həmin puldan 750 manatını qaytardığını etiraf etmişdir. Tələbi mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh 3500 (üç min beş yüz) manat pulun və 55 (əlli beş) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkməyə ərizə ünvanlayaraq bilmişdir ki, iddia tələbini müdafiə edirlər. İş üzrə bütün sübutları iddia ərizəsinə əlavə etmişlər. İş üzrə əlavə sübutları və vəsatəti yoxdur. Odur ki, mülki işin məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilib, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh məhkməyə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı qaldırmış olduğu pul tələbinə dair iddianı qəbul edir, iddiaçıya nisyə alqı-satqı müqaviləsindən 3500 manat pul borcu qalmışdır. Həmin pulu hissə-hissə qaytara bilər. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan HK-1/874 nömrəli xx.xx.2023-cü il tarixli cinayət işin başlamasında rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh öz izahatında göstərmişdir ki, o İddiaçı məxsus tikinti materiallarının satışı mağazandan nağd və nisyə formada bir neçə dəfə tikinti materialları almışdır. Sonuncu dəfə 2021-ci ilin iyun ayında İddiaçı məxsus Şəmkir rayonu Təzəkənd kəndi ərazisində yerləşən tikinti materiallarının satışı mağazasına gedərək ondan nisyə 4250 manatlıq tikinti materialları almış və bir ay müddətinə qaytaracağını bildirmişdir. Sonradan ayrı-ayrı vaxtlarda Fərmayıla 250 manat və 500 manat olmaqla ümumilikdə 750 manat pul vermşdir. Lakin sonradan maddi imkanı yaxşı olmadığı üçün Fərmayıla borunu tam formada qaytara bilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından nisyə alqı-satqı müqaviləsi üzrə malın verildiyini iddiaçı, malın pulunun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə 2021-ci ilin iyun ayında nisyə olaraq 4250 manat dəyərində tikinti materialları satmışdır, cavabdeh borcun bir qismini, yəni 750 manat ödəmiş, lakin qalan hissəsi ödənilməmiş qalmışdır. Cavabdeh nisyə almış olduğu tikinti materialları pulundan ödənişlər etmiş və onun 3500 manat borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında da iddia tələbində göstərilən məbləğdə iddiaçıya borcunun olduğunu qəbul etmişdir. İddiaçı pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 56 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 56 (əlli altı) manat tutularaq İddiaçı ödənilsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2527/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2527/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver