Məhkəmə qərarları › İş №2(076)-270/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-270/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-270/2023 01.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakimi Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X9 iclas katibliyi, iddiaçı X5, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı X5 cavabdeh X4rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X10 cavabdeh X4rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində tətbiq etdiyi 432 (dörd yüz otuz iki) manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qeyd olunan ünvanda yerləşən, ona məxsus fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. Cavabdehlə bağlanmış müqavilə əsasında mavi qazdan istifadə edirlər və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablaması üzrə mütəmadi olaraq ödəmişlər. Cavabdehin, əməkdaşları tərəfindən «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2021-ci il tarixli ******* №-li aktına əsasən istifadəsində olan Elster tipli, 81440436 №-li qaz sayğacı dəyişdirilmiş, həmin aktda «qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələrin təzyiq altında sabun köpüyü ilə yoxlanılması və heç bir sızmanın aşkar edilməməsi, yeni quraşdırılmış qaz sayğacının və texniki qaydalara cavab verməsi, qaz sayğacının abonentə təhvil verilməsi» qeyd edilmişdir. O savadsız qadın olaraq həmin sayğacın üzərində yazıların olması barədə cavabdehin saycağı quraşdıran əməkdaşlarına bildirdikdə həmin yazıların heç bir əhəmiyyətinin olmamasını ona bildirmişlər. Ancaq, son günlərdə isə ona məlum olmuşdur ki, cavabdehin əməkdaşları onun guya cavabdehə 432 (dörd yüz otuz iki) manat məbləğində borcu yaranmışdır. Həmin borcun yaranma səbəbini öyrənmək üçün cavabdehin əməkdaşlarına etdiyi şifahi sorğusuna cavab olaraq ona tarixi qeyd edilməmiş, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* №-li akt təqdim etdilər ki, həmin aktda istifadəsində olan «Elster tipli, 81440436 №-li qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar olunması» qeyd edilmişdir. Axı nə dərəcədə məntiqlidir ki, o savadsız kəndli qadın olaraq cavabdehin əməkdaşları tərəfindən qeyd edilən akt əsasında dəyişdirilmiş qaz sayğacına hansısa polombu qoyulmanın ona nə aidiyyəti vardır? Həmin saycağı məhz cavabdehin əməkdaşları dəyişdirmiş, heç bir qüsurunun olmaması barədə də akt tərtib etmişlər. Deməli, cavabdehin əməkdaşlarının onları, vətəndaşları əsassız cərimələrlə-borclarla yükləmək növbəti məkrli oyunlarıdır. Cavabdehin ona qarşı tətbiq etdiyi əsassız borc heç bir reallığı əks etdirmir. Ona görə də əsassız olaraq borclu hesab etdiyi 432 manat məbləğində borcun onun hesabından silinməsi onlar vətəndaşların cavabdehin əməkdaşlarının qanunsuz əməllərindən qorunmağı üçün ən ədalətli nəticədir. Onu da əlavə edir ki, o yaşlı və xəstə qadın olaraq hazırkı iqtisadi böhran şəraitində heç yerdə işləməyərək ailəsinin maddi təminatını çətinliklə təmin etməyə çalışdığı halda barəsində tətbiq edilmiş əsassız borcu ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında iddiaçı X10 iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, sayğaca heç bir müdaxilə etməmiş, sayğacı istismar müddəti bitməsi ilə əlaqədar dəyişdirilmiş və həmin sayğac dəyişdirilərkən o iştirak etməmiş, qaz sayğacı Azəriqazın əməkdaşları tərəfindən yaşadığı evin küçə hissəsinə quraşdırılmış, sayğacın qoruyucu blombu üzərində olmuş, sayğacın üzərində gözlə görünən hər hansı bir zədəsi olmamış, xüsusi qablaşdırma olmadan istifadə müddəti bitməsi səbəbli sayğac götürülərək yenisi ilə əvəz edilmiş, sayğac xx.xx.2021-ci il tarixdə çıxarılarkən ona heç bir irad bildirilməmiş və bir müddət sonra ona bilinməyən səbəbdən borc hesablanmışdır. Onun barəsində Azəriqaz İB-nin əməkdaşları tərəfindən aktın tərtib edilməsindən xəbəri olmamış, o, həmin aktı imzalamamışdır. Məhkəmədən iddiasının təmin edilməsini, onun evinə məxsus qaz sayğacına itirilmiş qaz sərfiyatı olaraq hesablanmış 432 manat borcun silinməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X13 çıxış edərək, iddianı qəbul etmədiklərini, iddiaçı X7 məxsus qaz sayğacına itirilmiş qaz sərfiyatına görə ziyan məbləğinin qanuna uyğun yazıldığını və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, qaz sayğacının istismar müddəti bitdiyi üçün dəyişdirilmişdir. İddiaçının evindən götürülmüş qaz sayğacı Azəriqaz İB-nin əməkdaşları tərəfindən quraşdırılmış və sayğac götürülərkən üzərində qoruyucu dövlət möhürü olmuş, sayğacda qeyd edilən müdaxilə laborotoriya şəraitində müəyyən edilmiş və bundan sonra abonent barəsində akt tərtib edilmişdir. Sayğac ümumi qaydada xüsusi qablaşma olmadan götürülmüşdür. Hesablanmış zərər məbləği 432 manat təşkil edir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İşdə olan Şəmkir RİHB Şeyidlər kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, X1 daimi olaraq qeydiyyatdadır və həmin kənddə yaşayır. İşdə olan abonentin (**********00000) saldosundan görünür ki, X5 2021-ci ilin noyabr ayında 432 manat borcu hesablanmışdır. İş materiallarına əlavə edilmiş, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqda xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Şəmkir rayonu, Şeyidlər kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmımş Elster tipli 81440436 nömrəli qaz sayğacının dövlət istismar müddətinin bitməsi səbəbi ilə çıxarılmış və yerinə Zenner tipli **********7 qaz sayğacı qurşadırılmışdır. İş materiallarına əlavə edilmiş, qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. İşdə olan qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-03775-1 saylı aktın surətindən görünür ki, G-4 markalı ******* nömrəli sayğaca baxış kecirilmiş və sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmişdir. Qüsura görə nəticə qaz itkisi, müdaxilə. İş materiallarına əlavə edilmiş, 15 noyabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğnclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması 27 Sentyabr 2021 tarixii 29/1710-03775-1 №-li Aktına əsasən G-4 markalı ******* №-li sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, nəticədə qaz itkisi yaranmışdır. Elster G-4 markalı sayğacın nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ 4x12x90=4320m3 . Məhkəmə baxışı zamanı iş materialları ilə müəyyən olundu ki, “Azəriqaz” X8 X16 İdarəsinin nümayəndələri iddiaçı X7 məxsus Şəmkir rayonu, Şeidlər kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış Elster tipli 81440436 nömrəli qaz sayğacı xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktla Elster tipli 81440436 nömrəli qaz sayğacının dövlət istismar müddətinin bitməsi səbəbi ilə çıxarılmış və yerinə Zenner tipli **********7 qaz sayğacı quraşdırılmış, bundan sonra xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması müəyyən edilmiş, bundan sonra “Azəriqaz” İstehsalat Birliyi qeyd edilən fərdi yaşayı evinin qaz işlədicilərinin orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4320 m3 itirilmiş qaz sərfiyatına görə 432 manat vurulmuş ziyan istehlakçının istifadəsində olan yeni qaz sayğacına hesablanmışdır. Lakin çıxarılmış sayğac qablaşdırılaq ekspertizaya göndərilməmiş, “Azəriqaz” İstehsalat Birliyinin aktı imzalamış əməkdaşları tərəfindən akt tərtib olunarkən abonent X10 iştirak etməmiş, köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmişdir. Həmçinin sayğacının ekspertizadan keçrilərəkən aşçarlanmış qüsurların yaranmasında abonentin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər irəli sürülməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, çıxarılmış sayğac qablaşdırılaq ekspertizaya göndərilməmiş, sayğacın iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən quraşdırılmış və müdaxilə edilməməsi üçün üzərinə qoruyucu möhür vurulmuş, köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmişdir. Həmçinin sayğacının ekspertizadan keçirilərkən aşçarlanmış həmin qüsurun yaranmasında abonentin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər irəli sürülməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri ilə istifadə etməsi gözlə görünən nöqsan olmamaqla, sayğacın üzərində qoruyucu möhrünün və zədəsinin olmaması sayğacda olan bu nöqsanın abonentin təqsirli hərəkətlərindən baş verməsini istisna edir, çünki sayğaca belə bir müdaxilənin qəsdlə edilmiş olmasını ehtimal ediləcəyi halda, bu yalnız sayğacın quraşdırılmasından və üzərinə qoruyucu möhürü vurulmasından öncə edilmiş olması mümkündür. Lakin sayğac iddiaçı olan abonent tərəfindən quraşdırılmamış və üzəri möhürlənməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, istismar müddətini başa vurması əsası ilə dəyişdirilmiş qaz sayğacının sərfiyyatı düzgün hesablamaması və qaz itikisinin baş verməsi abonentin təqsirli hərəkəti kimi qəbul edilməsi əsassızdır. Belə ki, göstərilən sayğacın iddiaçının mülkiyyətində olan ərazidə yox, yolda və əl çatan yerdə quraşdırılmış olması və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyrimümkün olmasını nəzərə alaraq, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş, qeyd edilən nöqsan barədə tərtib edilmiş akt onu imzalamış şəxslər tərəfindən aşkar edilməmiş və həmin vaxt abonentin iştirakı təmin edilməmiş, sayğac xüsusi qablaşdırma olmadan götürülmüş, sayğacda olan zədənin abonentin təqsirindən və ya istismar müddəti bitməsindən yaranması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən cavabdehin əməkdaşları tərəfindən heç bir sübutla müəyyən edilməyən zərəri hesablayaraq itirilmiş qazın dəyərini iddiaçıdan tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan əlavə, məhkəmə “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ASC-nin xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktına əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, abonentin evindən çıxarılmış qaz sayğacının ekspertizadan keçirilərək hansı mexanizminə müdaxilə olunması və qaz sərfiyatının nə qədər itki ilə hesablamasını müəyyən etməməkdə cavabdeh səhvə yol vermiş və bu halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir, belə olan halda abonentin təqsiri üzündən qaz itkisinin olmasını qəbul edilməsi yol verilməzdir və iddiaçının təqsirli hərəkətləri nəticəsindən qeyd edilən nöqsanların yaranmasını təsdiq edən sübutları cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» X8 X15 İdarəsinin X10 oğlu barəsində xx.xx.2021-ci il tarixli, ******* №-li aktı üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 432 manat ziyan məbləği X5 hesabından silinməlidır. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. X10 istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 432 (dörd yüz otuz iki) manat ziyan məbləği abonent X5 (**********00000) hesabından silinsin. “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar