Məhkəmə qərarları › İş №2(076)-2616/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2616/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2616/2023 21.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 637 manat əsas, 14.96 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 661 (altı yüz altmış bir) manat qəpik kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, BOKT "xxxx" Azərbaycan MMC ilə Cavabdeh arasında bağlanmış 24500 nömrəli, 20 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə azalan balansla illik 28 % faiz ödəmək şərti ilə 2300 (iki min üç yüz) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdələrinə götürmüşlər. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış 10004273 nömrəli, 20 oktyabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən ona məxsus cəmi çəkisi 37.4 ( xalis çəkisi 37.3) qram və dəyəri 1850 manat olan qızıl-zinət əşyaları BOKT "xxxx" MMC-nin xeyrinə girov qoyulmuşdur. Cavabdehə borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, müxtəlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişdir. Odur ki, Cavabdeh 24500 nömrəli, 20 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə öhtəliyə əməl etmədiyinə görə, eyni tarixli girov müqaviləsi əsasında girovda olan qızıl-zinət əşyaları yenidən 2225.30 manat qiymətləndirilərk, satılıb borcunun bir hissəsinə ödənilmişdir. Lakin cavabdeh yenə də Müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməməkdə davam etmişdir. Odur ki, BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Öhtəliyin yerinə yetirilməməsi nəticəsində cavabdehin BOKT : Viator Mikrokredit- Azərbaycan” MMC- nə xx.xx.2023-cü il tarixə 637 (altı yüz otuz yeddi) manat əsas, 14 (on dörd) manat 96 qəpik faiz, 10 (on) manat cərimə olmaqla, cəmi 661.96 (altı yüz altımış bir manat doxsan altı qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı BOKT "xxxx" Azərbaycan MMC ilə Cavabdeh arasında bağlanmış 24500 nömrəli, 20 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə azalan balansla illik 28 % faiz ödəmək şərti ilə 2300 (iki min üç yüz) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdələrinə götürmüşlər. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış 10004273 nömrəli, 20 oktyabr 2022-ci il tarixli girov müqaviləsinə əsasən ona məxsus cəmi çəkisi 37.4 ( xalis çəkisi 37.3) qram və dəyəri 1850 manat olan qızıl-zinət əşyaları BOKT "xxxx" MMC-nin xeyrinə girov qoyulmuşdur. Cavabdehə borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, müxtəlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişdir. Odur ki, Cavabdeh 24500 nömrəli, 20 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə öhtəliyə əməl etmədiyinə görə, eyni tarixli girov müqaviləsi əsasında girovda olan qızıl-zinət əşyaları yenidən 2225.30 manat qiymətləndirilərk, satılıb borcunun bir hissəsinə ödənilmişdir. Lakin cavabdeh yenə də Müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməməkdə davam etmişdir. Odur ki, BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Öhtəliyin yerinə yetirilməməsi nəticəsində cavabdehin BOKT : Viator Mikrokredit- Azərbaycan” MMC- nə xx.xx.2023-cü il tarixə 637 (altı yüz otuz yeddi) manat əsas, 14 (on dörd) manat 96 qəpik faiz, 10 (on) manat cərimə olmaqla, cəmi 661.96 (altı yüz altımış bir manat doxsan altı qəpik) manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixinə kredit müqaviləsi üzrə Cavabdeh BOKT "xxxx" MMC-yə 637 (altı yüz otuz yeddi) manat əsas, 14 (on dörd) manat 96 qəpik faiz, 10 (on) manat cərimə olmaqla, cəmi 661.96 (altı yüz altımış bir manat doxsan altı qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdehlər əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq cərimə (dəbbə pulu) tələb etmək hüququ yaranmışdır. İddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 637 manat əsas, 14.96 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 661.96 (altı yüz altımış bir manat doxsan altı qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMCnin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar