Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2577/2024 29.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ona nisyə olaraq satdığı bir baş iribuynuzlu heyvanın dəyəri olan 1323 manat məbləğində pulun, ödənilmiş 33.23 manat dövlət rüsumunun və 65 manat vəkil xidmət haqqının əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarıdılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə faktiki olaraq Gədəbəy rayonu, Tǝrsyer kəndində yaşayır. Ailəni dolandırmaq üçün kənd təsərrüfatı və heyvandarlıqla məşğul olur. Təsərrüfatında iribuynuzlu heyvanlar vardır. 2024-cü ilin aprel ayının əvvəlində (təxminən aprelin 8, 9-u) Şəmkir rayonu Sabirkənd kənd sakini olan Cavabdeh yaşadığı Tǝrsyer kəndinə gələrək bir baş iribuynuzlu heyvanı nisyə olaraq almaq istədiyini bildirmişdir. O, heyvanı Ramazan bayramında kəsmək üçün aldığını və heyvanı bayramda kəsdikdən sonra gətirib pulu verəcəyini dedi. O, da onunla razılaşdı və bir baş iribuynuzlu heyvanı (dananı) 1323 manata nisyə olaraq Röyala satmışdır. Belə ki, heyvanın diri çəkisi 126 kq idi, 1 kiloqramının qiymətini 10.50 manatdan hesablamaqla 1323 manata razılaşlar. Heyvanı Röyala satarkən həmkəndli X3 da orada idi. Belə ki, Rauf özü də heyvan alqı-satqısı ilə məşğuldur. O, Röyalı tanıyır və onun heyvanını almaq üçün Röyalı Rauf çağırmışdı. O, Röyala heyvanı satarkən Rauf da buna şahidlik etmişdir. Rauf da bildi ki, o heyvanı Röyala 1323 manata nisyə olaraq satmış və X2 bayramında kəsidkdən sonra pulunu verəcəkdi. Lakin Röyal bu günədək onun pulunu vemrəkdən boyun qaçırmışdır. Dəfələrlə Röyala telefon əlaqəsi saxlasa da, yaşadığı və işlədiyi ünvana gedərək pulunu tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Odur ki, o cavabdehə nisyə satdığı heyvanın pulunu tələb etməkdə haqladı. Ona görə də hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmalı olmuşdur. Qeyd etdir kimi, o cavabdehə nisyə olaraq 1 baş iribuynuzlu heyvan satdığını X3 təsdiq edə bilər. Bu halı təsdiq etmək üçün X1 (AZE ********) məhkəmədə şahid qismində dindirilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh ona nisyə olaraq satdığı bir baş iribuynuzlu heyvanın dəyəri olan 1323 manat məbləğində pulun, ödənilmiş 33.23 manat dövlət rüsumunun və 65 manat vəkil xidmət haqqının əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarıdılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun ifadə verərək, iddianı təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək öz izahatından bildirmişdir ki, o iddiaçıdan nisyə olaraq dana almış, aldığı dananı 1323 manata qiymətləndirmişlər. O həmin dananı Qurban bayramından əvvəl almış, onu kəsmiş və satmışdır. Lakin ziyan elədiyindən o borcu ödəyə bilməmişdir. Ona görə iddianı təmin edilməsinə onun etirazı yoxdur. Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından nisyə alqı-satqı müqaviləsi üzrə malın verildiyini iddiaçı, malın pulunun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh 2024-cü ilin aprel ayında nisyə dana satmışdır. Həmin dananı 1323 manata qiymətləndirmişlər. Lakin cavabdeh nisyə almış olduğu danın pulunu ödəməmişdir. Cavabdeh məhkəmə iclasında da iddia tələbində göstərilən məbləğdə iddiaçıya borcunun olduğunu qəbul etmişdir. İddiaçı pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə digər tərəfdən iddiaçının “65 manat vəkil çəkilən xərcin əvəzinin alınması” tələbini əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən həmin pulu ödənilməsi təsdiq edən sənəd məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 33.23 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1323 (bir min üç yüz iyirmi üç) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 33.23 (otuz üç manat iyirmi üç qəpik) manat tutularaq İddiaçı ödənilsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2577/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2577/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver