Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2638/2023 13.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı və iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş 9200 manat dəyərində maddi zərərin-əldən çıxmış faydanın və 112 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər Cavabdeh1 onun ögey qardaşı Arifin arvadı və Cavabdeh2 isə onun ögey qardaşı Arifin qızıdır. Onlar onu mülkiyyət hüququ ilə ona məxsus olan, Şəmkir rayonunun Təzəkənd kəndi ərazisində yerləşən fərdi yaşayış evindən heç bir hüquqi əsas olmadan çıxarmışlar. O, onların təqsiri ucbatından illərlə məhkəmə qapılarında qalmış, məhkəmə rüsumları ödəmişdir. Nəqliyyat xərcləri çəkmişdir. Eyni zamanda ayda 60 (atmış) manat kirayə haqqı ödəməklə qoca və yaşlı anası ilə kirayədə qalmağa məcbur olmuşdur. Halbuki, onların yaşamağa öz evləri vardır. Şəmkir Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 2(076)- 325/2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin ona məxsus olan evdən çıxarılmalarına dair qərar qəbul olunmuşdur. Lakin, cavabdehlər könüllü olaraq onun mülkiyyətində olan evdən çıxmamışlar. Onlar əsassız yerə məhkəmədə ona qarşı iddia qaldırmışlar. Şəmkir Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi beş ildən sonra Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra olunmuşdur. Lakin, o cavabdehlərin təqsiri ucbatından öz mülkiyyətində olan evdə yaşaya bilməmişdir. Mülkiyyətində olan 0.27 ha həyətyanı torpaq sahəsindən istifadə edə bilməmişdir. Bu səbəbdən hesab edir ki, o cavabdehlərin təqsiri ucbatından maddi ziyan çəkmişdir. Cavabdehlərin təqsiri ucbatından çəkmiş olduğu maddi ziyanı 9.000 (doqquz min) manat dəyərində qiymətləndirmişdir. Belə ki, o, 60 ay qoca anası ilə birlikdə kirayədə yaşamış və hər ay 60 manat kirayə haqqı ödəmişdir. 60 ay kirayə pulu 3200 (üç min iki yüz) manat edir. Eyni zamanda həyətyanı torpaq sahəsindən istifadə edə bilməmişdir. Orta hesabla o, 0.27 ha həyətyanı torpaq sahəsindən hər il 1200 manat gəlir əldə edə bilərdi. Cavabdehlərin təqsiri ucbatından o bunları edə bilməmişdir. Bu səbəbdən o, maddi ziyan çəkmişdir. Hesab edir ki, cavabdehlər həmin maddi ziyanı ödəməlidirlər. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş 9200 manat dəyərində maddi zərərin-əldən çıxmış faydanın və 112 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayandəsi vəkil Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunda izahat verdilər və iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-325/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilkin İddiaçı cavabdehlər Cavabdeh2 və X9 qarşı evdən çıxarma, evə köçmə və maddi ziyan tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh2 və onun İddiaçı mülkiyyətində, ünvan 1 kəndində mülkiyyətində olan 0.27 ha torpaq sahəsində yerləşən 227.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, Cavabdeh2 və ondan 210 (iki yüz on) manat məhkəmə xərcinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. O və qızı Cavabdeh2 Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 18 may 2021-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin 2(076)-325/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə razılaşaraq, ünvan 1 kəndində yerləşən 0.27 ha torpaq sahəsində yerləşən 227.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmışlar. Belə ki, qeyd edilən qətnamədən apellyasiya və kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin qərarı Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə gəldikdən sonra icraya başladıqda və onlara məlumat verildikdə həmin fərdi yaşayış evindən çıxarılmışlar. Həmin evdə onların heç bir əşyası yoxdur. Lakin onun əri X7 həmin mübahisəli evdən istifadə hüququ vardır və əri A. A. Hüseynov həmin evdə yaşayır. Yaşı çox olduğundan eyni zamanda xəstə olduğundan o və qızı müəyyən vaxtlarda qalmamaq şərti ilə ərinin yanına baş çəkmişlər. Özünə məxsus ev həmin evin qonşuluğundan yerləşir və o özünə məxsus evdə yaşayır. O heç vaxt iddiaçıya ona məxsus fərdi yaşayış evində yaşamağa maneçilik törətməmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan seriya RX ******* nömrəli X6 haqqında əmlak Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 kəndində yerləşən 0.27 ha torpaq sahəsi və üzərində yerləşən 227.1 kv.m fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan 452 nömrəli, xx.xx.2023-cü il tarixli Səmkir rayon Təzəkənd İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Şəmkir rayon Təzəkənd kənda qeydiyyatadır və hənim kəndə daimi yaşayır. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 2(076)-325/2018 nömrəli, 30 yanvar 2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində, ünvan 1 kəndində mülkiyyətində olan 0.27 ha torpaq sahəsində yerləşən 227.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, Cavabdeh2 və ondan 210 (iki yüz on) manat məhkəmə xərcinin alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin Mülkü Kollegiyasının 2(104)-248/2019 nömrəli, 09 sentyabr 2019-cü il tarixli qətnaməsindən görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-325/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə iddianın təmin edilmiş hissəsi üzrə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1931/2020 nömrəli, xx.xx-2020-ci il tarixli qərarından görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X13 tərəfində verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin Mülkü Kollegiyası 2(104)-248/2019 nömrəli, 09 sentyabr 2019-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-325/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10, tələbkar İddiaçı, borclular Cavabdeh1, Cavabdeh2, Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi X11, hal şahidi X2 işitrakları ilə Şəmkir rayon Məhkəməsinin 2(076)-325/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclular Cavabdeh1 və X14 məhkəmə qərarı ilə razılşaraq, ünvan 1 kəndində yerləşən 0.27 ha torpaq sahəsində yerləşən 227.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmışlar, lakin tələbkar İddiaçı icra sənədində borclu kimi göstərilməyən X7 da icra yerindən çıxarılmasını tələb edərək, yaşayış evini qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10, icra məmuru X4, tələbkar İddiaçı, Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi X8, hal şahidi X3, X7 işitrakları ilə Şəmkir rayon Məhkəməsinin 2(076)-325/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclular Cavabdeh1 və X14 məhkəmə qərarı ilə razılaşaraq, ünvan 1 kəndində yerləşən 0.27 ha torpaq sahəsində yerləşən 227.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılaraq, tələbkar İddiaçı təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, həmin qərarla Şəmkir Rayon Məhkəməsinin 2(076)-325/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(076)-224/2022 nömrəli qərarından görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10, Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi X1, polis nəfəri olan İlqar Qəhrəmanovun işitrakları ilə Şəmkir rayon Məhkəməsinin 2(076)-325/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 1 kəndi ünvanında yerləşən fərdi yaşayış evində olmuş, fərdi yaşayış evinin giriş darvazası bağlı olmuş, tələbkar İddiaçı məxsus telefon nömrəsinə 3 dəfə zəng olunmuş, lakin tələbkar İddiaçı telefona cavab verməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10, icra məmuru X5, tələbkar İddiaçı, borclu Cavabdeh1, tələbkarın vəkili Nümayəndə, Şəmkir RPŞ-nin Kür PBnin sahə rəisi X1, polis nəfəri olan İlqar Qəhrəmanovun işitrakları ilə Şəmkir rayon Məhkəməsinin 2(076)-325/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 1 kəndi ünvanında yerləşən fərdi yaşayış evində icra yerində olmuş, borclu Cavabdeh2 ilə bağlı məlumatı olsa da icra yerində olmamış, digər borclu A. Y. Əliyeva evdən çıxarılmış, S. A. Mahmudova fərdi yaşayış evinə daxil olmuşdur. Məhkəmə iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad edilməsi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-325/2018 nömrəli, 30 yanvar 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ünvan 1 kəndində mülkiyyətində olan 0.27 ha torpaq sahəsində yerləşən 227.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 210 (iki yüz on) manat məhkəmə xərcinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülkü Kollegiyasının 2(104)-248/2019 nömrəli, 09 sentyabr 2019-cü il tarixli qətnaməsi ilə Şəmkir rayon Məhkəməsinin 2(076)- 325/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə iddianın təmin edilmiş hissəsi üzrə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1931/2020 nömrəli, xx.xx-2020-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X13 tərəfində verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin Mülkü Kollegiyası 2(104)-248/2019 nömrəli, 09 sentyabr 2019-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəmkir rayon Məhkəməsinin 2(076)-325/2018 nömrəli, 30 yanvar 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmiş, xx.xx.2020ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin 2(076)-325/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclular Cavabdeh1 və Cavabdeh2 məhkəmə qərarı ilə razılaşaraq, ünvan 1 kəndində yerləşən 0.27 ha torpaq sahəsində yerləşən 227.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmışlar, lakin tələbkar İddiaçı icra sənədində borclu kimi göstərilməyən X7 da icra yerindən çıxarılmasını tələb edərək, yaşayış evini qəbul etməkdən imtina etmişdir. İddiaçı cavabdehlərin təqsiri ucbatından öz mülkiyyətində olan evdə yaşaya bilmədiyini, mülkiyyətində olan 0.27 ha həyətyanı torpaq sahəsindən istifadə edə bilmədiyini göstərərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş 9200 manat dəyərində maddi zərərin-əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını və tərəflərin izahatını nəzərdən keçirib, qeyd edir ki, iddiaçı cavabdehlərin təqsirli hərəkətləri ucbatından mülkiyyətində olan 0.27 ha həyətyanı torpaq sahəsindən istifadə edə bilməməsini, o cümlədən 60 ay qoca anası ilə birlikdə kirayədə yaşamasını, hər ay 60 manat kirayə haqqı ödəməsini, həyətyanı torpaq sahəsindən istifadə edə bilmədiyi üçün hər il 1200 manat gəlirdən məhrum olduğunu göstərmiş olsa da, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə tələbini əsaslandırmaqla kifayətlənmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdehlər Şəmkir rayon Məhkəməsinin 2(076)- 325/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmışlar. Bundan sonra cavabdehlərin yenidən həmin fərdi yaşayış evində yaşamaqları və iddiaçıya mülkiyyətində olan evdə yaşamağa maneçilik törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdehlərin müvafiq olaraq əri və atası X7 mübahisəli fərdi yaşayış evindən istifadə hüququ olmaqla o orada yaşadığından, həmçinin yaşlı olmaqla qayğıya ehtiyacı olduğundan cavabdehlərin müəyyən vaxtlarda ona baş çəkmək üçün həmin evə getmiş olmaları iddiaçıya onun mülkiyyətində olan evdə yaşamağa maneçilik törədilməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən qeyd edilən icra işi istənilmiş, icra işi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, icra sənədi icra olunmuş, icra zamanı da cavabdehlərin hər hansı əşyasının mübahisəli ünvanda aşkar edilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Bundan başqa icra sənədi icra olunan zaman İddiaçı icra yerində olmaması, icra sənədi üzrə borclu olmayan A. Hüseynovun da çıxarılmasını tələb etməsi səbəbindən icra bir neçə dəfə təxirə salınmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi kimi cavabdehlərin onun mübahisəli ünvanda yaşamasına maneçilik törətməsi məhkəmə iclası zamanı müəyyən edilmiş olsaydı belə İddiaçı iddia etdiyi digər halı, yəni hər ay 60 manat kirayə haqqı ödəməsini, həyətyanı torpaq sahəsindən istifadə etsəydi hər il 1200 manat gəlir əldə edə biləcəyi halını təsdiq edəcək hər hansı sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə əsaslandırmışdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına və yuxarıda sadalanan qanunvericilik normalarına əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 9200 manat “maddi ziyan” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 112 (bir yüz on iki) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 9200 manat “maddi ziyan” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 112 (bir yüz on iki) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2638/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2638/2023
13.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver