Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2664/2023 06.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölçmə işlərinin aparılmasına maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir rayonu Şiştəpə kəndində yerləşən mərhum atasına məxsus həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ögey anası, Cavabdeh2 isə ögey bacısıdır. X1 Şəmkir Rayonunun Şiştəpə kəndində fərdi yaşayış evi, həyətyanı və dövlər pay torpaq sahəsi miras qalmışdır. O atasının qanun üzrə vərəsəsi olaraq notarial qaydada ondan miras qalmış əmlaka vərəsə tanınmışdır. Lakin cavabdehlər evin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin 3-cü şəxs tərəfindən ölçülməsinə maneə yaradırlar. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdehlər və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 2748 nömrəli arayışdan görünür ki, X3 xx.xx.1993-cü il tarixdə hipertoniya xəstəliyi səbəbindən Şəmkir şəhərində ölmüşdür. İş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli 2748 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2003-cü il tarixdə kəskin miokard infarkt səbəbindən Şəmkir şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2748 nömrəli arayışdan görünür ki, X8 ilə X5 arasında xx.xx.1984-cü il tarixdə Şəmkir Rayonu Şiştəpə Kənd İƏD Nümayəndəliyində nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “İsmayılov”, arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum X6 məxsus fərdi yaşayış evi və onun torpaq sahəsinə dair təqdim edilən sənədlərdə adları qeyd edilən vərəsələr arasında mübahisə olduğu üçün sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair ərizənin icrası mümkün olmamışdır. İşdə olan arayışlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 06 oktyabr 2010-cu il tarixli “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.3.3-cü maddəsinə əsasən mərzçəkmə işləri torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda aparılır. Həmin qaydaların 5.3-cü maddəsi ilə fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-cü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan Hüquqları və X2 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Göründüyü kimi, İddiaçı mərhum atasından miras qalmış Şəmkir rayonu Şiştəpə kəndi yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin mütəxəssis tərəfindən ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən icazə verilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri iddiaçının hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından iddia təmin edilməli və Cavabdeh1 və Cavabdeh2 tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maneə aradan qaldırılmalıdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün zəruri olan ölçmə işlərinin aparılmasına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maneə aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin və iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şəmkir rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2664/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2664/2023
06.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver