Məhkəmə qərarları › İş №2(076)-2729/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2729/2024

26.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2729/2024 26.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı2 Cavabdeh: Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən 5.800 manat pulun, iddia ərizəsinin tərtibi üçün ödənilmiş 50 manat pulun və 79 manat dövlət rüsumunun müştərək qaydada alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə “iddia həcminin artırılması” barədə əlavə ərizə təqdim edərək, cavabdehlərdən 8.052 manat pulun, iddia ərizəsinin tərtibi üçün ödənilmiş 50 manat pulun və 79 manat dövlət rüsumunun müştərək qaydada alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı İddiaçı2 iddianı müdafiə etdiyini bildirdi. Məhkəmənin hazırlıq iclası zamanı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi X4 təmsil etdiyi şəxslərə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və rədd edilməsini məhkəmədən xahiş etdi, İddiaçı1 və Cavabdeh1 məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasnı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 04 mart 2021–ci il tarixli 2(076)–578/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdehlər X7, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı 5.500 manat pulun və 30 manat dövlət rüsumunun alınması tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(104)–2292/2021 saylı qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 04 mart 2021–ci il tarixli 2(076)–578/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi İddiaçı2 atası X6 əvvəllər də cavabdehlər X7, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən mülkdə əkin və suvarma işləri, habelə tikinti və yaxşılaşdırma işləri aparmasını, lakin faydasını cavabdehlərin görməsini bildirərək, cavabdehlərdən 5.500 manat pulun alınmasını tələb etmiş, onun iddiası birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə artıq məhkəmə qaydasında baxılaraq, yekun məhkəmə aktı qəbul edilmiş və qeyd edilən tələblə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hazırkı işdə əvvəlki işdən fərqli olaraq X5 Möhsümov iddiaçı qismində işə cəlb edilmişdir. Bundan başqa, əvvəlki iddia cavabdehlər X7, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qaldırılsa da, hazırki iddiada X10 və X4 cavabdeh qismində işə cəlb edilməmiş, iddia yalnız Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qaldırılmışdır. Həmçinin, müəyyən edilmişdir ki, istər əvvəllər Zaməddin Möhsümov, istərsə də hazırda İddiaçı2 cavabdehlərə qarşı iddia qaldıraraq, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən mülkdə ağac əkilməsini, onların suvarılmasını, mükdə tikinti və yaxşılaşdırma işlərinin aparılmasını, lakin cavabdehlər tərəfindən bəhər əldə edilməsini və istifadə edilməsini iddia edərək, dəymiş maddi ziyanın ödənilməsini tələb etmişlər. Göründüyü kimi əvvəlki iddia tələbinə baxılarkən cavabdehlər tərəfindən iddiaçıya maddi ziyan dəyib-dəyməməsi məsələsinə hüquqi qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı işdə müxtəlif iddiaçı və cavabdeh işə cəlb edilsə də, cavabdehlər tərəfindən iddiaçıya maddi ziyan dəyibdəyməməsi məsələsinə hüquqi qiymət verilmiş və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların hazırki tələbi iddiaçının atasının cavabadehlərə qarşı əvvəllər irəli sürmüş olduğu tələblə eynilik təşkil edir. Həmin mübahisə üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Hazırkı iş üzrə İddiaçı2 (əvvəlki iş üzrə iddiaçı X3 oğlu) iddiaçı qismində çıxış etməsi, həmçinin əvvəlki iddiadan fərqli olaraq yalnız Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdeh kimi göstərərək, həmin mübahisə üzrə yenidən məhkəməyə müraciət etməsi mübahisənin fərqli tərəflər arasında olması və işə mahiyyəti üzrə baxılması kimi qiymətləndirilməməlidir. Belə yanaşma iddiaçıya hər dəfə işə digər şəxsi (və ya şəxsləri) cəlb etməklə məhkəmə tərəfindən qiymət verilmiş hal üzrə yeni mübahisənin açılmasına səbəb olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1–ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8–ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.2–ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan, hazırki mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 52.5, 191.2, 261, 262, 263, 264 və 266–268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar