Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2786/2024 03.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2900 manatın və dövlət rüsumu üçün ödənilmiş 50 manatın, cəmi 2950 manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-603/2024 saylı qərardadı ilə mülki iş baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki Gədəbəy rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş, Şəmkir rayon Məhkəməsinin icraatında olan 2(076)-1915/2024 nömrəli iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair mülki işlə əlaqəlidir və hazırki işin aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməsi daha məqsədəmüvafiqdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Gədəbəy rayon Məhkəməsi tərəfindən mülki iş baxılması üçün Şəmkir rayon Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1915/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. (iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur) Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Göründüyü kimi Şəmkir Rayon Məhkəməsinin icraatında olan mülki xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş, Gədəbəy Rayon Məhkəməsinin icraatında olan mülki iş xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Bundan başqa Şəmkir Rayon Məhkəməsinin icraatında olmuş birləşdirilməsi nəzərdə tutulan mülki iş üzrə icraata xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə icraata xitam verilmişdir. Belə olduğu halda hazırkı tələbə müstəsna aidiyyət və iddiaçının seçməsinə görə aidiyyət qaydaları tətbiq edilmədiyindən iddiaçı bu tələbi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə (Gədəbəy Rayon Məhkəməsinə) verməlidir və həmin məhkəmə tələb orda baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Gədəbəy rayon Məhkəməsi tərəfindən mülki iş baxılması üçün Şəmkir rayon Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Yuxarıda qeyd olunan xüsusatlar məhkəmələr arası fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət verilməsi apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən, mülki iş ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2786/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2786/2024
03.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver