Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2781/2023 29.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi ilə Məhkəmə iclas katibi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayonunun Keçili kəndində yerləşən mərhum qaynanası Firuzə Qocayeva, mərhum qaynı X1 məxsus olan həyətyani torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, 100 manat dövlət rüsumu və 340 manat vəkil xidməti haqqı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qaynıdır. Onun həyat yoldaşı X5 və qaynı X3 vəfat etdiyi üçün o, mərhum qaynanasından və mərhum qaynı Şahmərdan Qocayevdən miras qalmış Şəmkir rayonunun Keçili kəndində yerləşən əmlaklardan mərhum ərinə düşən hissəyə, məhkəmə qaydasında qanun üzrə vərəsə tanınmışdır. Lakin cavabdeh miras evin və evin yerləşdiyi həyətyani torpaq sahəsinin 3-cü şəxs tərəfindən ölçülməsinə maneə yaradır. Ona görə də, Şəmkir Rayonunun Keçili kəndində yerləşən mərhum qaynanası Firuzə Qocayeva, mərhum qaynı X1 məxsus olan həyətyani torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, 100 manat dövlət rüsumu və 340 manat vəkil xidməti haqqı alınaraq ona verilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçı vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə lazımi qaydada məlumatlandırılsa da Cavabdeh və 3-cü şəxs DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən iddiaçının, cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab etdi. Məhkəmə, iddiaçının vəkilinin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 11 saylı Şəmkir Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli, 3-21-3-40/2- 1390/2023 nömrəli bildirişdən görünür ki, İddiaçı ərizəsinə baxılmış və təqdim olunan sənədlərdə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Sözügedən torpaq sahəsinin üzərində yerində müayinə baxışı keçirilən zaman mübahisəli halın olduğu aşkar edilmiş və qeyd olunan mübahisə səbəbində ölçmə işlərinin aparılması üçün şərait yaradılmamışdır. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-704/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(076)-2842/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı və X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(076)-2842/2020 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, JN- 202A kod 50411005 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,36 ha torpa sahəsi üzərində 4/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı, 1/6 hissədə X4 miras payı müəyyən edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 4960/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-704/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi qəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət akt JN-202A kod 50411005 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,36 ha torpa sahəsi üzərində 4/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı, 1/6 hissədə X4 miras payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bununla da məhkəmə hesab edir ki, Şəmkir Rayonunun Keçili kəndində yerləşən mərhum qaynanası Firuzə Qocayeva, mərhum qaynı X1 məxsus olan həyətyani torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmalı, 100 manat dövlət rüsumu və 340 manat vəkil xidməti haqqı alınaraq iddiaçıya verilməlidir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X10 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X2 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsə də bu məsələyə yuxarıda göstərilən qaydada X10 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Ona görə də məhkəmə hesab edir ki, Şəmkir Rayonunun Keçili kəndində yerləşən mərhum qaynanası Firuzə Qocayeva, mərhum qaynı X1 məxsus olan həyətyani torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Lakin, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququnu pozmuşdur. Azərbaycan Republikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllənin və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Qərarında göstərilən hüquqi mövqeyə görə mülki işə baxan məhkəmə formal həqiqəti müəyyən edir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, Şəmkir Rayonunun Keçili kəndində yerləşən mərhum qaynanası Firuzə Qocayeva, mərhum qaynı X1 məxsus olan həyətyani torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan verilmiş tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Şəmkir Rayonunun Keçili kəndində yerləşən İddiaçı mərhum qaynanası Firuzə Qocayeva, mərhum qaynı X1 məxsus olan həyətyani torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 340 manat vəkil xidməti Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-2781/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2781/2023
29.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver