Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2644/2025 14.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi, İddiaçı İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 7485 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyır, belə ki, o Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yaşayır, həmkəndlisidir. Onunla xurma meyvəsi alan vaxtdan münasibətləri yaranmışdır. Cavabdehlə qohumluğu və düşmənçəliyi yoxdur. Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində ailələrinə məxsus 0,15 ha həyətyanı torpaq sahəsində xurma bağı salıb, onu becərərək meyvəsini satmaqla ailələrini dolandırırlar. Cavabdeh 2022-ci il noyabr ayında ona müraciət edərək, xurma almaq istədiyini bildirmişdir. Cavabdeh əvvəlcə ona 200 manat beh vermiş və bildirmişdir ki, ondan aldığı xurmanı satandan sonra onun pulunu verəcəkdir. O, cavabdehə etibar etmiş və xurmanın hər bir yeşiyini 5 manatdan ona 1.557 yeşik xurma yığdırmışdır. Cavabdeh onunla razılaşmış, aldığı xurma meyvəsinin cəmi qiyməti 7.785 manat, 1.200 manat fəhlə pulu ilə birlikdə 8.985 manat ona borcu olduğunu bildirmişdir. Həmin ilin dekabr ayında 500 manatını ödəmiş və ona söz vermişdir ki, qalan 8.485 manatını isə qısa müddətdə ödəyəcəkdir. Cavabdeh 2023-cü ildə uşağı xəstə olanda ona borcundan 1.000 manat gətirib vermiş və demişdir ki, malın pulu gəlməmiş, gələndən sonra onun pulunu ödəyəcəkdir. Bir neçə aydan sonra ona zəng etmiş, cavabdeh ona söz vermişdir ki, 2-3 aya pulu gətirəcəkdir. Həmin vaxtdan dəfələrlə pulunu tələb etmiş, hər dəfə 2-3 aya pulu ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh hər dəfə bir bəhanə gətirərək, ona olan 7.485 manat pulu vermək istəməmişdir. Axırıncı dəfə Talıbdan pulunu istəyəndə demişdir ki, onun qalan pulunu verməsə ondan şikayət edəcəkdir, o isə ona demişdir ki, hara istəyirsən get şikayət et. Lakin, cavabdeh yenə də pulunu verməmişdir. Həmin vaxtdan dəfələrlə pulunu tələb etmiş, lakin, cavabdeh hər dəfə bir bəhanə gətirərək puluu veməmişdir. O, Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinə şikayət edib, bildirmişdir ki, Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yaşayan X6 ondan xurma meyvəsi almış, 8.985 manat borcundan 1.500 manatını ödəmiş qalan 7.485 manatı vermək istəmir. Odur ki, xahiş etmişdir ki, onun pulunu alıb ona verilməsində ona köməkdarlıq etsinlər. Orada şikayəti əsasında araşdırma aparılmış və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, iddiaçı onun qardaşıdır. Cavabdeh onların həmkəndlisidir. Cavabdeh iddiaçıdan nisyə bir yeşiyini 5 manatdan 1.500 yeşik xurma almışdır. Lakin cavabdeh iddiaçıya borclu olduğu pulu verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, iddiaçı onun bacısının əridir. Cavabdeh onlardan xurma almışdır. Lakin xurmanın pulunu verməmişdir. Bir müddət sonra cavabdeh onun borcunu vermiş, lakin iddiaçıya borclu olduğu pulu verməmişdir. Cavabdehin iddiaçıya təxmini 7000 manat borcu qalmışdır. Onlar cavabdehi həmkənliləri kimi tanıyırlar. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi etirazdan görünür ki, Şəmkir Rayon Məhkəməsinə İddiaçı ona qarşı “pul” tələbi barədə ərizə ilə müraciət etmişdir. O həmin iddia ilə razı deyil və rədd edilməsini istəyir. Belə ki, həmin iddianın ona heç bir aiddiyyatı yoxdur. İddiaçının ona qarşı iddiası şər və böhtan xarakterlidir. 2021-ci ilin oktyabr ayında o Tovuz rayonunun Dönük Qırıqlı kəndindən olan Səbuhi və Şəmkir rayonunun Qədimqala kəndindən olan Elsevər adlı şəxsə həmkəndlisi, İddiaçı xurma olduğunu bildirmişdir. Həmin şəxslər kəndlərdən xurma yığıb satan şəxslərdir. İddiaçı 3 ay qabaq ona Səbuhi və Elsevər adlı şəxsləri soruşmuş o iddiaçıya həmin şəxslərin telefon nömrəsini vermişdir. İddiaçı ona heç bir qarşı iddiasının olduğunu bildirmədən hansısa hüquqşünas və ya vəkilə məsləhət edib haqsız, şər və böhtan olaraq ona qarşı iddia qaldırmışdır. Onun iddiaçı ilə alver barədə pul barədə heç bir söhbəti, sövdələşməsi və ya beh barədə heç bir danışığı olmamışdır. Yuxarıda adlarına çəkilən şəxslərin onların kəndində 20-25 nəfər adama həmçinin İddiaçı borcları olduğu üçün iddiaçı onlardan borcunu ala bilməyinin çətin olduğunu bilmiş ona qaşrı şər və böhtan xarakterli iddia qaldırmışdır. Ona görə də hesab edir ki iddiaçının ona qarşı iddia ərizəsində göstərdikləri xüsusatlar yalandır, heç bir mötəbər sübutu yoxdur, iddiası əsassızdır və rədd edilməlidir. Yuxarıda göstərdiklərini nəzərə alaraq İddiaçı ona qarşı “pul” tələbi barədə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB-nın Zəyəm Cırdaxan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə daimi qeydiyyatda durur və həmin kənddə yaşayır. Onun adına ev təsərrüfatlarının uçotu kitabında 0,15 ha həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsindən bağ kimi istifadə edir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında xx.xx.1989-cu il tarixdə nikha bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Rüstəmova, ərə Rüstəmov soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş A 354017 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki,Şəmkir Rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 51 saylı qərarı ilə İddiaçı mülkiyyətinə 2198.32 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində xurma ağacları mövcüddur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıdan nisyə olmaqla bir yeşiyini 5 manatdan 1.500 qutu xurma almışdır. Cavabdeh borcundan bir qismini ödəniş etsə də, qalan 7.485 manat məbləğində borcunu ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Belə ki, tərəflər arasında şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında tam icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7.485 (yeddi min dörd yüz səksən beş) manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7.485 (yeddi min dörd yüz səksən beş) manat pul və 96 (doxsan altı) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-2644/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2644/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver