Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2636/2025 05.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsbəndiyar oğlundan 3000 manat və ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh ona QAZ-53 yük avtomobili olduğunu bildirərək həmin avtomobili satmaq istədiyini bildirdi. O də həmin avtomobili oğlunun işi üçün almaq qərarına gəlmişdir. 2024-cü ilin iyul ayında Cavabdehla razılaşıb ondan avtomobili 3000 manat pula almaq barədə razılaşmışlar. Cavabdeh həmin vaxt 3000 manat pul vermişdir. Cavabdeh avtomobilin akkumulyatorunun olmadığını və bəzi hissələrin təmir olunmasına ehtiyac olduğunu bildirərək ondan möhlət istəmişdir. O da cavabdehə avtomobili işlək vəziyyətə gətirdikdən sonra ona xəbər etməsini və sonra sənədləşmə üçün aidiyyəti orqanlara gedəcəyini bildirmişdir. Cavabdehə pulu verdikdən bir müddət sonra avtomobili götürmək üçün evinə getdikdə cavabdeh avtomobilin sənədinin olmadığını bildirmiş və avtomobilin sənədinin düzəldilməsi üçün ona möhlət verməsini xahiş etdi. O isə ona qısa müddət ərzində ya avtomobil sənədləri ilə birlikdə ona təhvil verməyi, ya da ki ona verdiyi 3000 manat pulu geri qaytarmasını tələb etdi. Cavabdehlə razılaşmadan xeyli müddət keçməsinə baxmayaraq o verdiyi sözə əməl etmədi. Bundan sonra dəfələrlə cavabdehə ona verdiyi pulu və ya söz verdiyi avtomobili verməsini tələb etsə də, lakin heç bir nəticəsi olmamışdır. Bundan sonra cavabdehin onu aldatması və ona verdiyi pulu qaytarmaması ilə bağlı Şəmkir RPŞ-nə müraciət etdi. Cavabdeh Şəmkir RPŞ-də verdiyi ifadədə ona pul verdiyini təsdiqləsə də, lakin maddi imkanın olmadığı üçün pulu qaytara bilməyəcəyini qeyd etmişdir. Cavabdeh ona pulu könüllü vermədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Bundan başqa cavabdehə verdiyi pulu təsdiq edəcək şahidləri var. Cavabdehə verdiyi pulun 1000 manatını X4 almışdı. Qeyd edilənlərə əsasən Cavabdeh İsbəndiyar oğlundan 3000 manat və ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh onun keçmiş qudasıdır. Belə ki, cavabdehin qızı ilə onun oğlu ailə qurmuş, lakin sonradan ayrılmışlar. Pulu da onların uşaqları ailə quran zaman cavabdehə vermişdir. Hazırda oğlu ilə cavabdehin qızı ayrılmışlar. Bundan sonra cavabdehdən pulunu istəsə də geri verməmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh İsbəndiyar oğlundan 3000 manat və ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı edən cavabdeh X2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçını oğlu ilə onun qızı evlənmişdir. Lakin bir neçə ay sonra qızı evi tərk edərək ona məxsus evə gəlmiş, boşanmaq istədiyini bildirmişdir. Bundan sonra nikahın pozulması barədə məhkəmədən iddia qaldırmış, aralarında olan nikah pozulmuşdur. İddiaçı oğlunun nikahının pozulmasını istəmədiyindən bu vasitələrlə təsir etmək istəyir. İddiaçının qeyd etdiyi maşın onun istifadəsindədir və həmin maşından istifadə edərək ailəsini dolandırır. Həmin avtomobilin sənədləri qaydasında olmadığından, həmin maşınla ailəsini dolandırdığından maşını sata bilməz. Bundan başqa həmin maşın iddiaçının dediyi məbləğdə satılacaq maşın deyil, belə ki, həmin maşının ciddi təmirə ehtiyacı var. O heç vaxt maşın satmamış, iddiaçıdan pul almamışdır. Hazırda dəvət edilmiş şahidləri tanımır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Şahid məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun qonşusudur. O, Simuzərlə birlikdə qızıl almağa getdikdə, onları özü aparmışdır. Qızıl alqı satqısında olan vaxt eşitmişdir ki, Simuzər Çapay ilə avtomobilin alqı-satqısı barədə danışıq aparır. Çapay əvvəlcə 4000 manat tələb etmiş, lakin sonradan 3000 manat məbləğində razılığa gəlinmişdir. Simuzər oradaca öz vəsaiti hesabına Çapaya 2000 manat, əlavə olaraq isə 1000 manatı Gəncədən olan bir şəxsdən alaraq Çapaya vermişdir. Beləliklə, ümumilikdə Çapaya 3000 manat ödənilmişdir. Şahid X1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun da qonşusudur. Onun sözlərinə görə, Simuzər qızıl almağa gedərkən Çapay ilə avtomobil alqı-satqısı barədə danışıq aparmışdır. Çapay əvvəlcə 4000 manat istəmiş, lakin sonradan 3000 manata razılaşmışdır. Simuzər həmin məbləğin 2000 manatını öz şəxsi vəsaiti hesabına, 1000 manatını isə Gəncəli Arif adlı şəxsdən alaraq Çapaya vermişdir. Beləliklə, ümumilikdə Çapaya 3000 manat ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materialında olan xx.xx.2025-ci il tarixli “X8” tərəfindən göndərilmiş teleqramdan görünür ki, o 2024-cü il iyul aynda İddiaçı Şəmkir Rayon bazarında üzük satılan mağazada ondan 1000 pul almış, keçmiş qudası Çapaya maşın almaq üçün vermişdir. İş materialında olan X9 tərəfindən aparılan icraat aparılması dair sənədlərədən görünür ki, Şəmkir rayonu Ələsgərli kəndində yaşayan Cavabdeh İsbəndiyar oğlu, xx.xx.2025-ci il tarixdə Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək, həmin tarixdə saat təxminən 11 radələrində Şəmkir rayon Məhkəməsində proses zamanı qızından boşanmaq ərəfəsində olan kürəkəni X3 və atası İddiaçı onu və ailə üzvlərini sözlə hədələməsi və narahat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1096.2-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı 2024-cü ildə Cavabdeh avtomobil (“QAZ-53”) alması üçün 3000 manat verdiyini, cavabdehin isə həmin avtomobili onun adına rəsmiləşdirmə öhdəliyinə əməl etmədiyini iddia edir. Lakin məhkəmə baxışı zamanı bu iddianı təsdiq edən inandırıcı və yetərli sübut təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə iclasında iştirak edən iddiaçı tərəfindən göstərilən şahidlərin izahatları ümumi xarakter daşıdığından, iddiaçının qonşuları olduğundan işin faktiki hallarını kifayət qədər aydınlaşdırmır və iddianın sübuta yetirilməsi üçün zəruri hüquqi qüvvəyə malik hesab edilmir. Bu səbəbdən, iddianın əsaslı hesab edilməsi üçün tələb olunan sübutetmə yükü yerinə yetirilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin uşaqları arasında olan nikah pozulduğundan onların arasında mübahisə mövcuddur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş cavabdehin avtomobilini alması məqsədilə 3000 manat pul verməsini bildirsə də, həmin halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla cavabdehə münasibətdə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2636/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2636/2025
05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver