Məhkəmə qərarları › İş №2(076)-2649/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2649/2023

31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2649/2023 31.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hesabından onun nəfınə 300.000 (üç yüz min) Rus rubulu pulun qətnamə icra olunan vaxt Azərbaycan manatına uyğun məzənnəsinin, 76 (yetmiş altı) manat dövlət rüsumunun, 500 manat vəkil xidmət haqqının, 17 manat 25 qəpik etibarnamayə görə ödəmiş olduğu dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdeh onun həmkəndlisi və qohumudu. Bu səbəbdən də onların yaxın münasibətləri yaranıb. 2019-cu ildə cavabdeh ondan 300 000 (üç yüz min) Rus rubulu borca pul götürüb. Danışığına görə, yaxın zamanda ona olan borcunu qaytaracaqdır. Aradan bir neçə ay keçəndən sonra o bir neçə dəfə cavabdehdən xahiş etmişdir ki, ona olan pul borcunu qaytarsın. Hər dəfə cavabdeh borcunu qaytaracağına dair ona vədlər versə də, bu günə kimi o, ona olan borcunu qaytarmayıb. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. O öhdəliyini icra etmişdir. Ona borca pul vermişdir. Lakin cavabdeh ona olan borcunu etiraf etsə də, həmin borcu qaytarmır. Hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində o maddi ziyan çəkmiş və cavabdeh həmin maddi ziyanı da ödəməlidir məsələn iddia tələbilə bağlı olaraq məhkəməyə dövlət rüsumu, notariat rüsumu və vəkil xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh onun yaşadığı evə gələrək torpaq sahəsində əkin işləri görməsi üçün ondan 300 000 (üç yüz min) Rus rublu borc pul istəmiş, bu haqqda evdə danışılarkən onun qızı X3 Cavabdeh pul verilməsinə razı olmamış və narazılığını bildirmişdir. Lakin onun əri ilə cavabdehin yaxın münasibətləri olmuş, cavabdeh daim onlara gəlib-getmiş və onların etibarını qazanmış bu səbəbdən də o, Cavabdeh pul verilməsinə razı olmuşdur. Bundan sonra yaşadığı evdə 300 000 (üç yüz min) Rus rublunu evdən götürüb, cavabdehlə üzbəüz dayanaraq sayıb cavabdehə vermişdir. Həmin vaxt o, pulu sayarkən və cavabdehə verərkən qızı X3 da həmin otaqda olmuşdur. O pulları sayıb Cavabdeh əlbəəl verərkən onun qızı cavabdehə pul verməsinə narazı olduğu üçün və cavabdehə inanmadığ üçün kənardan onların şəklini çəkmişdir. Bundan əlavə hüquqi yardım göstərilməsi üçün və məhkəməyə iddia ərizəsi verməsi üçün dövlət rüsümlarını ödəmiş, ona əlavə maddi ziyan dəymişdir. O, həmin rüsumlarıda cavabdehdən tələb edir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Raya onun bacısıdır, Zamiq isə kəndiçisidir. Bacısı təqaüdçüdür. X11 pulu 2019-2020-ci illərdə verib. O pulun verilməsində yaxından iştirak etməmişdir. Belə ki, Zamiq bacısıgilə gələrkən oda bacısı İddiaçı evində olmuş həmin vaxt bacısının əri ilə digər otaqda nərd oynamışdır. Cavabdehə verilən pul bacısı İddiaçı aid olmuş, bacısı pulu gəlib onların yanından götürmüş və digər otaqda Cavabdeh vermişdir. Həmin vaxt pulu bacısı özü sayıb Zamiqə vermişdir. Bacısı Raya Cavabdeh 300.000 rusl rublu vermişdir. Daha sonra Cavabdeh bacısı İddiaçı aldığı 300.000 rusl rublunu qaytarmadığı üçün Raya Zamiqi polisə vermişdir. Bundan sonra Zamiq gəlib onu Raya ilə razılaşmaq üçün aparmış, həmin vaxt Zamiq şikayətini geri götürsün deyə bacısı Rayaya ildə 100.000 rus rublu verəcəyinə söz vermişdir. Lakin Cavabdeh sözünə əməl etməmiş və bacısına pul verməmişdir. Həmin söhbətlər zamanı Cavabdeh ona bacısı İddiaçı 300.000 rus rublu borcu olduğunu dəqiq məbləği deməmiş, sadəcə bacısı Rayaya borcu olmasını demişdir. O, borc məbləğini bacısından eşitmiş, pulun sayılaraq verilməsini şəxsən özü görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı onun anası, Cavabdeh isə onların kəndiçisidir. Cavabdeh onların yaşadığı evə gələrək torpaq sahəsində əkin işləri görməsi üçün anası Raya Cəfərvadan 300 000 (üç yüz min) Rus rublu borc pul istəmiş, bu haqqda evdə danışılarkən o, Cavabdeh pul verilməsinə razı olmamış və narazılığını bildirmiş və anasına Cavabdeh pul verməmisini bildirmişdir. Lakin onun atası ilə cavabdehin yaxın münasibətləri olmuş, cavabdeh daim onlara gəlib-getmiş və onların etibarını qazanmış, bu səbəbdən də anası Cavabdeh pul verilməsinə razı olmuşdur. Bundan sonra Cavabdeh onların yaşadıqları evə gəlmiş 300 000 (üç yüz min) Rus rublunu evdən götürüb, getmişdir. Pul verilərkən o da həmin otaqda olmuş və pulun verilməsinin yaxından şahidi olmuşdur. Pul verilərkən anası İddiaçı Cavabdehlə üzbəüz dayanmış və pulu sayaraq cavabdehə vermişdir. Həmin vaxt o, pulu sayarkən və cavabdehə verərkən o da həmin otaqda olmuşdur. Pulu digər otaqdan o gətirib anasına vermişdir. Anası pulları sayıb Cavabdeh əlbəəl verərkən o, cavabdehə pul verilməsinə narazı olduğu üçün və cavabdehə inanmadığı üçün kənardan onların şəklini çəkmişdir. Zamiq pulu sayıb götürmüşdür. Cavabdeh atası öldükdən sonra onlara pulu verməyəcəyini bildirmişdir. Əlavə olaraq bildirir ki, Cavabdeh taxıl əkmək üçün anasından pul almışdır. Pul anasının pulu olmuşdur. Anası tərəfindən cavabdehə pul verilərkən və Cavabdeh tərəfindən pul sayılıb götürülərkən yanlarında olmamış, kənardan onların şəklini çəkmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan DİN tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Şəmkir RİHB Zəyəm-Cırdaxan kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəındində qeydiyyatda olmaqla yaşayır. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan və ona əlavə edilmiş Cavabdeh izahatından görünür ki, Cavabdeh İddiaçı 285.000 rus rublu borc aldığını və maddi imkanı olmadığı üçün qaytarıb ödəyə bilmədiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin şifahi borc müqaviləsi ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddiaçının 300.000 (üç yüz min) Rus rubulu tələb etməsi və məhkəmə iclasında ifadə vermiş şahidlərin ifadəsi ilə bağlı qeyd edir ki, şahidlər iddiaçının qızı və qardaşı olmaqla cavabdeh tərəfindən borca götürülmüş pulun sayılıb götürülməsində şəxsən iştirak etməmişlər, ümumi olaraq şahidlər borc pulun verilməsinin şahidi olmuşlar. Bundan əlavə iddiaçı 300.000 (üç yüz min) Rus rubulunun şəxsən cavabdehə verilməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmiş, həmçinin iş üzrə şahidlər ifadələrində borcun verilməsinin şahidi olduğunu, lakin pulun cavabdeh tərəfindən sayılmasında iştirak etmədiklərini bildirmişlər. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, İddiaçı Cavabdeh 285.000 (iki yüz səksən beş min) rus rublu borc pul verməsi öz təsdiqini tapır. Belə ki, cavabdehin iddiaçıdan yalnız 285.000 (iki yüz səksən beş min) rus rublu borc pul almasını cavabdehin Şəmkir RPŞ-də istintaqda verdiyi özünün ifadəsi ilə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı olan hazırki borcu 285.000 (iki yüz səksən beş min) rus rublu təşkil edir, cavabdehin və şahid ifadləri ilə cavabdehin iddiaçıdan borc alması öz təsdiqini tapır. Həmin məbləğ cavabdehdən alınıb iddaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən olunmuş hallar əsas götürülməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 285.000 (iki yüz səksən beş min) rus rublu məbləğində pul alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının çəkdiyi məhkəmə xərcləri cavabdehə aid edilməlidir, Cavabdeh 74 (yetmiş dörd) manat dövlət rüsumu və 500 (beş yüz) manat vəkilə ödənilmiş vəsait tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 285.000 (iki yüz səksən beş min) rus rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc pul və məhkəmə xərci olaraq 74 (yetmiş dörd) manat dövlət rüsumu və 500 (beş yüz) manat vəkilə ödənilmiş vəsait tutularaq İddiaçı verilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar