Məhkəmə qərarları › İş №2(076)-253/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-253/2025

20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-253/2025 20.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus “Daimler Chrysler E200” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 1960 (bir min doqquz yüz altmış) manat məbləğində maddi ziyanın və 40 (qırx) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 oktyabr 2021-ci il tarixdə ona məxsus "Daimler Chrysler E200" minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh etibarnamə əsasında idarə etmək üçün vermişdir. Cavabdeh 2022ci ilin mart ayına kimi ona məxsus "Daimler Chrysler E200” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmişdir. Cavabdeh 2022-cilin mart ayında ona məxsus avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisədən sonra cavabdeh avtomobili onun evinə gətirmiş və bir neçə günə avtomobilə dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1960 manat maddi ziyan dəymişdir. Lakin, həmin vaxtdan hazırki vaxta kimi cavabdeh onun avtomobilinə vurduğu ziyanı ödəməmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müfadiə edərək iddia ərizəsinin məzmununa uyğun çıxış edib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Bələ ki, iş materiallarında olan AB 874424 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiqli surətindən görünür ki, 1996-cı il buraxışlı 57BT764 qeydiyyat nişanlı “DAİMLER CHRYSLER E200” minik nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarında olan ƏN-V 800749 nömrəli xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan 1996-cı il buraxışlı 57BT764 qeydiyyat nişanlı “DAİMLER CHRYSLER E200” minik nəqliyyat vasitəsi ni 10 il müddətinə idarə etmək üçün etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Şəmkir şəhəri İ.Məmmədov küçəsində Cavabdeh “DAİMLER CHRYSLER E200” minik 57BT764 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində Azəraycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətmiş və sonuncunun barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC avtoservis müəssisəsinin rəyindən görünür ki, “Mersedec E class” markalı 57BT764 nömrəli avtomobilə 1960 (bir min doqquz yüz altmış) manat maddi zərər toxunulmuşdur. İş materialında olan 3-16-16/2-9/3160-8/1227/2024 nömrəli xx.xx.2024-cü il tarixli Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən 1996-cı il buraxılışlı, “DAİMLER CHRYSLER E200” markalı, 57BT764 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2080 manat müəyyən edilmişdir. O cümlədən dəyişilməli hissələrin qiyməti 1530 manat, təmirbərpa işlərinin qiyməti-550 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırki mülki iş üzrə Cavabdeh etibarnamə ilə iddiaçıya məxsus avtomobilli idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi qaydalarını pozaraq avtoqəza törətməsi, avto qəza nəticəsində İddiaçı mülkiyyətində olan avtomobilə maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Bununla da iddiaçı avtomobilə dəymiş ziyanın əvəzinin 1960 manat pulun cavabdehdən tutularaq ona verilməsini tələb etmişdir. İddiaçı cavabdehdən vurulmuş real zərərin əvəzi olaraq 1960 manat tələb etmişdir. Məhkəmə tərəfindən qərardadla ekspertiza təyin edilmiş, 3-16-16/2-9/3160-8/1227/2024 nömrəli xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, zərərin miqdarı 2080 manat müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Porsesual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ekspertiza rəyində iddiaçının avtomobilinə dəymiş maddi ziyan iddia tələbində göstəriləndən daha çox olduğu qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmadan, avtomobilə dəymiş ziyana münasibətdə iddia tələbində göstərilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə vurulmuş ziyana görə 1960.00 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumunun əvəzi, 50 manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 1960.00 manat (bir min doqquz yüz altmış) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat pul tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK- CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar