Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2554/2025 05.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: BOKT "xxxx" MMC–nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT "xxxx" MMC–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən 01 oktyabr 2024–cü il tarixli SR/00623–24 saylı kredit müqaviləsi üzrə 4.687,02 manat əsas kredit borcu, 514,78 manat faiz borcu, 147,63 manat cərimə borcu olmaqla, cəmi 5.349,43 manat məbləğində pulun və ödənilmiş 74,49 manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 01 oktyabr 2024–cü il tarixli SR/00623–24 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30 % ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 zamin durmuş, əsas borclu öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə borcu ödəyəcəyi haqda zəmanət vermişdir. Lakin cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Nəticədə onun 4.687,02 manat əsas kredit borcu, 514,78 manat faiz borcu qalmışdır. Öhdəliyini lazımınca yerinə yetirmədiyinə görə iddiaçı tərəfindən cavabdehə 147,63 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, cavabdehlərdən müştərək qaydada 01 oktyabr 2024–cü il tarixli SR/00623–24 saylı kredit müqaviləsi üzrə 4.687,02 manat əsas kredit borcu, 514,78 manat faiz borcu, 147,63 manat cərimə borcu olmaqla, cəmi 5.349,43 manat məbləğində pulun və ödənilmiş 74,49 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı BOKT "xxxx" MMC–nin nümayəndəsi X2 əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə məlumat verməmişlər. Məhkəmə, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 01 oktyabr 2024–cü il tarixli SR/00623–24 nömrəli kredit müqaviləsindən görünür ki, təşkilat tərəfindən cavabdehə 24 ay müddətinə illik 30 % ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. İşdə olan BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 oktyabr 2024–cü il tarixli zaminlik müqaviləsindən görünür ki, o, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 01 oktyabr 2024–cü il tarixli SR/00623–24 nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair kredit təşkilatı qarşısında öhdəlik götürmüşdür. İşdə olan BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh 01 oktyabr 2024–cü il tarixli SR/00623–24 saylı kredit müqaviləsi üzrə kreditin məbləğini xx.xx.2024– xx.xx.2026–cı illər ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan və iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış bildiriş məktubundan görünür ki, cavabdehlərin borcu xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2025–ci il tarixədək cavabdehin 4.687,02 manat əsas kredit borcu, 514,78 manat faiz borcu, 147,63 manat cərimə borcu olmaqla, cəmi 5.349,43 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 01 oktyabr 2024–cü il tarixli SR/00623–24 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30 % ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 4.687,02 manat əsas borcu və 514,78 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə bank tərəfindən cavabdehə 147,63 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 da zamin olaraq bank qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1–ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamininlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, 01 oktyabr 2024–cü il tarixli SR/00623–24 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas kredit borcu üzrə 4.687,02 manat, faiz borcu üzrə 514,78 manat, cərimə borcu üzrə 147,63 manat olmaqla, cəmi 5.349,43 manat məbləğində pul və 74,49 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 01 oktyabr 2024–cü il tarixli SR/00623–24 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas kredit borcu üzrə 4.687,02 manat, faiz borcu üzrə 514,78 manat, cərimə borcu üzrə 147,63 manat olmaqla, cəmi 5.349,43 (beş min üç yüz qırx doqquz manat qırx üç qəpik) manat məbləğində pul müştərək qaydada alınıb iddiaçı BOKT "xxxx" MMC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 74,49 (yetmiş dörd manat qırx doqquz qəpik) manat məbləğində pul müştərək qaydada alınıb iddiaçı BOKT "xxxx" MMC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(076)-2554/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2554/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver