Məhkəmə qərarları › İş №2(076)-282/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-282/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-282/2023 01.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Salahova (Məmmədova) Aysel Məhəmməd qızına qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Salahova (Məmmədova) Aysel Məhəmməd qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2012-ci il tarixində bağlanmış 5373 saylı alqı-satqı müqavilə üzrə 1794 manat əsas, 538.20 manat məbləğində cərimə borcu və 54 manat məbləğində dövlət rüsumun, ümumilikdə 2386.20 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışlar ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 50/14 ünvanında (köhnə ünvan) - «Sunny Electronics» mağazasında fəaliyyət göstərən İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixində 5373 saylı alqısatqı müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün İddiaçı və digər cavabdehlər Cavabdeh2 ilə xx.xx.2012-ci il tarixində 5373/1 saylı, X3 ilə 5373/2 sayl zaminlik müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh1 aldığı 1900 manat dəyərində malın-(mobil telefon) dəyərini 18 ay ərzində hər ay 105.56 manat olmaqla ödəməli idi. Lakin ödəniş cədvəli üzrə Cavabdeh1 (müqavilələri) rəsmiləşdirilərkən əvvəlcədən ödənilmiş komisyon xidmət haqqını çıxmaq şərli ilə) tam ödəniş etməmiş, sonuncu dəfə xx.xx.2020-cu il tarixdə 20 manat ödəniş etmiş və xx.xx.2012-ci il tarixində bağlanmış 5507 saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq bu günə kimi Cavabdeh1 1794 manat məbləğində əsas, 538.20 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehə pulu ödəməsi dəfələrlə xəbərdarlıq edilsə də heç bir nəticə əldə edilməmişdir. Cavabdehin bu hərəkəti nəticəsində ona maddi ziyan dəymişdir. Uzun müddətdir ki, əldə edəcəyi pul cavabdeh tərəfindən verilmədiyi üçün dövriyyəni çoxalda bilmir. Bu səbəbdən də o pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.6-cı bəndinə əsasən alıcı ödəniş cədvəlinə müvafiq olaraq ödənişi 15 (on beş) gündən artıq gecikdirərsə, Satıcının mal(lar)ı geri tələb etmək və ödənilməsini tələb etmək hüququ vardır. Bu səbəbdən də hesab edir ki, cavabdehin ondan heç bir üstünlüyü olmadığı üçün və Azərbaycan Respublikasının qanunlarına tabe olduğu üçün qanun tələbinə əsasən ona dəymiş zərər cavabdeh tərəfindən tam həçmində ödənilməmişdir. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi iddiaçı mövcud müqavilənin şərtlərini tam şəkildə icra etsədə cavabdeh(lər) üzərinə düşən öhdəliyə lazımınca və layiqli şəkildə icra etməmiş və alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə aldığı əşyanın dəyərini tam ödəməmişdir. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən alıcı hər ödəniş tarixinin başa çatdığı gündən sonra ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 2%-i miqdarında əlavə məbləğ (cərimə) ödəyir. Tərəflər arasında bağlanmamış alqı-satqı müqaviləsinin 2.8-ci bəndinə əsasən alıcı öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində Satıcıya dəymiş ziyanı, mal(lar)ın dəyərinin qaytarılması üzrə Satıcının çəkdiyi məhkəmə xərclərini ödəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini bildirərək izahatında göstərdi ki, müqavilədə göstərilən telefonu onun bacısı Aysel alıb. Bacısı Aysel hazırda xaricdə olduğu üçün məhkəməyə gələ bilmir, onunla telefonla əlaqə saxlamış, Aysel borcu ödəyəcəyini ona bildirmişdir. Əminə isə bibisi qızıdır. O hazırda borcu hissə-hissə ödəyə bilər, borcun ondan tutulmasını istəyir. Belə ki, borcun onun tərəfindən ödənilməsinə razıdır. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş, o, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edəbilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin cavabdehlər Cavabdeh1 və X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan «Sunny Electronics» mağazasında fəaliyyət göstərən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixdə 5373 saylı alqı-satqı müqaviləsindən görünür ki, alıcı Cavabdeh1 1900 manat dəyərində malı hissə-hissə ödəmək şərti ilə nisyə almışdır. İşdə olan xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2012-ci il tarixində bağlanmış 5373 saylı alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün İddiaçı və cavabdehlər Cavabdeh2 ilə xx.xx.2012-ci il tarixində 5373/1 saylı, X3 ilə 5373/2 sayl zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2012-ci il tarixində bağlanmış 5373 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 1794 manat əsas, 538.20 manat məbləğində cərimə borcu, ümumilikdə 2332.20 manat məbləğində borcu yaranmışdır. İşdə olan xəbərdarlıqdan görünür ki, borclulara borclarını 10 iş günü ərzində ödəmələri xahiş edilmiş əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, Cavabdeh1 borcdan 20 manat ödəmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, aralarında olan razılaşmaya əsasən Cavabdeh1 İddiaçı Apple İphone 5 telefonu hissə-hissə ödəmək şərti ilə nisyə almış, Cavabdeh2 məhkəməyə yazılı ərizə verərək, iddia tələbini qəbul etmişdir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehə (zaminə) münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissəicra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2–ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixində bağlanmış 5373 saylı alqı-satqı müqaviləsinə əsasən 538.20 manat dəbbə pulu hesablanmışdır. Lakin, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 538.2 manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 100 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 əsas borcdan 1794 manat əsas, 100 manat cərimə borcu, ümumilikdə 1894 manat borc pul müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 54 manat məbləğində dövlət rüsumu xərcini ödəmişdir. Buna görə məhkəmə, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 54 manat hissəsini cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 alınaraq iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 91.3-cü maddəsinin tələbin görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Salahova (Məmmədova) Aysel Məhəmməd qızından müştərək qaydada 1794 manat əsas, 100 manat cərimə borcu olmaqla, ümumilikdə 1894 (bir min səkkiz yüz doxsan dörd) manat borc məbləği və məhkəmə xərci olaraq 54 (əlli dörd) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar