Məhkəmə qərarları › İş №2(076)-2781/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2781/2025

19.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2781/2025 19.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi İddiaçı Cavabdeh1, onun nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 Səixan oğlu və Cavabdeh2 515.500 (beş yüz on beş min beş yüz) manat maddi və əldən çıxmış fayda, 50.000 (əlli min) manat mənəvi ziyanın və 437 manat dövlət rüsumunun müştərək qaydada tutularaq onun nəfinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şəmkir Rayon Məhkəməsində X2 400.000 (dörd yüz min) manat pulun alınması ilə əlaqədar iddia qaldırmışdır. Cavabdehlər ona hüquqi yardım göstərməklə məhkəmə proseslərinin onun xeyrinə bitəcəyinə vəd verərək, 2019-cu ilin dekabr ayının sonlarından 29 aprel 2021-ei il tarixədək olan müddətdə müxtəlif tarixlərdə hissə-hissə ondan cəmi 51.500 (əlli bir min beş yüz) manat pul almışlar. Cavabdehlərin barələrində Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2 və 178.2.4 maddələri ilə cinayət işi başlanmış, istintaq aparılmış və Şəmkir rayon məhkəməsinə göndərilmişdir. Şəmkir rayon məhkəməsinin xx.xx.2025-ci tarixli, 1(076)- 51/2025 saylı hökmü ilə cavabdehlər Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2 və 178.2.4 maddələri ilə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Məhkəmənin son iclasında ona dəymiş ziyandan 36.000 manat ödənilmiş, 15.500 manat qalmışdır. Cavabdehlərə vermiş olduğu 51.500 manat pulu, Şəmkir rayonu Kapital Bankdan yeznəsi X4 adına 5.750 manat kredit götürmüşdür. Hələ də ödəyir. Müvafiq sənədləri ərizəsinə əlavə etmişdir. Bundan əlavə, pulun qalan hissəsini şəxsi adandan faizlə pul götürmüş, hələ də ayda 2000 manat ödəyir. Cavabdehlər ibtidai istintaq zamanı təqsirlərini boynuna almamışlar. Lakin məhkəmədə təqsirlərini etiraf etmişlər, Onun 51.500 manat pulu 5 ildir ki, cavabdehlərdə olmuşdur. Həmin müddət ərzində o Rusiya Federasiyasına gedib, həmin puldan istifadə edərək pul qazana bilərdi. Onun 51.500 manat müqabilində 5-6 illik gəliri 500.000 manat təşkil edərdi. Çünki, o Moskva şəhərində iri mağazalar şəbəkəsinə meyvə-tərəvəz verməklə məşğul olmuşdur. Həmçinin qeyd etmək istəyir ki, bundan əlavə cavabdehlər ona 15.500 manat real puldan borclu qalmışlar. Cavabdehlərin təqsirləri üzündən o işini itirmiş, bizneslə məşğul olmaqdan məhrum olmuşdur. Mənəvi cəhətdən o və həyat yoldaşı möhkəm stress yaşamışlar. Hər ikisi ürək xəstəliyinə düçar olmuşlar. Ona vurulmuş mənəvi ziyanı 50.000 manat civarında qiymətləndirir. Beləliklə, cavabdehlərin təqsiri üzündən ona 515.500 manat maddi və 50.000 manat mənəvi ziyan dəymişdir. İddia ərizəsilə əlaqədar ödəmiş olduğu 437 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutulmalıdır. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlər ona hüquqi yardım göstərməklə məhkəmə proseslərinin onun xeyrinə bitəcəyinə vəd verərək, 2019-cu ilin dekabr ayının sonlarından 29 aprel 2021-ei il tarixədək olan müddətdə müxtəlif tarixlərdə hissə-hissə ondan cəmi 51.500 (əlli bir min beş yüz) manat pul almışlar. Lakin ittiham aktında və hökmdə həmin pulun 36 500 manat hissəsi göstərilmişdir. Yəni, cavabdehlərə ondan 36500 manat dələduzluq yolu ilə ələ keçirdikllərinə görə ittiham verilmişdir Cavabdehlərin barələrində Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2 və 178.2.4 maddələri ilə cinayət işi başlanmış, istintaq aparılmış və Şəmkir rayon məhkəməsinə göndərilmişdir. Şəmkir rayon məhkəməsinin xx.xx.2025-ci tarixli, 1(076)- 51/2025 saylı hökmü ilə cavabdehlər Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2 və 178.2.4 maddələri ilə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Həmin hökm üzrə ona dəymiş ziyandan 36.000 manat ödənilmiş, 500 manat hissəsi isə ödənilməmiş qalmışdır. Mənəvi cəhətdən o və həyat yoldaşı möhkəm stress yaşamışlar. Hər ikisi ürək xəstəliyinə düçar olmuşlar. Ona vurulmuş mənəvi ziyanı 50.000 manat civarında qiymətləndirir. Beləliklə, cavabdehlərin təqsiri üzündən ona 515.500 manat maddi və 50.000 manat mənəvi ziyan dəymişdir. O, Moskva şəhərində iri mağazalar şəbəkəsinə meyvə-tərəvəz verməklə məşğul olmuşdur. Cavabdehlərin təqsirləri üzündən o işini itirmiş, bizneslə məşğul olmaqdan məhrum olmuşdur, psixoloji sarsıntılar keçirmiş, həkimlərə gedərək dərmanlar qəbul etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o iddiaçıya məhkəmənin hökmü üzrə 20500 (iyirmi min beş yüz) manat məbləğində ziyan vurmuşdur. Hazırda həmin vurduğu ziyandan 20.000 manat pulu İddiaçı ödəmişdir. İddiaçı onun 500 (beş yüz) manat ödənilməmiş pulu qalmışdır. Hazırki iddia ərizəsi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı 2018-ci ildə Rusiya Federasiyasından deportasiya olunmuş və buna görə də o işini itirmiş, bizneslə məşğul olmaqdan məhrum olmuşdur. Onların əməlləri nəticəsində iddiaçı hər hansı bir biznes fəaliyyətindən məhrum olmamış, həmçinin heç bir əzab iztirab keçirməmişdir. Hökm üzrə qalmış 500 manatı imkanı olmadığı üçün ödəməmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ona qarşı əsassız iddia qaldırmışdır. Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, o iddiaçıya 16000 (on altı min) manat məbləğində ziyan vurmuşdur. Hökm üzrə o iddiaçıya 16.000 manat dəymiş ziyanı tam şəkildə ödəmişdir. Onun barəsində cinayət işinin icraatına İddiaçı dəymiş ziyanı tamamilə və ziyanın 25% hissəsini ödədiyinə görə Şəmkir rayon məhkəməsinin 1(076)-51/2025 saylı, 19 may 2025-ci il tarixli qərarla xitam verilmişdir. Onun İddiaçı ödəniləsi bocu yoxdur. İddiaçı 2018-ci ildə Rusiya Federasiyasının Kazan şəhərində Aeroportda saxta sənədlər düzəltməsinə və istifadəsinə görə tutulmuş və onun barəsində cinayət işi açılmışdır. Cəzasını isə Nijniy Novqorod şəhərində Cəza çəkmə müəssisəsində çəkdikdən sonra onu Rusiya Federasiyasından deportyasiya etmişlər və bu səbəbdən də o, Rusiya Federasiyasına gedə bilməmişdir. İddiaçı həmin vaxtlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, xüsusi bir gəlir yeri olmamışdır. Odur ki, əldən çıxmış fayda ilə bağlı İddiaçı iddiası əsassızdır. Həmçinin İddiaçı heç bir psixoloji sarsıntı, əzab və istirab keçirməmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, iddiaçı onun dostu olmuşdur. 2017-ci ildə və 2018-ci illər ərzində birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar, daha sonra isə münasibətləri pozulmuşdur, İddiaçı ona qarşı pul tələbi ilə məhkəməyə iddia ilə müraciət etmişdir. Həmin vaxt artıq İddiaçı heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Emin Rusiyadan deportasiya olunmuş buna görə orada qurduğu biznes fəaliyyəti uğursuzluğa məruz qalmışdır. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini, qanuni qüvvəyə minmiş məhkəmə hökmünü, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(076)-51/2025 saylı hökmündən görünür ki, Cavabdeh2 cinayət əməlləri nəticəsində İddiaçı 20500 manat və Cavabdeh1 cinayət əməlləri nəticəsində İddiaçı 16000 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh1 barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4cü maddələri, Cavabdeh2 barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanımışdır. Hümbətov X1 Emin Oruc oğluna dəymiş ziyanın 20000 (iyirmi min) manatını qaytarmış, 500 manat borcu qalmışdır. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(076)-51/2025 nömrəli qərardan görünür ki, Məmmədov X3 Emin Oruc oğluna vurmuş olduğu 16000 (on altı min) manat dəymiş ziyanı tam ödəmiş, həmçinin 16000 manat pulun 25 faizini yəni, 4000 manat məbləğində pulu dövlət büdcəsinə ödədiyindən Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməsi və onun, cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə müəyyən iclasında müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(076)-51/2025 saylı hökmünə əsasən Cavabdeh2 cinayət əməlləri nəticəsində İddiaçı 20500 manat və Cavabdeh1 cinayət əməlləri nəticəsində İddiaçı 16000 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh1 barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri, Cavabdeh2 barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə cinayət işi başlanımışdır. Hümbətov X1 Emin Oruc oğluna dəymiş ziyanın 20000 (iyirmi min) manatını geri ödəmiş, 500 manat isə borcu qalmışdır. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(076)-51/2025 nömrəli qərarına əsasən Məmmədov X3 Emin Oruc oğluna vurmuş olduğu 16000 (on altı min) manat dəymiş ziyanı tam ödəmiş, həmçinin 16000 manat pulun 25 faizini yəni, 4000 manat məbləğində pulu dövlət büdcəsinə ödədiyindən Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməsi və onun, cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Hökmdən qanunla müəyyən edilmiş müddət ərzində şikayət və ya protest verilmədiyi üçün qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir və məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası CPM–in 65.4–cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub– olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM–in 82.4–cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub–olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 cinayət əməlləri nəticəsində İddiaçı 20500 manat və Cavabdeh1 cinayət əməlləri nəticəsində İddiaçı 16000 manat məbləğində maddi ziyan dəymişdir. Hümbətov X1 Emin Oruc oğluna dəymiş ziyanın 20000 (iyirmi min) manatını qaytarmış, 500 manat borcu qalmışdır. Məmmədov X3 Emin Oruc oğluna vurmuş olduğu 16000 (on altı min) manat dəymiş ziyanı tam ödəmiş, həmçinin 16000 manat pulun 25 faizini yəni, 4000 manat məbləğində pulu dövlət büdcəsinə ödədiyindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(076)- 51/2025 nömrəli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməsi və onun, cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(076)-51/2025 saylı hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçının iddia ərizəsinin məzmunundan aydın olur ki, o, cavabdehlərdən 15.500 (on beş min beş yüz) manat məbləğində real zərər, 500 000 (beş yüz min) manat əldən çıxmış fayda, həmçinin 50 000 (əlli min) manat məbləğində mənəvi ziyan tələb edir. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan aydın olur ki, Cavabdeh1 törətdiyi cinayət əməli nəticəsində vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Belə olan halda real maddi ziyanla bağlı iddia Cavabdeh1 qarşı olan hissədə əsassız hesab edilir. Cavabdeh2 qarşı real maddi ziyanla bağlı olan hissədə isə qismən əsaslıdır, belə ki, məhkəmənin 1(076)-51/2025 saylı, 19 may 2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh2 iş üzrə zərərçəkmiş şəxsə vurmuş olduğu ziyandan 20000 manat hissəsini ödəmiş, 500 manat hissəsi isə ödənilməmiş qalmışdır. Məhkəmə qeyd edir ki, istər iş materialları ilə, istərsə də iddiaçının məhkəmə iclasında verdiyi izahatla iddia tələbinin əldən çıxmış 500 000 manat gəlirin ödənilməsinə dair hissədə əsaslı olması sübuta yetməmişdir.İddiaçı məhkəməyə əldən çıxmış gəlirin məhz nəyə görə 500 000 ( beş yüz min) manat miqdarında qiymətləndirilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iddianı bu hissədə əsassız hesab edərək, iddia tələbinin əldən çıxmış fayda tələbi hissəsin də təmin edilməsini məqsədə müvafiq hesab etmir. Həmçinin məhkəmə iddiaçının mənəvi zərərlə bağlı iddia tələbinə dair qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzarnüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı cavabdehlərin əməlləri nəticəsində məhs hansı mənəvi sarsıntı və iztirablar keçirdiyini sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı öz mövqeyindən çıxış etsə də, qeyd etdiyi məsələlərlə bağlı ümumiyyətlə mənəvi istirablar və sarsıntılar keçirməsi faktını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmiş, habelə məhz bu hadisələrlə bağlı müxtəlif xəstəliklərə tutulması, psixoloji xəstəlik keçirməsi, müalicə olunması, həkimlərə müraciət etməsi, o cümlədən dərmanlar qəbul etməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddia qismən təmin edilməli Cavabdeh2 iddiaçıya cinayət əməli nəticəsində vurmuş olduğu maddi ziyanın ödənilməmiş hissəsi, yəni 500 (beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur və cavabdeh həmin hərəkətlərinə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuşdur. Eləcə də, iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə Cavabdeh2 hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödənilmiş 437 manat dövlət rüsumundan 50 (əlli) manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 500 (beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat məbləğində olan hissəsi Cavabdeh2 İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar