Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2751/2024 09.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 1.240 manat pulun, illik 7,5 faiz hesablanmış 150 manat faiz borcunun, avtomaşının aparılması üçün evakuatora xərclənmiş 50 manat pulun, nəqliyyat xərci kimi 50 manat pulun, 1.000 manat mənəvi zərərin və ödənilmiş 45 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022–ci ilin sentyabr ayında ortaq tanışının avtomaşınının təmiri ilə əlaqədar Cavabdeh işlədiyi avtomobil sexinə getmişdir. Söhbət əsnasında özünə məxsus “Mitsubishi Outlander” markalı avtomaşının mühərrikinin təmirə ehtiyacı olmasını bildirmiş, cavabdeh avtomaşına və ehtiyyat hissələrinə baxış keçirdikdən sonra mühərrikin təmirini öz üzərinə götürmüşdür. Aralarında olan razılaşmaya əsasən cavabdeh ondan hissə–hissə 3.440 manat pul almış və həmin ilin oktyabr ayının əvvəlinə avtomaşını təhvil verəcəyini bildirmişdir. Sonradan dəfələrlə cavabdehin işlədiyi sexə getmiş, lakin avtomaşınla bağlı heç bir işin görülməməsinin şahidi olmuşdur. Nəticədə xx.xx.2022–ci il tarixdə təkrar evakuator kiraləyərək avtomaşını cavabdehin işlədiyi sexdən götürmüşdür. Cavabdeh 3.440 manat pulun bir hissəsini qaytarsa da, qalan 1.240 manat pulu qaytarmamışdır. O, dəfələrlə pulunu almaq üçün cavabdehin işlədiyi sexə getmiş, avtomaşının oraya aparılması və qaytarılması üçün evakuatora 50 manat pul ödəmişdir. Həmçinin, cavabdehin hərəkətləri nəticəsində uzun müddət əsəb keçirmiş və mənəvi zərərə məruz qalmışdır. Həmin mənəvi zərəri 1.000 manat məbləğində dəyərləndirmişdir. Bundan başqa qeyd edir ki, cavabdehin onu aldatması barədə polisə müraciət etmiş, Tovuz RPŞ–də araşdırma aparılmış və TB–nin təhqiqatçısı Ruflan Əliyev tərəfindən xx.xx.2023–cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan narazı qaldığı üçün məhkəməyə şikayət vermiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli qərarı ilə təhqiqatçının qərarı ləğv edilmiş, lakin sonradan yenə eyni məzmunlu qərar qəbul edilmişdir. Araşdırma zamanı cavabdeh qeyd olunan xüsusatları öz izahatı ilə təsdiq etmişdir. Bu səbəbdən də məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh vurulmuş maddi ziyana görə 1.240 manat pulun, illik 7,5 faiz hesablanmış 150 manat faiz borcunun, avtomaşının aparılması üçün evakuatora xərclənmiş 50 manat pulun, nəqliyyat xərci kimi 50 manat pulun, 1.000 manat mənəvi zərərin və ödənilmiş 45 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 2022–ci ilin sentyabr ayında ortaq tanışının avtomaşınının təmiri ilə əlaqədar Cavabdeh işlədiyi avtomobil sexinə getmişdir. Söhbət əsnasında özünə məxsus “Mitsubishi Outlander” markalı avtomaşının mühərrikinin təmirə ehtiyacı olmasını bildirmiş, cavabdeh avtomaşına və ehtiyyat hissələrinə baxış keçirdikdən sonra mühərrikin təmirini öz üzərinə götürmüşdür. Aralarında olan razılaşmaya əsasən cavabdeh ondan hissə–hissə 3.440 manat pul almış və həmin ilin oktyabr ayının əvvəlinə avtomaşını təhvil verəcəyini bildirmişdir. Həmin vaxtdan sonra xeyli müddət keçəndən sonra dəfələrlə cavabdehə müraciət etsə də, onun işlədiyi sexə getsə də, cavabdeh avtomaşının mühhərikini təmir etməmişdir. Bundan sonra məcbur olub evakuator kiraləyərək avtomaşını cavabdehin işlədiyi sexdən götürmüşdür. Daha sonra cavabdehə verdiyi pulu tələb etmiş, cavabdeh hissə–hissə pulun bir qismini qaytarsa da, qalan 1.240 manat pulu qaytarmamışdır. Bununla da cavabdeh tərəfindən ona maddi ziyan vurulmuşdur. Bundan başqa xx.xx.2022–ci il tarixdə təkrar evakuator kiraləyərək avtomaşını cavabdehin işlədiyi sexdən götürmüş, nəticədə evakuatora 50 manat pul ödəmişdir. Həmçinin, avtomaşını olmadığından dəfələrlə cavabdehin sexinə başqa nəqliyyat vasitəsilə getmiş və 50 manat nəqliyyata pul xərcləmişdir. Həmin hallar da cavabdehin ona maddi ziyan vurmasını ehtiva edir. Bundan başqa hesab edir ki, cavabdeh ona 150 manat faiz borcu da ödəməlidir. Belə ki, 2023–2024–cü illər üzrə Mərkəzi Bankın uçot dərəcəsi minimum 7,5 faiz olmuşdur. Bu minvalla 2022–ci ilin oktyabr ayından 2024–cü ilin iyun ayınadək hesablanmaqla, 20 ay müddətində cavabdeh tərəfində qaytarılmalı olan pulun 7,5 faiz hissəsi 150 manat təşkil edir. Həmçinin, cavabdehin əməli nəticəsində mənəvi əzab, sarsıntı və stres keçirmiş, nəticədə mənəvi zərərə məruz qalmışdır. Hesab edir ki, ona dəymiş mənəvi zərər də cavabdeh tərəfindən ödənilməlidir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh ona dəymiş maddi və mənəvi ziyanı ödəməmiş, ona görə də məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh vurulmuş maddi ziyana görə 1.240 manat pulun, illik 7,5 faiz hesablanmış 150 manat faiz borcunun, avtomaşının aparılması üçün evakuatora xərclənmiş 50 manat pulun, nəqliyyat xərci kimi 50 manat pulun, 1.000 manat mənəvi zərərin və ödənilmiş 45 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli, 6(062)–1/2024 saylı qərarından görünür ki, Tovuz RPŞ–nin TB–nin baş təhqiqatçısı X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023–cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı şikayətində göstərdiyi xüsusatlarla bağlı əlavə araşdırılma aparılması qərara alınmışdır. İşdə olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 07 fevral 2024–cü il tarixli qərardan görünür ki, İddiaçı şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ona dəymiş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı 2022–ci ilin sentyabr ayında özünə məxsus “Mitsubishi Outlander” markalı avtomaşının mühərrikinin təmir edilməsi üçün avtomaşını Cavabdeh vermişdir. Həmçinin, avtomaşının təmiri üçün cavabdehə cəmi 3.440 manat pul vermişdir. Cavabdeh pulu almış və həmin ilin oktyabr ayının əvvəlinə avtomaşını təhvil verəcəyini bildirmişdir. Lakin cavabdeh vəd etdiyi müddətdə avtomaşını təmir etməmiş, iddiaçı isə cavabdehdən pulunu tələb etmişdir. Cavabdeh aldığı pulun 2.200 manatını qaytarsa da, qalan 1.240 manat pulu qaytarmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə işin araşdırılmış hallarına əsasən qeyd edir ki, iddiaçı avtomaşının mühərrikinin təmir edilməsi üçün avtomaşını Cavabdeh vermiş, həmçinin təmir üçün cavabdehə 3.440 manat pul ödəmişdir. Lakin cavabdeh avtomaşın üzərində heç bir iş görməmişdir. Cavabdehin təqsiri üzündən baş vermiş həmin hal nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləği 3.440 manat olmuş, cavabdeh həmin pulun 2.200 manatını qaytarmışdır. Həmin halı cavabdeh Tovuz RPŞ–də araşdırma aparılan zaman özü də etiraf etmişdir. Belə ki, işdə olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 07 fevral 2024–cü il tarixli qərardan görünür ki, cavabdeh izahatında həqiqətən iddiaçıdan avtomaşının təmiri ilə əlaqədar 3.440 manat pul almasını, həmin pulla müxtəlif ehtiyyat hissələri almasını, lakin sonradan İddiaçı avtomaşını təmir etdirmək istəmədiyini, bu səbəbdən aldığı pulun bir qismini qaytarmasını, hazırda Elnura 1.240 manat borcunun qalmasını, həmin pulun 240 manatını avtomaşının bəzi təmir işlərinə çıxmasını, qalan 1.000 manat pulu isə hissə– hissə ödəyəcəyini bildirmişdir. Göründüyü kimi cavabdeh həqiqətən iddiaçıdan avtomaşının təmiri ilə əlaqədar 3.440 manat pul almasını, pulun bir hissəsini qaytarsa da, hazırda İddiaçı 1.240 manat borcunun qalmasını bildirmişdir. Məhkəmə işin hərtərəfli araşdırması nəticəsində hesab edir ki, iddia “1.240 manat pulun alınması” hissəsində əsaslıdır. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddianın “1.240 manat pulun alınması” hissəsi əsaslı olduğundan təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 1.240 manat pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə həmçinin, iddianın “illik 7,5 faiz hesablanmış 150 manat faiz borcunun alınması” hissəsini qismən əsaslı hesab edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. İşin araşdırımış halları ilə müəyyən edilmişdir ki, cavabdeh borclu olduğu məbləği 2022–ci ilin oktyabr ayından 2024–cü ilin iyun ayınadək, yəni 20 ay müddətində iddiaçıya ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməklə subyektiv hüququnu həyata keçirmişdir. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449–cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7–ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikası MM–nin 442–ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1–ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1–ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.2.2–ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7–ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM–in 21–ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM–in 443.1 və 443.2–ci maddələri). Qeyd olunmalıdır ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM–in 445.7–ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı 2023–2024–cü illər üzrə Mərkəzi Bankın uçot dərəcəsi minimum 7,5 faiz olmasını iddia etsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ondan almış olduğu borc məbləğlərinə görə illik 7,5 faiz tələb etməkdə haqlı olmamış, bu səbəbdən həmin faiz borcu illik 5 faiz olmaqla hesablanmalı və cavabdehdən alınmalıdır. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, 1.240 məbləğində pul vəsaitinin ödənilməsinin 20 ay müdətində gecikdirilməsi nəticəsində 103,33 manat məbləğində pulun cavabdehdən alınmasını əsaslı hesab edir. Məhkəmə iddianın “avtomaşının aparılması üçün evakuatora xərclənmiş 50 manat pulun, nəqliyyat xərci kimi 50 manat pulun alınması” hissəsini isə əsaslı hesab etmir. Belə ki, iddiaçı avtomaşının aparılması üçün evakuatora 50 manat pul ödəməsini, həmçinin cavabdehin işlədiyi sexə gedib–gələrkən nəqliyyata əlavə 50 manat pul xərcləməsini iddia etsə də, həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçının həqiqətən qeyd olunan vəsaiti xərcləməsi iş materialları ilə sübut olunmur və bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. İddianın “mənəvi zərərə görə 1.000 manat məbləğində pul tələbi” hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddianın həmin hissəsi də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququnun pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Eyni zamanda “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 2– ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablada dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Göründüyü kimi qanunvericiliyin mənasından aydın olur ki, şəxsə mənəvi zərərə görə kompensasiya ödənilməsi nəzərdə tutulsa da, zərərçəkən şəxsin mənəvi sarsıntı və iztiraba məruz qalmasını sübut etməsi vacib şərt kimi önə çəkilmişdir. Qanunvericiliyin mənasına görə zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə, isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Buna baxmayaraq, işə məhkəmədə baxılarkən cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi, fiziki əzab çəkməsi sübut olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərərə görə 1.000 manat kompensasiya tələbi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 1.240 manat məbləğində pul və illik 5 faiz hesablanmaqla, 103,33 manat faiz borcu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 1.240 (bir min iki yüz qırx) manat, illik 5 faiz hesablanmış 103,33 (bir yüz üç manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1.343,33 (bir min üç yüz qırx üç manat otuz üç qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş manat dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 45 (qırx beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2751/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2751/2024
09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver