Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2767/2023 24.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona verməli olduğu 1550 (min beş yüz əlli) manat pulun və 40 manat manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə uzun müddətdir ki, birbirini yaxından tanıyırlar. Əvvəllər aralarında heç bir narazılıqları və düşmənçilikləri olmamışdır. Ona görə də o ona inanmışdır. Belə ki, təxminən iki il yarım əvvəl cavabdehlə aralarında şifahi qaydadada bağlanan müqaviləyə əsasən o, ondan bir baş dananı 1150 manata, bir baş dananı 1000 nanata, bir quzunu 200 manata alaraq cəmi 2350 (iki min üç yüz əlli) manat məbləğdə pulu qısa müddətə satdıqdan sonra ona verməsini öhdəliyinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyə tam əməl etməmişdir. Belə ki, o ondan aldığı heyvanları satmasına və ona dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq ona verəcəyi 2350 manat məbləğdə puldan 800 (səkkiz yüz) manatını vermiş, qalan hissəsini, yəni 1550 (min beş yüz əlli) manatını müxtəlif bəhanələrlə verməkdən imtina edir. Ona görə də o ona qarşı məlum iddianı qaldırmalı olmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək ifadəsində göstərdi ki, o, iddia tələbini və 1550 manat borcu olmasını qəbul edir. Belə ki, o həmin qiymətə iddiaçıdan heyvan alıb kəsib satmışdır. Lakin soyuducu işləmədiyi üçün ət xarab olmuş və ona görə dəyərini ödəyə bilməmişdir. Hazırda iddia tələbinin təmin edilməsinə etiraz etmir, borcunu hissə-hissə ödəməyə hazırdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının məhkəmə iclasında iştirak etməmiş və heç bir məlumat verməmişdir. Cavabdeh iddia tələbini qəbul etdiyini və iddiaçının iştirakı olmadan mülki işə baxılmasını xahiş etdiyindən, məhkəmə onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını, eləcə də təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir RİHB Çaparlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Çaparlı kəndində qeydiyytda olmaqla yaşayır. İşdə olan DİN tərəfindən verilmiş arayışan görünür ki, Cavabdeh Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıdan nisyə iri və xırda buynuzlu heyvan almış, aldığı malın dəyərindən bir qismini ödəməsinə baxmayaraq, cavabdehin iddiaçıya 1550 manat borcu qalmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq həmin pulu tələb etmiş, cavabdeh məhkəmə iclasında ərizə verərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh öhdəliyini yerinə yetirməməsini və iddia tələbini etiraf etməsi nəzərə alınmalı, iddia tələbi təmin edilməli, Cavabdeh nisyə aldığı iri və xırda buynuzlu heyvanların ödənilməmiş dəyəri 1550 (bir min beş yüz əlli) manat pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ərizəsi verərkən 40 manat dövlət rüsumu ödəməsi və iddia tələbinin təmin edilməsi nəzərə alınmalı, cavabdehdən 40 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1550 (bir min beş yüz əlli) manat borc pul və 40 (qırx) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-2767/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2767/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver