Məhkəmə qərarları › İş №2(076)-2658/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2658/2023

03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2658/2023 03.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İddiaçı və Şamilov Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Şamilov Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Şamilov Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia qaldıraraq, Şamilov Cavabdeh 1000 (bir min) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Şamilov Cavabdeh iddiaçıdan 1000 (bir min) manat məbləğində borc pul almışdır. Cavabdeh qısa zamanda qaytarmağı öhdəsinə götürsə də, bu günə kimi borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək 1000 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun cavabdeh Şamilov Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Şamilov Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçı onun uzaqdan qohumudu. Təxminən 2020-ci ilin yanvar ayında İddiaçı borc pul almaq qərarına gəlmişdir. Həmin vaxt öz telefonunda kontur olmadığından qonşusu Elpərəst Qurbanlının telefonu ilə Laləzara zəng etmiş və ondan borc pul istəmişdir. İddiaçı isə ona qızıl müqabilində pul verə biləcəyini demişdir. Bundan sonra Laləzara girov olaraq qızıl vermiş və əvəzində 400 manat pul götürmüşdür. Həmçinin, iddiaçı pulu 100 manata 15 manat almaqla faizlə vermişdir. Həmin pulu daha sonra başqa şəxsə vermişdir. Məhkəmə qətnaməsi ilə qeyd edilən pulun tutulması və iddiaçıya ödənilməsi təmin edilmiş, İddiaçı olan borcunu tam ödəmişdir. Hazırda iddiaçının iddia etdiyi pulu ümumiyyətlə iddiaçıdan almamışdır. Belə ki, əgər elə bir borc mövcud olsa idi iddiaçı 400 manat pulun alınması ilə bağlı məhkəməyə müraciət edən vaxt həmin pulu da ondan tələb edərdi. Şəmkir Rayon Polis Şöbəsində izahat verən zaman qeyd edilən 500 manatın əlavə gecikdirilmiş faizləri ilə birlikdə geri qaytarılması üçün 1000 manat qeyd etmiş, heç vaxt iddiaçıdan 1000 manat borc almamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-1280/2021 nömrəli xx.xx.2021-ci tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdeh Şamilov Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Şamilov Cavabdeh 400 manat məbləğində pul və 20 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı vərilməsi qət etdilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-384/2023 nömrəli xx.xx.2023-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X1 qarşı “borcun qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında müəyyən edildi ki, iddiaçı cavabdehə 1000 manat məbləğində pul verdiyini iddia etsə də, bunu sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Belə ki, sübut kimi məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixdə Şəmkir Rayon Polis Şöbəsinə verdiyi izahatdır. Həmin izahatda isə pulu alması və geri qaytarmaması barədə R. Şamilov izahat vermişdir. Bundan sonra 2(076)-384/2023 nömrəli mülki iş üzrə şahid qismində dindirilmiş R. Şamilov iddiaçının iddia etdiyi məbləğin götürülməsi ilə bağlı hər hansı izahat verməmişdir. Qeyd olunan mülki işin baxılması zamanı şahid qismində dindirilmiş R. Şamilov iddiaçı L. Abdullayevadan yalnız 1 dəfə borc götürdüyünü, borcun məbləğini isə 500 manat kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan normaların tələbi baxımından öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür. İddiaçı isə cavabdehlə aralarında yazılı və ya şifahi borc müqaviləsinin olmasını sübuta yetirə bilməmişdir. Buna görə də iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar